1 Aynur Qəzənfərqızı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   ...   20   21   22   23   24   25   26   27   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

 
Ev tapşırığı: Kumilyativ nağılları oxumaq və onları 
təhlilə cəlb etmək 
 
 


64 
Süjet, motiv və kontaminasiya anlayışları, 
nağılların təşkilində onların rolu 
 
Süjet və motiv anlayışı 
Süjet (fr. sujet – əşya, predmet) – Ədəbi əsərin məzmu-
nunu təşkil edən, ardıcıl inkişaf edən hadisələr kimi başa 
düşülür.
D.N.Uşakovun lüğətində süjet bədii əsərin əsas məz-
mununun şərh edildiyi hərəkət və hadisələrin məcmusu ki-
mi verilir.
Süjet əlaqələr, ziddiyyətlər, hüsnü-rəğbət, nifrət və 
ümumən insanların bir-birilə münasibəti, bu və ya başqa 
bir xarakterin, tipin tarixi və təşkilidir. 
Əsli fransızca olan süjet sözünün bədii ədəbiyyatda mə-
nası hərəkət, hadisə və tiplərin əsərdəki məzmunla əlaqədar 
olan məcmusudur. O, xarakterləri açmaq, konkret hadisələ-
ri cəmləşdirmək üçün bir vasitədir. Süjet epik, dramatik, 
hətta lirik əsərlərdə də olur. Lirik əsərlərdə süjet olduqda 
ona süjetli lirika deyilir. 
Tiplər və onların xasiyyətlərinin necə inkişaf etməsi
başqa adamlarla əlaqəsi, hadisələrdəki inkişaf xətti süjetin 
əsasını təşkil edir. Hər hansı bədii əsərdəki əhvalat və hadi-
sə müəyyən bir məqsəd daşıyır, bir və ya bir neçə süjet xətti 
üzərində qurulur.
Əsərdə verilən əhvalatın, tiplərin, hadisələrin inkişaf et-
dirilməsi süjetin inkişaf etdirilməsidir. Yazıçı insanları və 
onların hadisələrə olan əlaqəsini göstərmək üçün faktları se-
çib ümumiləşdirir, səciyyəvi saydığı hadisələri verir. 


65 
Motiv sözü latınca motivum sözündən alınmışdır. Biz-
cə, motiv nəqletmənin ən kiçik formasıdır. Bu sözü biz tez-
tez gündəlik həyatımızda musiqidə, naxışda və s. işlədirik. 
Ancaq qeyd edək ki, motiv ədəbiyyat və bu sahələr arasında 
xeyli fərqlənir. Hətta dastan, lətifə, nağıl, əfsanədə belə 
motiv anlayışı bir-birindən fərqlənir. Stit Tompson “Motif 
İndex of Folk-Literature (Xalq ədəbiyyatının motiv indek-
si)” əsərində folklorun nəsrlə olan bütün mətnlərindəki mo-
tivləri öz kataloqunda toplamışdır. Bu katloqda toplanan 
motivlərin fərqli olduğunu artıq qeyd etdik. Məsələn, kata-
loqda S. hərfi adı altında verilən “Anormal zülmlər” motivi 
rəvayətlərdə çox rastlandığı halda, nağıllarda görülmür.
Rusiya folklorşünaslığında Aleksandr Nikolayeviç Ves-
selovski motivi “тема” (məzmun, mövzu) şəklində ifadə et-
miş və belə tərif etmişdir: “Hekayənin parçalanmayan ən 
kiçik hissəsidir”. (htpp: A.N.Veselovski) 
Rusiya folklorşünaslarından Vladimir Yakovleviç Propp 
motiv haqqında funksiya ifadəsini işlətmişdir (htpp: Propp 
V).
Şübhəsiz ki, motiv üzərində ən ciddi araşdırma məhz 
Stit Tompsona aiddir və onun tərifi belədir: “Qədim za-
mandan üzü bu yana yaşayan nağılların ən kiçik ünsürü-
dür” (Thompson S.: İnt). Bizim motiv haqqında tərifimiz 
belədir: Motiv mətnin özündə milliliyi ehtiva etməklə, din-
ləyicini ram etməyi bacaran və ilkin şəklindən yeni forması-
na keçid ala bilmək üçün az, yaxud çox hissəyə parçalanan 
ünsürləridir.
Motivlər Azərbaycanda ayrı-ayrı folklorşünasların əsər-
lərində özünü göstərir. Məhəmmədhüseyn Təhmasib, Paşa 


66 
Əfəndiyev, Vaqif Vəliyev, Azad Nəbiyev, Oruc Əliyev də 
öz tədqiqatlarında nağılların motiv və süjet tərkibinə 
önəmli yer vermişlər. İlkin Rüstəmzadə isə sistemli şəkildə 
tədqiq etmiş süjet göstəricilərini ilk dəfə ortaya qoymuşdur. 
Türkiyə folklorşünaslığında motivlə bağlı araşdırma ilk 
dəfə Pertev Naili Boratavın adı ilə hallanır. Eberhardla bir-
likdə aşkarladıqları 378 nağıl tipinin süjet və motiv tərkibi-
ni də göstərmişlər. Daha sonra Bilge Seyidoğlu motiv üzə-
rində ciddi araşdırma aparmışdır. 72 nağıl tipini aşkarladıq-
dan sonra Tompsonun kataloqundakı yerlərini göstərmiş-
dir. Son dönəmlər Saim Sakaolu və Ali Berat Alptekin də 
nağıllar haqqında araşdırmalarında motiv və süjet məsələsi-
nə öz münasibətlərini bildirmişlər.
Stit Tompsonun motiv kataloqu: A.Mifoloji motivlərB. 
Heyvanlar, C. Yasaq, D. Sehr, E. Ölüm, F. Xariqüladəliklər, 
G. Divlər, H.İmtahanlar, J. Ağıllılar və axmaqlar, K. Aldat-
malar, M. Gələcəyin təyini, P. Cəmiyyət, Q. Mükafatlar və cəza-
lar, R. Əsirlər və qaçaqlar, S. Anormal zülmlər, T. Cinsiyyət, U. 
Həyatın təbiəti, V. Din, W. Xarakter xüsusiyyətləri, X. Yumor, 
Z. Müxtəlif motiv qrupları. 
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin