1.Giriş formulları
a) Sadə başlanğıc formulları: “Biri var imiş, biri yox
imiş” yaxud “keçmiş zamanda”, “bir zamanlar” şəklində
olur. Bəzən bu başlanğıclar birləşir. Odur ki, biri varmış,
biri yox imiş ilə başlayan formulları bu şəkildə fərqləndirə
bilərik:
Biri var imiş, biri yox imiş bir filankəs var imiş.
Biri var imiş, biri yox imiş, bir zamanlar bir padşah var
imiş.
89
Biri var imiş, biri yoxuymuş, Allahdan başqa heç kim yo-
xuymuş, bir ..... var imiş
Biri var imiş, biri yox imiş bir zamanlar bir məmləkətdə bir
.... var imiş
b) Qaravəlli ilə başlayan giriş formulları: bunlar “biri
varmış, biri yox imiş” formulunun qismən genişlənmiş şək-
lidir. Əsasən dinləyicini nağılın süjetinə hazırlamaq məqsə-
dini güdür. Məsələn: Badi-badi giriftar, hamam-hamam için-
də, xəlbir saman içində, dəvə dəlləklik edər köhnə hamam içində.
Qarışqa şıllaq atdı, dəvənin qıçı batdı. Hamamçının tası yox,
baltaçının baltası. Orda bir tazı gördüm, onun da xaltası yox.
Ömrümdə çox şilaşı yemişəm, heç belə yalan deməmişəm (Azərbay-
can..., 2005:71-IV c), yaxud “Həkan-həkan içində, qoz girdə-
kan içində, dəvə dəlləklik edər qoz girdəkan içində. Qarışqa şıllaq
atdı, dəvənin qıçı batdı, milçək mindik, körpü keçdik, yabaynan
dovğa içdik. Şah Abbas cənnət-məkan, tərəziyə vurdu təkan. İki
qoz bir girdəkan. Günlərin bir günündə Sizə kimdən xəbər verim,
Şah oğlu Şah Abbasdan” (Azərbaycan..., 2005:76-IV c).
2.Təhkiyə formulları
a) Keçid formulları (yaxud Xarici təhkiyə formulları):
bu formullar çox önəmlidir. Çünki nağılda bir olaydan di-
gərinə keçidin daha maraqlı, süjet xəttinə zərər verməyəcək
şəkildə olmasına, dinləyicinin marağının daha da artmasına,
uzun zamanların qısalmasına xidmət edir. Həmçinin nağıl-
larda üç, yeddi, qırx kimi müqəddəs rəqəmlərdən istifadə
edərək hadisənin gerçəkliyini vurğulamağa çalışan söyləyi-
90
cinin işinin asanlaşmasına, nağılın maraqlı olmasına şərait
yaradır. Məsələn, “Bunlar burda qalsın, sənə kimdən deyim fi-
lankəsdən”, “Sizə kimdən deyim, nədən danışım”, “Evə girəndə nə
görsə yaxşıdır, hər tərəf tərtərmiz silinib, süpürülüb”, “Gözünü
yumub açdı ki, filan məmləkətdədir”, “Az getdilər, uz getdilər,
dərə təpə düz getdilər” , “Padşahın üç qızı və üç oğlu var idi”,
“bunlar yeddi qardaş idilər”, “Padşahın üç oğlunun kiçiyi ən
ağıllısı idi”, “Sarayın qırx otağı var idi, bunun otuz doqquzu ki-
lidsiz, biri kilidli olardı” və s.
b) Daxili təhkiyə formulları: bu formul tipi əsasən gö-
zəlliyi, xarakteri təsvir etmək üçün işlədilir. Məsələn, “elə
gözəl idi ki, elə bil 15 gecəlik ay idi”, “aya deyirdi sən çıxma mən
çıxım, günə deyirdi sən çıxma mən çıxım”, “var ipək qarı, var kö-
pək qarı. Bu köpək qarılardan idi, idmindən zəhrimar yağırdı”
və s.
c) Zaman və yer formulları. Bu formullar nağıldakı ha-
disələrin baş verdiyi zamanı və yeri “müəyyənləşdirməyə”
kömək edir. Əslində artıq vurğuladığımız kimi, nağılda yer
və zaman qeyri-müəyyəndir. Hadisələr, yenə də bəzi
məmləkətlərdə baş verirdi. Bu məmləkətlər isə əsasən
Misir, Hindistan, Qaf dağının arxasında bir ölkə, Çin,
Bağdad və s. olur. Zaman isə keçmişdə bir gün olur.
Hadisələr “nağıl dili yüyrək olar” ifadəsi ilə sürətləndirilir,
üç gün, beş gün, bir il çox sürətlə keçir.
Dostları ilə paylaş: |