78
Beynəlxalq nağil süjetləri. A.Aarne və
A.Tompsonun süjet kataloqu
Nağılların süjet göstəricilərinə görə qruplaşdırılması fin
alimi Anti Aarnenin adı ilə bağlıdır. O 1910-cu ildə nağıl-
ları üç əsas başlıqda bölərək bunları da daxili başlıqlara
ayırmışdır:
1. Heyvanlar haqqında nağıllar – 1-299
a) bəzi vəhşi heyvanlar – 1-99
b) vəhşi və evcil heyvanlar – 100-149
c) insan və vəhşi heyvanlar – 150-199
ç) ev heyvanları – 200-219
d) quşlar – 220-249
e) balıqlar – 250-274
ə) digər heyvanlar və anlayışlar – 275-299
2. Əsl xalq nağılları – 300-1199
a) sehirli nağıllar – 300-749
b) əfsanə tərzində nağıllar – 750-849
c) qısa hekayə tərzində nağıllar – 850-999
ç) axmaq div nağılları – 1000-1199
3. Lətifələr 1200-1999
Aarnenin kataloqunda son nömrə 1999 göstərilsə də
əslində sadəcə 500 tipdə nağıl təhlil edilmişdir.
Həm də
Aarne heyvanlar haqqında nağıllara
və lətifələrə çox yer
verdiyindən buradakı nağıllar tək tip olaraq da qəbul edilir.
Digər kataloq isə Stit Tompsona aiddir. Tompsonun kata-
loqu üç başlıqdan beş başlığa artmışdır. Hər başlıqda ya-
79
rımbaşlıqların da sayları artmışdır və beləliklə, dünya nağıl-
larının süjet kataloqunu ehtiva etməyə çalışmışdır.
1.Heyvanlar haqqında nağıllar – 1-299
a) vəhşi heyvanlar
və evcil heyvanlar
b) insan və vəhşi heyvanlar
c) evcil heyvanlar
ç) quşlar
d) balıqlar
e) digər heyvan və nəsnələr
2. Gerçək xalq nağılları – 300-1199
a) sehrli nağıllar – 300-749
b) dini nağıllar – 750-849
c) romantik nağıllar
ç) axmaq div nağılları
3. Zarafatlar və anekdotlar – 1200-1999
4. Xüsusi formul ilə başlayan nağıllar – 2000-2399
5. Təsnifata daxil olmayan nağıllar – 1928 (Sakaoğlu
S., 2007:12)
Türkiyədən toplanan nağılların təsnifatının aparılması
1940-cı illərin ortalarında başlamışdır. Bir məqalə ilə mət-
buatda çıxış edən Volfram Eberhard və Pertev Naili Bora-
tav daha sonra 1953-cü ildə 2500 nağıl üzərində 378 nağıl
tipi ortaya çıxarırlar. Zamanla Türkiyədə nağılların
süjet
göstəriciləri 1000-ə çatsa da,
burada ən böyük yetərsizlik
yeni toplanacaq nağıl süjetlərinin yerlərinin boş qoyulması
olmuşdur.
Eberhard ve Boratav kataloqu isə belədir:
1. heyvanlar haqqında nağıllar – 1-21;
80
2. heyvan və insan – 22-33;
3. heyvan, yaxud bir ruh insana yardım edir – 34-82;
4. qeyri adi ruh, yaxud heyvan ilə evlənmə – 83-109;
5.
xeyirxah ruh, yaxud övliyalar ilə yaşamaq – 110-
122;
6. taleyin hökmü – 123-142;
7. yuxu – 143-145;
8. pis ruhlar ilə yaşama – 146-168;
9. sehrbazlar – 168-184;
10. bir qız sevgili tapır – 185-196;
11. bir oğlan sevgili tapır – 197-222;
12. kasıb qız varlı oğlan ilə evlənir – 223-238;
13. qısqanclıq və böhtan – 239-255;
14. alçaldılan böyük qəhrəman – 256-258;
15. zina və başdan çıxarma – 259-280;
16. qəribə əməllər və hadisələr – 281-289;
17. qəribə məhkəmələr – 290-301;
18. realist nağıllar – 302-310;
19.qəribə təsadüflər – 311-316;
20. komik hadisələr – 317 -322;
21. axmaq və tənbəl kişilər və qadınlar – 323-338;
22. oğru və dedektivlər – 339-349;
23. ağıllı, hiyləgər yaxud simic kişi və qadınlar – 350-
378 (Sakaoğlu S., 2007:14).
Dostları ilə paylaş: