Ev tapşırığı: 30 nağılın süjet göstəricilərini Aarne-
Tompson, Eberhard-Boratav və İlkin Rüstəmzadə kataloq-
ları üzrə müəyyənləşdirmək.
83
Nağıllarda formul
Formul nağıllarda önəmli ünsürdür. Nağıldan formul
çıxarıldıqda mətn ya dastan, ya da rəvayət, lətifə və s. bən-
zəyəcək. Odur ki, nağıl mətnlərini digər mətnlərdən fərq-
ləndirən önəmli ünsür məhz formullardır. Formul məsələsi
bir çox alimlərin diqqət mərkəzində olmuşdur. Ona müxtə-
lif tərif vermişlər. Bütün təriflərdə formulların nağıllar üçün
olan əhəmiyyəti vurğulanmışdır.
A.B.Alptekinin tərifi belədir: Nağılların strukturunda
özünə yer tapmış, mətnlə çox da əlaqəsi olmayan, ancaq
onunla bütünləşmiş ifadələrə formul deyilir. Formullar əsa-
sən söyləyici ilə dinləyici arasındakı əlaqəni təşkil edir (Halk
masal..., 2013:10). Y.V.Çəmənzəminli ənənəvi formulları
nağılın zinəti hesab edir. O qeyd edir: “Üsula gəldikdə na-
ğıl ədəbiyyatının müəyyən üsulu var. Onları gözəl edən və
süsləndirən müəyyən dil, tərkib və cümlələrdir. Xalq ədə-
biyyatı ilə maraqlananlar bu nöqtəni unudarlarsa, çəkdiklə-
ri zəhmət hədər olar” (Çəmənzəminli Y., 2005: 284). A.
Lorda görə, formullar onların haqqında düşünüldüyü kimi
donmuş klişelər deyil, əksinə onlar dəyişə bilir və onlardan
yeni formullar yaranır (Bax: İsgəndərzadə V., 2014:8). Bo-
ratav və Eberhard: “Nağılların başlanğıcında giriş formulu
olur: “Bir varmış, bir yokmuş...” Bu formul bir “təkərləmə”
ilə davam edə bilər. Sonra əhvalatların əsas hissəsinə keç-
məzdən əvvəl qəhrəmanın durumu, həyatı, həmçinin doğu-
luşu və gəncliyinin təsvir olunduğu kiçik bir hissə gəlir. Ar-
dınca nağılın əsas hissəsi başlayır. Sonda isə sonluq formulu
gəlir. Şər uduzur və ya qırx gün, qırx gecə davam edən toy
84
olur, yaxud digər xoşbəxt sonluqla yaxşı qəhrəmanlar və ey-
ni zamanda dinləyicilər sevinirlər (Bax: İsgəndərzadə V.,
2014:8). Burada dinləyici belə bir arzu irəli sürür: “Onlar
ermiş muradına, biz de erelim muradımıza”. Bəzən söyləyici
zarafatla, maraq üçün oxucunu mükafatlandırır: “Göydən
üç alma düşdü”. Sonra almaların üç nəfər arasında bölün-
məsi gözlənilir, ancaq o, söylədiyi nağılın əvəzində almala-
rın hər üçünü özünə götürür. Ənənəvi formul deyərkən,
epik təhkiyədə istifadə olunan qəlibləşmiş söz, ifadə və ya
sözlər qrupu nəzərdə tutulur. Bir çox mənbələrdə fərqli şə-
kildə izah olunan “ənənəvi formul” müxtəlif terminlərlə ifa-
də olunur. Dilçilik lüğətində “formul” termini “frazeolo-
gizm”, “klişe”, “ştamp”, “stereotip” terminləri ilə sinonim
kimi verilir. Mövcud məsələ ilə bağlı araşdırdığımız mənbə-
lərdə aşağıdakı terminlərə rast gəlinir: dayanıqlı yerlər, ti-
pik yerlər, ənənəvi formullar, epik formullar, tipik ifadələr,
qəlib ifadələr, stereotiplər, ənənəvi yerlər, klişelər, təkrarla-
malar, daimi epitetlər, metrik söz qrupları, şablonlar, tema-
tik standartlar, dayanıqlı müqayisələr və məcazlar, hərəkətli
hissələr, obrazlı stereotiplər, stilistik klişelər, dayanıqlı söz
kompleksləri, frazeologizmlər, kümə sözlər və s. Məzmun-
ca, əhatəlilik baxımından daha uğurlu, çox rast gəlinən və
kifayət qədər həcmli ifadə “ənənəvi formul” terminidir (İs-
gəndərzadə V., 2014:9).
V.Y.Proppun “ümumi yerlər” adlandırdığı formullar
xalq yaradıcılığı və tətbiqi incəsənətdə öyrənilmişdir. Nağı-
lın məhz ənənələr, miflər, ilkin təsəvvür formalarının və bir
sıra sosial institutların vasitəsilə izahının mümkünlüyünü
sübut edən V.Propp ənənəvi formullardan söz açılanda, on-
85
ları arxaik mədəniyyət kontekstində anlamaq lazım olduğu-
nu bildirmişdir (Пропп В. 1957: 457). Amerikan mədə-
niyyətşünası Con Kavelti məşhur “Formul nəqli incəsənət
və populyar mədəniyyət kimi” əsərində formulu “çoxlu say-
da əsərlərdə istifadə olunan təhkiyə və dramaturji konvensi-
yaların strukturu” kimi müəyyən etmişdir (Cawelti, J.
1976:121).
Göründüyü kimi, formulların əsasən funksiyası, yeri
müəyyən edilməyə çalışılmışdır. Onların struktur-tipoloji
yöndən araşdırılması ilk dəfə Rumıniya alimi N.Roşiyanuya
məxsusdur. N.Roşiyanu bir sıra Slavyan, Qərbi Avropa və
Şərq xalqlarının nağıl mətnlərinin əsasında formulları, onla-
rın elementlərinin tərkibini öyrənmiş, funksional xüsusiy-
yətlərini müəyyən etmişdir. N.Roşiyanunun tədqiqatlarına
əsaslanaraq, N.M.Gerasimova rus xalq nağıllarının struktu-
runu araşdırmışdır. Bu problemin linqvistik yöndən analizi
isə O.A.Davıdovaya məxsusdur.
Dastanların formul nəzəriyyəsini öyrənən K.Vəliyev də
formulun təsnifatının bilavasitə dil birliklərinə uyğun oldu-
ğunu vurğulayır: 1) Söz-formulu (metafora); 2) Söz birləş-
məsi-formulu (bədii vəsflər); 3) Cümlə-formulu (atalar söz-
ləri, hikmətli sözlər); 4) Mürəkkəb sintaktik bütünlük- for-
mulu (şeir) (Vəliyev K., 1984: 143). Onun fikrincə, bu
ümumi modellər öz tərkib hissələrinə bölünür. Alqış, qar-
ğış, bədii vəsf, paralel inşalar, atalar sözləri, təkərləmə ifa-
dələri və s. uyğun modelin ünsürü kimi ortaya çıxır. Bu dil
birliklərinin uyğun modellərinə N.Roşiyanunun araşdırma-
sında da rast gəlinir.
86
Müasir dövrdə Türkiyə folklorşünaslarından M.H.Ya-
vuz, N.Taner, M.Gökçəoğlu xalq nağılları üzərində çalış-
malarını davam etdirirlər. Kıbrıs nağıllarını toplayan tədqi-
qatçı M.Gökçəoğlu ənənəvi formulların “Kıbrıs türk küme
sözler (formeller)” sözlüyünü hazırlamışdır. Burada o, küme
sözü altında ənənəvi tapmacaların, atalar sözlərinin, təkər-
ləmələrin daxil olduğu bütün formulları təqdim etmişdir
(Bax: Vəfa İsgəndərzadə, 2014: 8).
Bu günə qədər Azərbaycanda nağıl janrına həsr olun-
muş bir sıra araşdırmalar mövcuddur. Ancaq onların heç
birində nağıl formulları xüsusi şəkildə araşdırmaya cəlb
olunmamışdır. O.Əliyev “Azərbaycan nağıllarının poetika-
sı” adlı monoqrafiyasında nağıl formullarından bir qədər ət-
raflı bəhs etmişdir. Ayrı-ayrı dərsliklərdə isə nağıl formulla-
rına ötəri şəkildə toxunulmuşdur.
Azərbaycanda nağıl formulları mövzusuna sistemli şə-
kildə ilk dəfə Vəfa İsgəndərzadə toxunmuşdur. Onun
“Ənənəvi nağıl formulları” kitabında Azərbaycan-Türkiyə
və Şimali Kipr nağıllarının müqayisəli ənənəvi formulları
verilmişdir.
V.İsgəndərzadə öz tədqiqatında formulları aşağıdakı
kimi bölür:
1. Başlanğıc (giriş), təhkiyə və sonluq formulları. Baş-
lanğıc formullarını da öz növbəsində iki yerə bölür:
a) zaman formulları
b) məkan formulları
1.
Təhkiyə formullarını da ikiyə bölür:
a) xarici təhkiyə
87
b) daxili təhkiyə
2.
Sonluq formullarını isə bölgüyə tabe tutmur.
Zaman formullarını “Biri var idi, biri yox idi” və Alla-
hın mövcudluğu ilə bağlı formullar, zamanla bağlı formul-
lar, qarışıq formullar, sicilləmələrə; Məkan formullarını na-
məlum yer adları ilə bağlı formullar, məlum yer adları ilə
bağlı formullar, qarışıq formullara bölür.
Xarici təhkiyə formullarını dinləyicinin diqqətini cəlb
etmək üçün onlarda maraq oyadan formullara (buna daxil-
dir: atalar sözləri və deyimlərlə dinləyicidə maraq oyadan
formullar, fasilə verərək dinləyicidə maraq oyadan formul-
lar, bədii təsvir vasitəsilə dinləyicidə maraq oyadan formul-
lar, qəhrəmanın fəaliyyəti ilə xaricən bağlı formullar), dinlə-
yicilərin diqqətini yoxlamaq üçün formullar, keçid formul-
larına (buna daxildir: vaxtın tez keçməsi ilə bağlı formullar,
uşağın tez böyüməsi və hamilə qadınlarla bağlı formullar)
bölür.
Daxili təhkiyə formullarını qəhrəmanların simasını mü-
əyyən edən formullar (buraya daxildir: kişi qəhrəmanların
simasını təsvir edən formullar, yeni doğulmuş körpələri təs-
vir edən formullar, mənfi obrazları təsvir edən formullar,
təbiət hadisələri ilə bağlı formullar, qəhrəmanın adını təsvir
edən formullar, qəhrəmanın yaşadığı sarayları, bağ-bağatla-
rı təsvir edən formullar, əşyaları və canlı varlıqların qızılı
təsvirini verən formullar, qızılın və gümüşün semantik cüt-
lüyü olan formullar), personajların hərəkətini, fəaliyyətini
təsvir edən formullar (buraya daxildir: uzaq məsafəni get-
məyi təsvir edən formullar, qorxulu, çətin keçilər yerləri
88
təsvir edən formullar), dialoqa girən formullar, magik for-
mullar, başlanğıc formullarına xarakterik olan daxili təhki-
yə formulları (buraya daxildir: atalar sözü və məsəllərlə
bağlı formullar) şəklində təsnif edir.
Sonluq formullarını isə söyləyicinin padşahın qonaqlı-
ğında iştirakı və xoş gün-güzəranla bağlı formullara, söylə-
yici fəaliyyəti ilə bağlı formullara, söyləyicinin dinləyiciyə
yönəlməsi ilə bağlı formullara (bura daxildir: “göydən üç al-
ma düşdü” formulu və onun variantları, qarışıq sonluq for-
mulları, atalar sözü və deyimlərdən ibarət sonluq formulla-
rı, nağılın məzmunu ilə bağlı olmayan ritmik formullar və
sadə sonluq formulları) bölmüş və bu şəkildə bölgü apar-
mışdır (İsgəndərzadə V. 2014: 149-198). Bu bölgü həddin-
dən artıq xırdalığı da nəzərə alaraq göstərilmişdir. Düşünü-
rük ki, kitab nağıl tədqiqatçısı üçün olduqca gözəl materi-
aldır. Ancaq bizim məqsədimiz tələbələrin nağıl formulları-
nı daha tez idrak etməsi olduğundan bu formulları bir qə-
dər sadələşdirib, əlavələr artıraraq belə verməyi məsləhət
bildik:
Dostları ilə paylaş: |