1 Aynur Qəzənfərqızı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   ...   29   30   31   32   33   34   35   36   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

3.Sonluq formulları 
a) Xarakterik sonluqlar. Burada müsbət qəhrəmanlar 
yaxşılıqlarına görə mükafatlandırlır, mənfi qəhrəmanlar isə 


91 
pisliklərinə görə cəzalandırılır. “Bağban durdu. İki padşa-
hın, iki vəzir, vəkilin, iki şah oğlunun, iki şah qızının, iki 
kürəkənin alnına qara damğa vurdu. Sonra Nərbala hər iki 
tərəfə dedi: 
– Camaat, mən, bax, o iki dağın arasındakı qalaçada 
yaşayacağam, kim sizə zülm eləsə, mənə deyərsiz. 
Nərbala sözünü qurtarıb anasını, bağbanı, bir də kiçik 
qızı götürüb qalaçaya getdi. 
Deyirlər, nə qədər ki Nərbala sağ idi, qorxudan heç 
kim yoxsullara zülm eləyə bilmirdi.” 
b) Təhkiyəvi sonluqlar: “Onlar yeyib içib yerə keçdi-
lər”, “Göydən üç alma düşdü”, “Qırx gün qırx gecə toy et-
dilər” və s.
 
Ev tapşırığı: Müxtəlif nağılların formullarını müəyyən-
ləşdirmək 
 
 
 


92 
Azərbaycan nağıllarının  regional özəllikləri 
Regionallıq önəmli mövzudur. Coğrafiya, iqlim, məi-
şət və aid olduqları tayfalar bu xarakterik xüsusiyyətin 
formalaşmasında önəmli rol oynayır. Bu da onların istər 
nağıllarında, istərsə də digər bütün folklor mətnlərində 
fərqliliyə səbəb olur. Məsələn, Gəncə-Basar və Qarabağ 
bölgəsindən toplanmış bir nağılda tərəkəmə həyatına aid 
motivlər çox aktiv şəkildə yer alırkən, Şəki-Zaqatala böl-
gəsindən toplanmış nağıllarda daha çox oturaq həyat ilə 
bağlı motivlər mövcud olur. Yaxud Gəncə-Basar bölgə-
sində aşıq sənəti inkişaf etdiyi halda, Qarabağ bölgəsində 
muğam çox inkişaf edib. Yəni hər bir insan aid olduğu 
bölgənin bütün xarakterik xüsusiyyətini mənimsəyərək 
nağılı söyləyir. Artıq əvvəlki mövzularda qeyd etdiyimiz 
kimi, söyləyici azadlığı vardır. Söyləyici isə tanış olduğu, 
bildiyi kültür çərçivəsində bunu ifadə edir. Yəni, nağıl 
söyləyiciləri söyləyərkən yeni bir mətn ortaya qoymuş olur-
lar. Burada sadəcə söyləyicinin mətnə müdaxiləsinin güc-
lü yaxud zəif olmasından söhbət gedə bilər. Elə buna gö-
rədir ki, eyni bir folklor nümunəsinin müxtəlif regionlar-
dan toplanmış müxtəlif variantları mövcuddur. 
Fikrimizi əsaslandırmaq üçün belə deyə bilərik ki, 
Şirvan nağılları içərisində Əmir Teymurla bağlı nağıllar 
xüsusilə çoxluq təşkil edir. Əmir Teymur haqqında olan 
bu mətnlərdə bu sərkərdənin adının verilməsi və bu 
mətnlərin məhz Şirvan bölgəsində mövcud olmasının sə-


93 
bəbi bölgənin tarixi hadisələrin ortasında qalmasıdır. 
Əmir Teymurun bölgə əhalisinin yaddaşında qalmasıdır.
Yaxud deyək ki, Naxçıvan bölgəsindən toplanmış na-
ğıllarda sehrli motivlər xüsusilə üstünlük təşkil edir. Mə-
sələn: “Qırx Qönçə xanım”, “Cəlayi-vətən”, “Beçə dər-
viş”, “Məlik Məhəmməd və Məlik Əhməd”, “Caməs”, 
“Şahzadə Bəndalı”, “İsgəndərin dirilməsi”, “Qırx 
qız”, “Gülüqahqah”, “Şahzadə Seyfəddin”, “Çalıb-çağı-
ran ağac”, “İynədan”, “Çoban Yusufun yuxusu”, “Sehrli 
üzük”, “Göygöz Kosa” və s. nağılları bu sıraya aid etmək 
olar. Oruc Əliyev qeyd edir ki, Naxçıvanda yayılmış 
müxtəlif bölüm süjetlərdə “yuxugörmə”,
“yuxuyozma”, 
“yuxudəyişmə”, “yuxusatma” bir vasitə kimi geniş yer tu-
tur (Əliyev O., Azərbaycan nağılları... İnt.). Adlarını çək-
diyimiz nağıllarda yuxuyozumuna diqqət yetirsək bölgə-
səl xarakter ortaya çıxmış olur. Doğrudur, yuxuda görül-
müşlərin hansı çevrələrlə bağlılığını söyləmək asan deyil. 
Naxçıvan bölgəsindən toplanmış nağıllarda yuxuyozumu-
nun naxçıvanlıların inam, etiqad, ailə-məişət tərzinin əks 
olunması ilə yozulması vacibdir. Fikrimizə bir örnək göstə-
rək:
“Mərcan xanım” nağılında belə bir epizod var ki, 
Mərcan deyir ki, bəs hamısı bir biçimdə, bir rəngdə qırx 
bir dəst don tikin. Donlar tikilib qurtarır, geyilir. Mər-
can gəzmək bəhanəsiynən bunları gəmini saxladığı yerə 
gətirib soruşur: 
– Oy, ay qızlar, bu nədi belə? 
Qızlar ömürlərində gəmi görməmişdilər. Ona görə 
də dedilər: 


94 
– Görmürsən dənizin üstündə otaqdı. Gəlin oturaq 
içində haxışta deyək. Haxışda Naxçıvan bölgəsində ge-
niş yayılmış bir mərasim olduğu üçün bu nüansın nağıl 
mətnində özünə yer tapması qanunauyğunluq sayılmalı-
dır. 
Qazax-Gəncə, Göyçə, Borçalı regionlarından top-
lanan nağıllarda saz, aşıq, qoyunun, çoban itinin sə-
daqətinin, qurdun pislənməsi motivlərinin şahidi olu-
ruq. Yenə də burada inam, etiqad, ailə-məişət tərzi-
nin özünəməxsus şəkildə nağıl mətnlərində yer alması 
faktı durur. Məsələn, “Sınağın nağılı”nda möcüzəli yol-
la dünyaya gələn qəhrəmanı hər şeydən çox babasından 
qalma saz maraqlandırır. O, səfərə çıxanda sazını da özü 
ilə aparır. Sevgilisinin yaşadığı şəhərə gələndə o, aşıq ki-
mi gəlir. Yaxud “Narın xanımın nağılı”nda isə müdrik 
qoca qəhrəmana tilsimi ancaq sazla sındıra biləcəyini söy-
ləyir. Oruc Əliyev vurğulayır ki, bu məsələ ilə bağlı tədqi-
qat aparan araşdırıcılar musiqi alətinin (qopuz, tambur, da-
vul, saz, və s.) sehrli gücə malik olmasını, mifoloji təsəvvürə 
görə, onun ruhlar dünyası ilə bağlı olması ilə əlaqələndirir-
lər. Aşıq yaradacılığının təsiri qərb regionu nağıllarının ob-
razlarında, süjetlərində, poetik sistemində bu və ya digər 
dərəcədə özünü üzə çıxarır (Əliyev O. Azərbaycan nağıl...). 
Nağılların ayrı-ayrı regionlar üzrə sistemli şəkildə top-
lanıb yazıya alınması nağıl haqqında daha geniş araşdırma 
aparıb, hərtərəfli öyrənməyə imkan verir.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin