1 Aynur Qəzənfərqızı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə34/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   ...   29   30   31   32   33   34   35   36   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

 
 


95 
Nağıl və yazılı ədəbiyyat 
Yazılı ədəbiyyatdakı süjetlərin təməli əsasən şifahi xalq 
ədəbiyyatından alınmışdır. Tarix boyu bir çox şair və yaza-
rımız öz əsərlərinin mövzusunu folklordan almışlar. Məsə-
lən, elə Nizaminin və Füzulinin “Leyli və Məcnun” əsəri bil-
diyimiz kimi, məşhur rəvayətindən alınmışdır. Ancaq yazılı 
ədəbiyyatda folklor mətnlərinin kütləvi şəkildə istifadəsinə 
XIX-XX əsrlərdə başlanmışdır. Folklorla yazılı ədəbiyyatın 
yaxınlığı bir də milli özünə qayıdışla bağlıdır. Repressiya-
dan sonra aradan keçən 30-35 illik fasilə və 1960-cılar nəs-
linin ədəbiyyata gəlməsi ilə vəziyyət dəyişdi. Milli oyanış, 
milli özünüdərk 1970-80-ci illər ədəbiyyatının əsas aparıcı 
ideologiyası oldu.
Nağıl mətnlərinə müraciətin iki forması vardır: 1. Ol-
duğu kimi saxlayaraq, 2. dəyişdirərək.
1. Yazıçı və şairlər folklor örnəklərini əsərlərinə olduğu 
kimi gətirir, süjet xəttində, motivlərdə əsaslı dəyişikliklər 
etmirlər. Məsələn, Y.V.Çəmənzəminli “Məlikməmməd”, Ü. 
Hacıbəyli “Şəhər işləri” əsərlərini buna misal göstərə bilərik.
2. Hər bir yazıçı və şair düşüncə dünyasını, estetik üs-
lubunu təyin etmək üçün folklor örnəklərinə müraciət edir 
ki, bu da mətnin alt qatında folklorun görünməsidir. Bu 
halda yazıçı qarşısında qoyduğu ideyanı, fikri qeyri-ixtiyari 
mənsub olduğu xalqın folklor mirasına baş vurmaqla həll 
edir. Süleyman Sani Axundovun Qorxulu nağıllar silsiləsini 
buna misal göstərmək olar.


96 
Yazıçıların müraciət etdiyi folklor janrları sadəcə nağıl 
deyil, həm də digər folklor janrlarıdır. Məsələn, lətifələr C. 
Məmmədquluzadə, Ü.Hacıbəyli, S.Axundov, Ə.Haqverdi-
yev və s.-dir. Əfsanə janrından ən çox bəhrələnən S.M.Qə-
nizadə, A.Divanbəyoğlu, A.Şaiq, və başqalarıdır. Atalar sö-
zü və məsəllər isə C.Məmmədquluzadə, N.Nərimanov, Ü. 
Hacıbəyli, M.S.Ordubadi və digərlərinin yaradıcılığında 
özünü göstərir.



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin