82
Göründüyü kimi, Azərbaycan nağıllarına məxsus 618
süjet müəyyən edilib. Bunlardan 86-sı heyvanlar haqqında
nağıllara, 110-u sehrli, 67-si dini, 178-i novellavari, 25-i
axmaq şeytan haqqında nağıllara, 126-sı lətifələrə, 6-sı zən-
cirvari nağıllara, 20-si isə bahadırlıq nağıllarına məxsus sü-
jetlərdir. Süjetlərin qruplar üzrə sayı yuxarıdakı cədvəldə
əks olunmuşdur (Rüstəmzadə İ., 2013:58).
Azərbaycan nağılları arasında beynəlxalq süjetlərin o
qədər də böyük çəkisi yoxdur. Süjet repertuarının 47,4%-ni
Aarne-Tompson göstəricisində qarşılığı olan, 52,6%-ni isə
yeni süjetlər təşkil edir. Ən çox fərqliliyə novellavari və dini
nağıllar qrupunda rast gəlinir. Novellavari nağılların süjet
tərkibinin 67,4%-ni, dini nağılların 67,1%-ni, sehrli nağıl-
ların 38,1%-ni, heyvanlar haqqında nağılların 33,7%-ni,
axmaq şeytan haqqında nağılların 32%-ni, lətifələrin isə
43,6%-ni beynəlxalq kataloqda qarşılığı olmayan süjetlər
təşkil edir (Rüstəmzadə İ., 2013).
Beynəlxalq süjetlərə ən çox axmaq şeytan haqqında na-
ğıllar qrupunda rast gəlinir. Ancaq bəzi yerli süjetlər vardır
ki, onlara beynəlxalq süjetlər arasında rast gəlinmir. Məsə-
lən, yeddi qardaşın bacısı, tülkünün gəlinin zinət əşyalarını
oğurlaması, tənbəl qurd, pəriyə aşiq olmuş oğlan, gəlininə
aşiq olmuş ata və s. süjetlər öz orijinallıqları ilə seçilirlər.
Dostları ilə paylaş: