Ev tapşırığı: beş nağıl mətni oxuyub süjet, motiv və
kontaminasiyanı müəyyən etmək.
74
Nağılların süjet tərkibi (beynəlxalq və milli
süjetlər)
Fin məktəbi və nağılların süjet göstəricisi. Beynəlxalq nağıl
süjetləri. Anti Aarne və Stit Tompsonun süjet kataloqu. Ölkə folk-
lorşünaslığında kataloqlaşdırılma ilə bağlı görülən işlər.
Nağılların orijinallığı, yaranma tarixi, yayılma arealı
hər zaman alimlərin diqqətini cəlb etmişdir. Bu məsələ
alimləri o qədər cəlb etmişdir ki, bir çox məktəblər məhz
bu məsələlərin həllini ortaya qoymaq istəmişdir. Mifoloji,
tarixi-iqtibas, etnoqrafik nəzəriyyələr nağılların yaranması
və yayılması məsələlərini hələ tam həll etməmiş, onların
orijinallığını coğrafi və tarixi metodla ortaya qoymağa çalı-
şan yeni bir məktəb – Fin məktəbi ortaya çıxmışdır. Bu
məktəbin əsas xidməti nağılların sistemləşdirilməsi və oriji-
nallığının ortaya qoymaq olmuşdur.
Qeyd edək ki, bu nəzəriyyə ilk folklor nəzəriyyəsi və
metodu hesab edilir. Əslində bu nəzəriyyə nağılların təhlili
üçün ortaya atılsa da, daha sonra digər folklor janrları üçün
də tətbiq edilir. Bunun məntiqi ardıcıllığı olaraq S.Tompso-
nun məşhur “Motif İndex of Folk Literature (Xalq ədəbiy-
yatının motiv indeksləri)” adlı əsəri ortaya çıxmışdır.
Bu məktəbin uğursuzluğa uğramasının səbəbi folkloru
xalqdan deyil, aristokratik təbəqədən toplayıb təhlil etmə-
ləridir. Hər şeyə ideoloji yöndən yanaşan, manqurtlaşdırma
siyasətinə xidmət etməyən bütün nəzəriyyələri inkar edən
bir çox sovet folklorşünasları da aristokratik təbəqənin təb-
liğ edilməsini apardıqları siyasətə uyğun hesab etməyərək,
75
demək olar ki, məktəbi görməzdən gəlmişlər. Bir neçə mə-
qalə istisna olmaqla, bu məktəbə dair elə bir ciddi araşdır-
maya rast gəlmək mümkün deyil.
“Bu metodologiya əsasən kollektiv yaradıcılığı qəbul
etməmələri, folklorun aristokratik təbəqə tərəfindən yara-
dıldığını iddia etmələri, süjetləri onların mövcud olduğu ic-
timai-siyasi mühitdən kənarda öyrənmələri kimi müddəa-
lardan ibarət idi. Məhz buna görə də bir çox məqalələrdə
ondan bir burjua məktəbi kimi bəhs olunurdu” (Rüstəmza-
də İ., 2013:10-12).
Rus folklorşünaslığında bu məktəb ancaq N.P.Andre-
yevin timsalında özünə tərəfdar tapmış, lakin sonradan o da
fin metodunun faydasızlığını görüb ondan uzaqlaşmışdır.
Azərbaycan folklorşünaslığına gəldikdə isə, V.Vəliyev,
P.Əfəndiyev və A.Nəbiyevin ali məktəb tələbələri üçün
yazdığı dərsliklərdəki qısa məlumatdan savayı, bu məktəb
haqqında elə bir ciddi araşdırmaya rast gəlinmir (Rüstəm-
zadə İ., 2013:10-12).
Fin məktəbinin mühüm bir cəhəti də nəzəriyyənin Dar-
vinin təkamül nəzəriyyəsi ilə olan yaxınlığıdır. “Fin məktəbi
folklor nümunələrinin araşdırılması zamanı coğrafi-tarixi
metoddan və ya yarandığı ölkənin adı ilə tanınan “fin me-
todu”ndan istifadə edirdi. Bu metod folklorşünaslıqda dar-
vinizmin folklora adaptasiyası kimi qiymətləndirilir” (Rüs-
təmzadə İ., 2013:10-12). Göründüyü kimi, XIX əsrin II
yarısında Avropada Ç.Darvinin geniş yayılmış təkamül nə-
zəriyyəsində irəli sürülmüş flora və faunanın mənşəyini ax-
tararkən irəli sürdüyü metodu nağıl mətnlərinin mənşəyini
axtarmaq üçün tətbiq edirlər. Bu zaman ortaya coğrafi-tari-
76
xi metod çıxır. Fin metodun əsasını Y.Konkka “Fin ədəbiy-
yatı tarixi. Kalevala” əsəri ilə qoymuşdur. Bəs tarixi-coğrafi
metod nədir?
Y.Kron “Kalevala” poemasının orijinal variantını öy-
rənməyə çalışır. Bunun üçün əvvəlcə onun variantlarını
toplayır. Daha sonra ona əlavə olunmuş motivləri, obrazları
müəyyənləşdirməyə çalışır. Bunun üçün “Kalevala” “poe-
malarının yarandığı yeri, onların səyahət marşrutunu mü-
əyyənləşdirməyə, finlərlə başqa xalqların epik poeziyaları
arasındakı qarşılıqlı əlaqələri nəzərdən keçirməyə çalışmış-
dır” (Rüstəmzadə İ., 2013:12). Müəyyən etmişdir ki, poe-
manın mətni bir birinə yaxın bölgələrdə yerləşərsə bənzər-
liklər də çox olur. Bölgələr arasındakı məsafə uzaqlaşdıqca
variantları arasındakı bənzərliklər azalır, fərqlər çoxalır. Yə-
ni mətnlər coğrafi ardıcıllıqla yeni variantlarını törədir. Belə
ki, I variant əsasında II, II variant əsasında III və s. forma-
laşır. Coğrafi inkişaf anlayışı da buradan doğur. Y.Krona
görə, süjetlərin inkişafı həm də tarixi metodla baş verir. Ta-
rixi metod isə əsasən yaşlı nəsildən gənc nəslə ötürülmə ilə
gerçəkləşir. Yəni babanın danışdığı nağılı nəvə öz əlavələri
ilə söyləyir. Əslində bu metod şərti xarakter daşıyır. Çünki
yaşlı nəslin danışdığı nağıl arxivlənmədiyi üçün nəvənin
oraya hansı əlavələri etdiyini müəyyənləşdirmək qəliz məsə-
lədir. Y.Kronnun vaxtsız ölümü başladığı işi yarımçıq qoy-
sa da, oğlu Kaarle Kron bu işi davam etdirmişdir. Y.Kron
Kalevala poemaları üzərində araşdırmaları zamanı müəyyən
etmişdir ki, nağıl mətnlərini təhlil edərkən Y.Kronun gəl-
diyi digər nəticə isə odur ki, söyləyici nağılı danışarkən bə-
zən mətnin bir hissəsini ixtisar etdiyi kimi, ora əlavələr də
77
edə bilir. Bunlar yaddaşın itməsi, əlavələr və genişlənmə ki-
mi psixoloji qanunlar hesab olunur. Yaddaşın itməsi qanu-
nuna əsasən söyləyici kontaminasiya hadisəsini gerçəkləşdi-
rir, yəni bildiyi digər mətnlərdən istifadə edir və unutduğu
hissəni qismən geri qaytarır. Genişlənmə isə süjetə məxsus
bəzi fəaliyyət və gedişlərin üçlənməsi (üç dəfə təkrarlanma-
sı) ilə yəni, eyni nağıl daxilində bir neçə süjetin birləşməsi
hesabına baş verir.
Fin məktəbinin üstünlüyü onda idi ki, bütün variantlar
toplanıb təhlilə cəlb edilirdi ki, bu zaman süjetlərin yayıl-
ması zamanı itən və əlavə olan motivləri müəyyənləşdirmək
qismən mümkün olurdu. Məktəb təhlili müqayisə prinsipi
əsasında aparırdı: nəsr əsərlərində motivlər, nəzm əsərlərin-
də isə misralar üzrə.
Məktəb orijinallığı tapmaq üçün 4 tələb irəli sürür:
birincisi odur ki, motivə nə qədər çox rast gəlinirsə, o qədər
orijinaldır, motiv nə qədər geniş əraziyə yayılmışsa, orijinal-
lığı müəyyənləşdirmək o qədər çətinləşir, motiv nə qədər
maraqlı və məşhurdursa qorunması və yayılması da o qədər
asan baş verir, nağıllardakı motivlərin təbii ardıcıllığı onun
qədimliyinin göstəricisidir (Goldberg C., 1984:12)
Fin məktəbinin çatışmazlığı nağılları xalqın içindən de-
yil aristokratlardan toplaması idi. Bu səbəbdən də nəzəriyyə
özünü doğrulda bilmədən süquta uğramışdır.
Dostları ilə paylaş: |