1 Aynur Qəzənfərqızı


Nağıllarda səyyar motiv və mövzular



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   ...   21   22   23   24   25   26   27   28   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

 Nağıllarda səyyar motiv və mövzular 
Stit Tompson 1930-32-ci illər arasında özünün 6 cild-
lik “Xalq ədəbiyyatının motiv indeksi” adlı kitabını yazır. 
Bu kitab nağıl tədqiqində daha bir ilk olur. Belə ki, ilk dəfə 
olaraq nağılların motivləri sistemli şəkildə kataloqlaşdırılır. 
Tompson motivləri 23 başlıq altında birləşdirir:  


67 
A. Mifoloji motivlər (mifoloji heyvanlar, pəri, cin, ruh, 
şeytan); 
B. Heyvanlar (mifoloji heyvanlar, sehrli heyvanlar, sehr 
edə bilən heyvanlar, insani xüsusiyyətlər verilən heyvanlar, 
dost heyvanlar, köməkçi heyvanlar, heyvan ilə insanın ev-
lənməsi və s.); 
C. Qadağa (qeyri-adi təbii varlıqlara qarşı qadağa, cinsi 
qadağa yeyib-içmək ilə əlaqəli qadağa, baxmaqla əlaqəli 
qadağa, danışmaq ilə əlaqəli qadağa, müxtəlif qadağalar); 
D. Sehr (çevrilmələr – (insanın fərqli bir heyvana çevril-
məsi, insanın əşyaya çevrilməsi, heyvanın insana çevrilməsi, 
çevrilmənin digər şəkilləri, çevrilmənin mənaları, müxtəlif 
çevrilmələr), sehrin pozulması, sehrli əşyalar, onların fun-
ksiyaları); 
E. Ölüm (diriltmə, xortlamışlar, yenidən dirilmə, ruh); 
F. Xariqüladəliklər (digər dünyalara səyahətlər, xariqül-
adə canlılar – pəri, cin, ruh, şeytan, xariqüladə yer və əşya-
lar, hadisələr);  
G. Divlər (divlərin hakimiyyətinə girmək, adamyeyən 
divlər, dost divlər, güclü və heybətli divlər, canı başqa yer-
də olan divlər); 
H.İmtahanlar (sınaq imtahanı, tanıma imtahanı, doğru-
luq imtahanı, evlənmə imtahanları, ağıl imtahanı, cəsarət 
imtahanı, qəhrəmanlıq imtahanı, digər imtahanlar); 
J. Ağıllılar və axmaqlar (qazanılan və əldə edilən ağıl, 
ağıllı və ağılsız davranışlar, ağıllılıq, axmaqlar və digər ağıl-
sız insanlar); 


68 
K. Aldatmalar (aldadaraq bir müsabiqəni qazanmaq, al-
dadıcı anlaşmalar, oğurluqlar və hiylələr, aldatma yolu ilə 
qaçma, aldatma yolu ilə yaxalanma, tale ilə bağlı aldatma-
lar, aldadanın öz qazdığı quyuya düşməsi, saxta ittihamlar, 
alçaq və xəyanət edənlər, digər aldatmalar); 
L.Taleyin tərs dönməsi (ən cavan olanın qələbəsi, taleyi 
üzünə gülməyən qəhrəman, təvazökarlığın mükafatla nəti-
cələnməsi, zəif və taqətsiz olanın qələbəsi, kibrin alçaqlıq 
gətirməsi); 
M. Gələcəyin təyini (hökmlər və qərarlar, and və sözlər, 
anlaşmalar, kəhanətlər, bəddualar); 
N. Şans və tale (mərclər və qumarlar, şansın və talenin 
yolları, şanssız qəzalar, şanslı təsadüflər, aşkarlanan sahibsiz 
xəzinə, digər şanslı təsadüflər və qarşılaşmalar)
P. Cəmiyyət (şahlıq və əsilzadəlik, digər sosial qurumlar, 
ailə, digər sosial qohumluqlar, işlər və məsləklər, hökmlər, 
idarə etmə, adətlər, cəmiyyət ilə bağlı müxtəlif motivlər); 
Q. Mükafatlar və cəzalar (cəzalar və mükafatlar, cəzala-
rın və mükafatların növləri); 
R. Əsirlər və qaçaqlar (əsirlər, qaçaqlar, qaçmalar, təkrar 
ələ keçmələr); 
S. Anormal zülmlər (zalım qohumluqlar, qorxunc qətli-
amlar, yaxud şikəst etmələr, tərk edilmiş, yaxud öldürül-
müş uşaqlar, zalım işkəncələr); 
T. Cinsiyyət (sevgi, evlilik, evlilik həyatı, namus və ba-
kirəlik, qadağan olunmuş cinsi münasibətlər, hamilə qalma, 
doğum, uşaqların tərbiyəsi) 


69 
U. Həyatın təbiəti (Həyatın bərabərsizliyi, ədalət və əda-
lətsizlik, güclülərin hüquqları, sərvət və yoxsulluq və s.)
V. Din (dini mərasimlər, dini tikililər və əşyalar, mü-
qəddəs şəxslər, dini inanışlar, dini güclər, müxtəlif dini mo-
tivlər); 
W. Xarakter xüsusiyyətləri (gözəl və çirkin xarakter xü-
susiyyətləri, müxtəlif xarakter xüsusiyyətləri); 
X. Yumor (mizah) (qabiliyyətsizliyin yumoru, karlığın 
yumoru, korluğun yumoru, obrazların düşdüyü gülməli və-
ziyyətlər və s.) 
Z. Müxtəlif motiv qrupları. (formullar, simbolizm, qəhrə-
manlar, istisnalar) 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin