55
Satirik nağıllarda süjet mənfi qəhrəmanın
rüsvay edil-
məsilə sona çatır. Bu baxımdan “Keçəl” nağılı səciyyəvidir.
Nağılda təsvir olunur ki, xəsis tacir keçəli axşama qədər iş-
lədib quru çörək qırıntıları ilə yola salır. Təhqirə dözməyən
keçəl taciri hiylə ilə yorğana sarıdıb döydürür. Bundan son-
ra hadisələr məişət çərçivəsində olsa da,
qeyri-adi şəkildə
davam edir. Burada kontaminasiya (süjet içində süjet –
A.Q.) var: tacirin arvadı ilə darğanın buraya əlavə olunma-
sı, Nağılda keçəlin ağıl və fərasəti nəticəsində tacirin xəsisli-
yi, darğanın riyakarlığı üzə çıxır (Bax: Əliyev O., 2005:63).
Satirik nağıllarda mənfi qəhrəmanın xarakterindəki hər
hansı bir mühüm xüsusiyyət mübaliğəli şəkildə verilir. Ke-
çələ iki abbasılıq qoyunu beş tümənə satan molla içalatı da
istəyir, üstəlik sabah arvadının libasını dəyişdirib keçəlin
evində müftə yemək yeməyə gedir.
Ancaq keçəlin fərasəti
nəticəsində Mollanın kələyi açılır. Molla yüz tümən verib
qardaşı oğlu kimi təqdim etdiyi arvadını keçəlin əlindən alır
(Əliyev O., 2005:64).
Dostları ilə paylaş: