1 Aynur Qəzənfərqızı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

 
 


41 
Sehrli nağıllar 
Sehrli nağıllar qeyri-adi hadisələrlə, qəhrəmanlarla, 
möcüzəli əşyalarla zəngindir. Mürəkkəb quruluşa malik 
olan bu nağıllarda mifik təsəvvürlər özünəməxsus şəkildə 
əks olunmuşdur. Sehrli nağıllarda sehr kimi qəbul etdiyimiz 
detallar ilkin zamanlarda dini inancın təsirilə ortaya çıxsa 
da, bu təsəvvürlər inkişaf prosesində tədricən aradan çıxıb, 
ancaq nağıl estetik mənasını itirmədən bədii əsər kimi xal-
qın yaddaşında bu gün də yaşayır.
İngilis folklorşünaslığında sehrli nağıllara münasibət 
bir qədər fərqlidir. Nağıl, möcüzə, sehrli nağıl yaxud al-
manca işləndiyi halda märchen kimi ifadələrlə adlandırılan 
bu mətnlər elflər, pərilər, divlər, yunikornlar və ifritələrin, 
sehrbazların iştirakı ilə xarakterikdir. “Fairy tale” termini 
ilk mərhələdə Avropa ənənələrindən qaynaqlanan hekayələr 
üçün işlədilsə də, son zamanlar uşaq ədəbiyyatı üçün işlədi-
lir.
Dar mənada, termin həm də xoşbəxt sonluğu təsvir et-
mək üçün də işlədilir: “fairy tale ending” (a happy ending) ya-
xud “fairy tale romance” (Əgər nağılın sonu xoşbəxt son-
luqla deyil, faciə ilə bitərsə, bu anti-fairy tale adlanır.). Bu-
nun qarşılığında, “fairy tale” yaxud “fairy story” terminləri 
həmçinin far-fetched story yaxud tall tale kimi mənaları da 
ehtiva edə bilər; yəni xüsusilə heç cür həqiqətə uyğun ol-
mayan, doğru ola bilməyəcək hekayələr üçün də bu termin 
işlədilir.
“Fairy tales” şifahi və yazlı ədəbiyyatda özünü göstərə 
bilir; bu ifadəni ilk dəfə 17-ci əsrdə Madam Dulunoy (Ma-


42 
dame d'Aulnoy) işlətmişdir. Bugünki nağılların əksəriyyəti 
dünyanın bir çox mədəniyyətlərində əsrlər boyu dəyişiklik-
lərlə ortaya çıxan hekayələrdən inkişaf etmişdir. Nağılın ta-
rixi haqda bilgi vermək çətindir. Amma buna baxmayaraq, 
Durham və Lizbon universiteti mütəxəssisləri nağılların 6 
min il əvvələ aid ola bilmə ehtimalını irəli sürürlər (http: 
Fairy tale). 
Folklorçular sehrli nağılları müxtəlif cür təsnif etmişlər. 
Bu təsnifatlar arasında ən diqqətəlayiq olanları Aarne-
Tompsona və Proppa məxsusdur.
Bəzi folklorçular almanca “märchen” yaxud “wonder 
tale” kimi terminləri bu janra aid etmişlər. “Bu tərz nağıllar 
motivlərin vəya hissələrin birbirini izləyən uzunluğundadır. 
Hadisələr müəyyən bir lokallıq yaxud əcaib varlıqların 
mövcud olduğu, həqiqətə uymayan bir dünyada inkişaf 
edir. Burada dünya sonsuzdur, qəhrəmanları krallara qalib 
gəlir və şahzadələr ilə evlənirlər” (Stit T., 1946:342). 
Nağılların simvol və motivləri sadə və arxetipaldır: 
prinsesalar və qaz-qızlar; ən kiçik oğlan və qüdrətli şahza-
dələr; divlər, nəhənglər, əjdahalar; pis övladlar və saxta 
qəhrəmanlar; pərilər və digər sehrli köməkçilər, danışan at-
lar və ya tülkü, və ya quşlar; şüşə dağlar; qadağalar və qa-
dağaların pozulması. 
Termin ilk dəfə Madam Dulunoy Kontenin (Madame 
D'Aulnoy's Conte) 1697-ci ildə istifadə etdiyi kolleksiyası-
nın tərcümələrində özünü tapmışdır. Alimlərin qənaətincə, 
ortaq ifadə kimi fairy tales canavar haqqında mətnləri və 
digər folklor mətnlərini birləşdirir, burada pərilərin yaxud 
mifoloji varlıqların (məs:, Elflər, qoblinlər (goblin orta əsr 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin