1 Aynur Qəzənfərqızı



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix23.05.2022
ölçüsü0,93 Mb.
#59103
1   ...   9   10   11   12   13   14   15   16   ...   37
3833-Naghillarin Potikasi Baki-Aynur Qezenferqizi 2020-102s

 
 
III yol 
Səlib yürüşləri ilə Şərqlə 
Qərbin yaxınlaşması 
nəticəsində mifoloji 
motivlər, nağıl süjetləri 
Türküstan yolu ilə 
Qafqazdan keçərək Kiçik 
Asiya üzərindən Avropaya 
çatır (Əfəndiyev P., 
1992;175). 
Buddistlərin hazırladığı 
məhsullar Monqolların 
vasitəsilə Çin və Tibetdən 
keçərək Avropaya çatmışdır 
(Halk masal..., 2013:10) 
Etnoqrafik, yaxud antropoloji nəzəriyyə 
Tarixi, mifoloji nəzəriyyələrin açıqlaya bilmədiyi bir çox 
məsələlər var ki, bunları məhz etnoqrafik, digər adı ilə an-
tropoloji məktəb ortaya çıxarır. Bu nəzəriyyə də XIX əsrdə 
Avropada meydana çıxır. Antropo – insan, logiya elm de-
məkdir. Bu nəzəriyyənin ilk müddəaları ingilis alimi Edu-
ard Teylor və Şotland alimi Andryu Lenq tərəfindən ortaya 
atılmışdır. Bu alimlər süjetlərin öz-özünə yaranması fikrini 


29 
irəli sürdülər. Göstərdilər ki, dünyada elə xalqlar var ki
bunlar arasında nə dil qohumluğu, nə ərazi yaxınlığı olmuş-
dur, ancaq bu xalqların oxşar süjetləri var. Bunun da səbəbi 
bütün xalqların eyni mənəvi psixologiyaya sahib olmaları-
dır. Yəni süjetlər bir-birindən xəbərsiz dünyanın müxtəlif 
yerlərində müstəqil şəkildə yaranır. Bu süjetlər arasındakı 
bənzərliyin səbəbi isə dünyanın hər yerində insanoğlunun 
eyni psixologiyaya sahib olmasıdır. Bu fikri bir az da açsaq 
belə deyə bilərik ki, süjetlərin yaranmasına səbəb olan gə-
lin-qaynana, ər-arvad, oğlan-qız münasibətləri dünyanın 
hər yerində eyni psixologiya nəticəsində ortaya çıxır. Odur 
ki, süjet bənzərliyinin də səbəbi insanların antroploji cəhət-
dən eyni psixologiyaya sahib olmalarıdır.
Ev tapşırığı: Nəzəriyyələr arasındakı fərqləri göstərə-
cək slayd-şou hazırlamaq.  

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin