24
mışdır (Hayvan masal..., 2010). 2013-cü ildə “Halk masal-
ları” kitabında isə folklorşünas alim daha geniş
nəzəri tədqi-
qat aparmışdır (Halk masal..., 2013).
Nağılların toplanması
Qərb ölkələrində
Avropada nağılların ilk dəfə tədqiqi 17-ci əsrdə fransız
Jan La Fontenin adı ilə bağlıdır. 1668-ci ildə yayımladığı
“Nağıllar” adlı kitabı 12 hissəyə bölünür və burada 239 na-
ğıl yer almışdır. Kitabda “Toyuq və qızıl yumurtaları”,
“Meyit daşıyan eşşək”, “Tənək koluna dolaşan maral”, “İlan
və quyruğu”, “Dovşan ilə kəklik”, “Qartal ilə bayquş” kimi
məşhur nağıllar yer almışdır.
Avropada nağılların toplanması və nəşrində Şarl Perro-
nun (Çarlz Parrault) da xidmətləri böyükdür. La Fontenin
müasiri olan Perro “Contes de ma Mere Loye” (“Loy ananın
nağılları”) adlı səkkiz nağıl mətnindən ibarət kitab yayın-
latmışdır.
Almaniyada
Yakov Qrimm,
Açim von Arnim, Kle-
mens Brentano, Bettina Brentano kimi tədqiqatçıların da
adlarını sadalaya bilərik.
Yohan Qotfried Herder nağılların tərbiyəvi əhəmiyyəti-
ni araşdırmış, Benfey isə mənşəyini öyrənməyə çalışmışdır.
Skandinaviya ölkələrindən isə finlandiyalı
Anti Aarne,
Oskar Hekmen, İsveçli Von Sidov və digərlərinin adlarını
nağıl tədqiqatçıları sırasında sadalaya bilərik.
Rusiyada nağılların toplanması işinə 17-ci
əsrdən baş-
lanmışdır. Rusiya folklorşünaslığında nağılların toplayıcıları