53
Məişət nağılları
Məişət nağılları daha çox inandırıcı,
real hadisələrdən
bəhs edir və ailə-məişətlə bağlı olur.
Real qəhrəmanlarla
əlaqəli olan məişət nağılları bu xüsusiyyətlərinə görə realist
nağıl da adlanır. Məişət nağıllarının digər adı da Novellis-
tik nağıllardır. Məişət nağılları sehrli və heyvanlar haqqın-
dakı nağıllar ilə müqayisədə real həqiqətə, ictimai və məişət
problemlərinə daha yaxındır.
Ona görə də qəhrəman şər
qüvvələrlə mübarizədə sehrli qüvvələrin köməyilə deyil, öz
diribaşlığı və bacarığı sayəsində qalib çıxır (Əliyev O.,
2005:60). Azərbaycan folklorşünaslığında “Daşdəmirin na-
ğılı” realist nağıllardan hesab edilir.
Burada Daşdəmirə
sehrli qüvvələr deyil, müəllimi Mirzə Möhsün və padşah qı-
zı Nardan xanım kömək edirlər. Onun silahı biliyidir. Ağıllı
və qorxmaz Daşdəmir bağban oğlu olsa da, əsərin sonunda
zülmkar adamlara qalib gəlir (Azərbaycan..., 1964: 256-
274).
Məişət nağıllarında hadisələr, obrazlar real həyata, icti-
mai-məişət olaylarına daha yaxın olur. “Məişət nağıllarında
konflikt məişət çərçivəsində inkişaf edir, qəhrəman fəal olur
və möcüzəli köməkçilərsiz hərəkət edir” (Seyidov N., 1966:
62).
Qeyd edək ki, sehrli nağıllarda qəhrəman sehrli qüvvə-
lərin və əşyaların köməyi sayəsində ona verilən missiyanı
gerçəkləşdirirsə, məişət nağıllarında ağlı, fərasəti, hazırca-
vablığı, bəzən hiylə və kələyi ilə buna nail olur.
Bu məz-
mun xüsusiyyətləri nəzərə alaraq Oruc Əliyev “Azərbaycan
nağıllarının poetikası” (2005) adlı kitabında məişət nağılla-
54
rını üç qrupa bölür: 1. Sual-tapmaca üzərində qurulan na-
ğıllar. 2. Satirik məişət nağılları 3. İnsan xarakterində, ailə
münasibətlərində olan nöqsanların ələ salındığı
məişət na-
ğılları (Əliyev O., 2005:62-63).
Bu tip nağıllarda süjet xətti
əsasən sual-tapmaca üzə-
rində qurulur və hadisələr həmin tapmacanın açılması ilə
sona çatır. Məsələn, “Şahla qız”, “İlyasın nağılı”, və “Üç
şahzadə” nağılları. Sual-tapmaca nağıllarının mənşəyi uzaq
keçmişə dayanır. Bu qədim adətimiz nişanlının ağlının, ba-
carığının yoxlanması adəti ilə əlaqəlidir. Burada haşiyəyə çı-
xıb qeyd etməliyəm ki, bu adət bu gün də qumuq türkləri
arasında yaşamaqdadır (Qəzənfərqızı A., 2018:32)
Dostları ilə paylaş: