1. Azərbaycan multikulturalizmin əsas xüsusiyyətləri



Yüklə 87,55 Kb.
səhifə5/8
tarix24.12.2023
ölçüsü87,55 Kb.
#193584
1   2   3   4   5   6   7   8
multikulturalizm

Hinduizm dünyanın ən qədim dinlərindən hesab olunur. Ehtimala görə, bu dinin meydana gəlmə tarixi e.ə. II minilliyə qədər gedib çıxır. Hinduizmin mənsubları (hinduistlər) öz dinlərini “Sanatana dharma” adlandırırlar. Bu kəlmə sanskrit dilində “əbədi din”, “əzəli qanun” və “əbədi yol” mənalarına gəlir. Hindistan əhalisinin 80 faizi bu dinə sitayiş edir. Dünyanın digər regionlarında yaşayan hinduistlərin sayı 45 milyon təşkil edir. Onların 18 milyonu Hinduizmi dövlət dini elan etmiş yeganə ölkə Nepalda yaşayırlar. Bütövlükdə dünya əhalisinin təxminən 12 faizi bu dinə mənsubdur. Hinduizm əsasən Brahmanizm, Buddizm, Çaynizm və Hindistanın digər yerli inanclarının sintezi nəticəsində meydana gəlmişdir. Tədqiqatçılar Hinduizmin formalaşma prosesini beş yerə bölürlər.
1.Vedalar dövrü (e.ə. II minillik); 2.Upanişadlar dövrü (e.ə. VIII-V əsrlər); 3.Klassik dövr (e.ə. V – b.e. V əsri); 4.Orta çağdakı ilahiyyat və fəlsəfənin tərəqqisi dövrü (Vedanta);
5.Müasir dövr.
Caynizm e.ə. X (IX) -VI əsrlərdə Hindistanda yaranmış milli dindir. Bu dinin mənsubları “caynlar” adlanır. Onların sayı təqribən 5-6 milyon nəfər təşkil edir. Caynizm əsasən Hindistanın qərb və cənub regionlarında yayılmışdır. Bununla yanaşı, Qərbi Avropa, Şimali Amerika, Avstraliya və dünyanın digər bölgələrində mühacir caynların cəmiyyətlərinə rast gəlmək mümkündür. Bu dinin qurucusu Cina Mahavira (“mahavira” sanskrit dilində “qalib, böyük qəhrəman” deməkdir.- Red.) və ya Vardhamana sayılır. Mahavira e.ə. 599-cu ildə Vayşali şəhərinin yaxınlığında yerləşən Kundapurda radja (knyaz) ailəsində dünyaya gəlmiş və e.ə. 527-ci ildə Pavapuridə vəfat etmişdir. Əfsanəyə görə, kşatriya kastasından olan Mahavira reinkarnasiya zəncirindən xilas olmaq üçün otuz yaşında ailəsini tərk edərək tərki-dünya həyat tərzi sürməyə başlamış, 72 yaşında isə həqiqəti dərk etmişdir. Caynizmə görə, hər canlı fərdi və əbədi ruhdur. Bu ruh “reinkarnasiya” və ya “sansara” deyilən sonsuz doğulma zəncirindən, doğum-ölüm dövranından tamamilə xilas olduqda hər şeyi bilmək və idrak dərk etmək məqamına yüksələrək ilahi şüura çatır. Lakin bu ali məqama çatmaq üçün mütləq zahid olmaq lazımdır. Dünyəvi həyat tərzi sürməklə buna nail olmaq mümkün deyildir. Odur ki, Caynizmdə zahidliyə böyük önəm verilir. Bu dində sansaradan xilas olmuş və həqiqi biliyə (“dharma”) çatmış mürşidlər ən yüksək ada layiq görülürlər. Belə ki, caynlar onları “cina”, yəni “qalib” adlandırırlar. Bu cinalar içində “tirthankara” (“keçid yolunu yaradanlar”, “xilas yolunu tapan və göstərən kəslər”) adlandırılan 24 mürşidə xüsusən böyük ehtiram göstərilir. Bu mürşidlərin təlimlərinə riayət edən Caynizmin mənsubları inanırlar ki, həmin iyirmi dörd tirthankara həqiqi biliyi kəşf edərək ali məqama yüksəlib. Caynlar inanırlar ki, Caynizmin yaradıcısı Mahavira sonuncu, iyirmi dördüncü “tirthankara” olub. Caynizmdə ali yaradıcı tanrı, xilaskar və ya dünyanı məhv edəcək Mütləq Varlıq anlayışı yoxdur. Bu dinin etiqadi əsaslarına görə, kainat sonsuzdur, onun nə əvvəli, nə axırı var. Kainat özü-özünü nizamlayır və hər ruh öz gücü sayəsində ilahi şüura (“siddxa”) çata bilər. O, hər hansı tanrı tərəfindən yaradılmayıb. Buna baxmayaraq, Caynizmin ardıcılları müxtəlif tanrılara sitayiş edirlər. Bu Caynist rahibələr (“Şvetambara”lar). dində əsas tanrılar bunlardır: cinalar, arixantalar və tirtxankaralar. Onlar öz nəfsi istəklərinə qalib gələrək ilahi, pak şüur əldə edən şəxslərdir. Bununla yanaşı, Caynizmdə “yakşi” (kişi cinsindən olan tanrı) və “yakşini” (qadın cinsindən olan tanrı) adlı tanrıların varlığı qəbul olunur. “Vyantara” (“gəzib-dolaşan”) qrupuna daxil olan bu tanrılar ölçü və formanı dəyişdirmək kimi bir sıra fövqəlqüvvəyə malikdirlər. Lakin “yakşi” və “yakşini” tanrıları da digər adi ruhlar kimi, reinkarnasiya qanununa tabedirlər. Gördüyümüz kimi, Caynizmdə tanrılar fövqəltəbii xarakter daşımırlar, onlar da adi insanlar kimi doğulur və ölürlər.
Hazırda Siqhizmin (pəncab dilində “siqh” kəlməsi “şagird”, “ardıcıl” mənasına gəlir.- Red.) dünyada 25 milyondan çox mənsubu vardır. Siqhlərin əksər hissəsi Hindistanda yaşayır. Burada onlar əsasən Pəncab ştatında məskunlaşıblar. Bundan başqa, ABŞ-da, Kanadada, Böyük Britaniyada, Tailandda və digər ölkələrdə siqhlərin icmaları mövcuddur. Siqhizm XV əsrdə Hindistan yarımqitəsinin şimal-qərb hissəsində Pəncab bölgəsində meydana gəlmişdir. Bu sinkretik dinin (fərqli dinlərin sintezindən yaranmış din.- Red.) banisi Quru Nanak Dev (1469-1539) sayılır. O, Hinduizmdəki çoxallahlılığa, kasta sisteminə qarşı çıxmış, kahinlər (brahmanlar) kastasına tanınan imtiyazları kəskin tənqid atəşinə tutmuşdur. İslamın saf təkallahlılıq ideyasından təsirlənən Quru Nanak Devin əsas məqsədi Hinduizmdə islahat aparmaq olmuşdur. Beləliklə, İslam və Hinduizmin sintezindən yeni din – Siqhizm yaranmışdır. Siqh ənənəsi yeni dinin yaranmasını bu hadisə ilə əlaqələndirir: bir dəfə Quru Nanak Dev sübh tezdən çimmək üçün Kali Beyn çayına gedir, lakin geri qayıtmır. Hər kəs onun çayda batdığını düşünməyə başlayır. Üç gündən sonra o, peyda olur və başına gələnləri ondan soruşanlara eyni cavabı verir: “Orada nə hinduist var, nə də müsəlman”. 1496-cı ildə baş vermiş bu hadisə Siqhizmin meydana gəlmə tarixi sayılır. Bu ildən etibarən Quru Nanak Dev uzun müddətli səyahətə çıxmış, Hindistan yarımqitəsinin müxtəlif yerlərinə baş çəkmiş, Tibetdə, İraqda, Ərəbistan yarımadasında, o cümlədən Məkkədə olmuşdur. Təqribən otuz il çəkən bu səyahətlər nəticəsində Quru Nanak Devin dini təlimi formalaşmışdır. Ömrünün son on ilini o, Pəncabdakı Kartarpur kəndində keçirmiş, burada öz dini ideyalarını təbliğ edərək xeyli sayda tərəfdar qazanmış, nəticədə Kartarpur kəndində siqh icması yaranmışdır. Quru Nanak Devin özü isə burada 70 yaşında vəfat etmişdir. Siqhizmin təlimi və müqəddəs kitabı təkcə Quru Nanak Devin sayəsində deyil, həm də ondan sonra siqh icmasına ardıcıllıq yolu ilə rəhbərlik edən doqquz qurunun (mürşid) fəaliyyəti nəticəsində formalaşmışdır. Reinkarnasiyaya inanan siqhlərə görə, Nanakın ruhu sıra ilə ondan sonra gələn quruların bədənlərinə köçmüşdür. Ona görə də, bu qurular Nanakın təzahürü sayılmışlar. Beləliklə, tarixi dövr ərzində siqhlərə Nanak daxil olmaqla, aşağıda adları sadalanan 10 MİLLİ DİNLƏR 187 quru ardıcıl şəkildə rəhbərlik etmişdir:
1. Nanak Dev; 2. Anqad (1504-1552); 3. Amar Das (1479-1574); 4. Ram Das (1534-1581); 5. Arcan (1563-1606); 6. Harqobind (1595-1644); 7. Har Ray (1630-1661); 8. Har Krişan (1656-1664); 9. Teqh Bahadur (1621-1675); 10. Qobind Sinqh (1666-1708). Bu qurular silsiləsi onuncu quru Qobind Sinqhin ölümü ilə sona yetmişdir. Belə ki, onuncu quru vəfatından öncə elan etmişdir ki, ondan sonra siqhlərin müqəddəs kitabı “Adi Qranth” son və əbədi quru olacaqdır. Qobind Sinqh haqqında danışarkən qeyd etmək lazımdır ki, bu onuncu quru siqh icmasının hərbi cəhətdən güclənməsi işində böyük rol oynamışdır. O, 13 aprel 1699-cu ildə siqhlərin “Xalsa” (“Pakların təriqəti”) adlı hərbi təşkilatını qurmuşdur. İndiyədək mövcud olan bu hərbi qardaşlığa daxil olmaq üçün siqhlər “amrit sançar” (“nektarın qəbulu”) adlanan xüsusi mərasimdən keçməlidirlər. Bu mərasim bitdikdə siqh ömrünün sonunadək özündə beş əlamət daşımağa başlayır:
1. Qırxılmamış saçlar; 2. Taxta daraq; 3. Polad və ya dəmir qolbaq; 4. Xəncər və ya qılınc; 5. “Kaççera” adlanan xüsusi alt paltarı. Bununla yanaşı, “Xalsa” qardaşlığının üzvləri üç prinsipi yerinə yetirməlidirlər (daim Tanrını xatırlamalı, insanlığa xidmət göstərərək ümumi bərabərlik prinsipinə riayət etməlidirlər). Eyni zamanda, bu təşkilatın üzvləri dörd əhd-peymana əməl etməlidirlər: saç və saqqallarını qırxmamalı, müsəlmanlar tərəfindən kəsilmiş əti yeməməli, zinadan uzaq durmalı və tütündən istifadə etməməlidirlər. Siqhizmin tarixindən danışarkən bir məqama da toxunmaq lazımdır. Belə ki, 1716-1849-cu illərdə siqhlərin öz dövləti olmuşdur. Mərkəzi Amritsar və Lahor şəhərlərində yerləşən siqh dövlətinin varlığına britaniyalı müstəmləkəçilər son qoymuşdur.



Yüklə 87,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin