Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011) Silahlı Qüvvələri Azərbaycan Ordusuna müxtəlif sahələr üzrə mütəmadi
hərbi yardımlar ediblər. Bütün bu yardımlar beynəlxalq hüquq normalarına
cavab verən sazişlərlə tənzimlənib. Məhz bu illər ərzində Azərbaycan ilə
Türkiyə arasında bir neçə beynəlxalq saziş imzalanıb. Böyük dövlət xadimi
Heydər Əliyev Azərbaycan-Türkiyə əlaqələrinə, o cümlədən hərbi sahədə
əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verirdi. Məhz bunun
sayəsində Türkiyə Silahlı Qüvvələrinin iştirakı və dəstəyi ilə Azərbaycan
Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Hava Qüvvələri Məktəbi və
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi prinsipcə yenidən qurulub və
NATO standartları səvviyyəsinə çatdırılıb. Hal-hazırda bu məktəblərdə
təlim-tədris səviyyəsinin yüksək standartlara cavab verdiyini etiraf edən
xarici dövlətlərin hərbi sahədəki mütəxəssisləri ölkələrinin gənclərinin də
bu məktəblərdə təhsil almaları üçün Azərbaycana müraciətlər edirlər.
Azərbaycan Silahlı Qüvvələrinin strukturu yaradıldıqdan və ordunun
texniki təchizatı lazımi səviyyəyə çatdırıldıqdan sonra Silahlı Qüvvələrin
qarşısında mövcud strukturun təkmilləşdirilməsi və müasir standartlara
uyğunlaşdırılması həlli vacib məsələ kimi qalmaqda idi. NATO üzvü olan
Türkiyə bu məsələnin həllində Azərbaycan Silahlı Qüvvələrinə hərtərəfli
yardım göstərib. Türk Silahlı Qüvvələrinin müşavirləri tərəfindən verilən
tövsiyələri nəzərə alan Azərbaycan bölgədə ən çevik və qüvvətli orduya
malikdir. Bu dövr ərzində Türk Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan
Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılıb və bu gün Azərbaycan
ordusunun bacarıqlı zabitləri bu Akademiyada hərb elminin sirlərinə
yaxından yiyələnirlər. Hərbi Akademiyanın uğurlu fəaliyyəti nəticəsində
bu gün Azərbaycan ordusunda peşəkar general və zabitlərin sayı artıb.
Məhz bu general və zabit heyətinin bacarığı sayəsində Azərbaycan Silahlı
Qüvvələrinin döyüş qabiliyyəti xeyli yüksəlib.
Formalaşmış Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi
üçün ən vacib amil texniki təchizatdır. Azərbaycan dövlətinin müdafiə
sənayesi kompleksi mövcud olsa da, səmərəli fəaliyyət göstərmirdi. Bu
çatışmazlığı aradan qaldırmaq üçün Türkiyənin hərbi sənaye kompleksinə
daxil olan şirkətlər Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacını ödəməyə
çalışırdılar. Həmin dövrdə Türkiyə Milli Müdafiə Nazirliyi ilə Azərbaycan
Silahlı Qüvvələri arasında yaranmış əməkdaşlığı xüsusilə qeyd etmək yerinə
düşərdi. Lakin yenə də göstərilən bu köməkliklər Azərbaycan Ordusunun
tələbatını tam ödəmirdi. Ölkənin hərbi sənaye kompleksini təşkil edən