128 Hərbi-texniki sahədə Azərbaycan-Türkiyə əməkdaşlığı (1991-2011) müəssisələri rəqabətədavamlı məmulatlar istehsal edir. Məhz bunun
nəticəsidir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Respublikasının
Müdafiə Sənayesi Nazirliyini istehsal etdiyi məmulatları beynəlxalq
sərgidə nümayiş etdirmək məqsədilə İstanbulda keçirilən IX Beynəlxalq
Müdafiə Sənayesi Sərgisinə (IDEF-2009) dəvət edib. MSN sərgidə 27
adda məmulatı uğurla nümayiş etdirib. Sərginin açılışında Türkiyənin Baş
naziri cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan stendini ziyarət edib və
məmulatlarla, xüsusilə də “İstiqlal” adlı snayper tüfəngi ilə yaxından tanış
olub. Azərbaycanın qısa müddət ərzində əldə etdiyi uğurlara sevindiyini
gizlətməyən cənab Baş nazir Müdafiə Sənayesi Nazirliyinə fəaliyyətində
daha böyük uğurlar qazanmasını arzulayıb. Sərgi zamanı Müdafiə Sənayesi
Nazirliyi bir neçə müqavilə imzalamağa da müvəffəq olub. Türkiyənin
“ASELSAN” şirkəti optik sahədə müəssisələrimizlə əməkdaşlıq etmək
hüququnu əldə edib. Bunun nəticəsində müəssisələrimizdə müasir
texnologiya ilə istehsal edilən optik cihazlar istehsal olunacaq. Hazırda
istehsal xəttinin yaradılması prosesi başa çatmaq üzrədir. Bununla
əlaqədar bir sıra mütəxəssislərimiz “ASELSAN” şirkətində ixtisasartıma
kursları keçirlər.
2010-cu ildə Türkiyənin “ROKETSAN” şirkəti ilə müzakirələr
davam etdirilib və əməkdaşlıq haqqında razılıq əldə olunub. Həmin ildə
mütəxəssislərimiz Türkiyənin tank zavodunu ziyarət edərək təcrübə
mübadiləsi keçiblər. Bundan başqa, Türkiyənin bir neçə müəssisəsi ilə
əməkdaşlıq müqavilələri imzalanaraq həyata keçirilib. 2010-cu il avqustun
16-18-də Azərbaycana rəsmi səfər edən Türkiyə Prezidenti Abdullah Gülün
başçılıq etdiyi rəsmi heyətin tərkibində olan bu ölkənin müdafiə sənayesi
müstəşarı Murat Bayar azərbaycanlı həmkarı Yavər Camalovla görüşərək
əməkdaşlıqdan məmnunluğunu bildirib və gələcək inkişaf planları haqqında
fikir mübadiləsi aparılıb.
Bu məqsədlə 2011-ci ilin aprelinda MKEK-in Baş direktoru Ünal
Önsipahioğlu Müdafiə Sənayesi Nazirliyinə işgüzar səfər edərək, gələcək
planlar haqqında fikir mübadiləsi aparıb.
MSN 2011-ci ilin mayında İstanbulda keçirilən “IDEF-2011” X
Beynəlxalq Müdafiə Sənayesi Sərgisində 89 adda məmulatla iştirak edib.
Sərginin açılış günü Türkiyə Prezidenti Abdullah Gül stendimizi ziyarət
edib və uğurlar arzulayıb. Bu ziyarət Azərbaycana verilən dəyərin və
əhəmiyyətin təcəssümi idi.