134 Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: erməni iddialarına qarşı yeni platformanın yaradılması əməkdaşlığı genişləndirmək;
- Avrasiyada türk varlığı və əməkdaşlıq potensialını daha da artırmaq;
- müstəqillikdən sonra türkdilli ölkələrin siyasi, iqtisadi və təhlükəsizlik
sahəsində ortaq hərəkət etməsinə səy göstərmək;
- ortaq hərbi fəaliyyətləri həyata keçirmək.
İqtisadi baxımdan: - türk coğrafiyasını əməkdaşlıq, sabitlik və barış bölgəsinə çevirmək;
- beynəlxalq və regional platformalarda ortaq hərəkət edərək siyasi və
iqtisadi fəaliyyətlərini artırmaq;
- türk dünyasını bir-birinə bağlayacaq enerji siyasətləri meydana gətirmək;
- İstanbul-Almatı qatar və ümumi nəqliyyat şəbəkəsinə Bişkeki daxil
etmək və Bakı-Tbilisi-Axalkələk-Qars dəmiryolunun inşasına dəstəyi
artırmaq;
- İpək Yolunun tarixi əhəmiyyət və funksionallığını canlandırmaq;
- müxtəlif sahələrdə çoxtərəfli və ikitərəfli əməkdaşlığı inkişaf etdirmək;
- türk dünyasının iqtisadi inteqrasiya olunmasını təmin etmək məqsədilə
ortaq gömrük müqaviləsi imzalamaq;
- nəqliyyat və informasiya layihələri tətbiq etmək, biznes və iqtisadi
əlaqələri inkişaf etdirmək.