Ɔ Azərbaycan və Türkiyə ortaq tarix doktrinasının təşkilatlanma infrastrukturu Türk dünyasının görkəmli xadimlərindən olan İsmayıl Bəy Qaspıralının
“dildə, fikirdə, işdə birlik” düşüncəsinin XIX əsrin sonu, XX əsrin
əvvəllərində həyata keçirilmə fürsəti olmasa da, 1991-ci ilin dekabrında Sovet
İttifaqının parçalanmasından sonra türk dünyasının birlik və bərabərliyini
təmin etmək üçün yeni imkan yarandı. Bu tarixdən etibarən Cənubi
Qafqazda Azərbaycan, Orta Asiyada Qazaxıstan, Özbəkistan, Qırğızıstan və
Türkmənistan müstəqilliklərini elan etdilər. Dünya siyasi xəritəsini yenidən
formalaşdıran geosiyasi dəyişikliklər fonunda türk dünyasının bir məqsəd,
bir amal ətrafında birləşməsi üçün uyğun mühit yetişmişdi. 100 ildən artıq
tarixin qaranlıq keçmişində qalmış türk birliyi – “dildə, fikirdə, işdə birlik” düşüncəsi yenidən canlanmış, türksoylu millətlərin ortaq platformasını
meydana gətirəcək tarixi fürsət əldə edilmişdi. Bu işin liderliyini Türkiyə
öhdəsinə götürdü və türk birliyinin meydana gəlməsinə imza atan mərhum
Turqut Özalın təşəbbüsü ilə ilk dəfə 1992-ci il oktyabrın 30-31-də Ankarada
zirvə görüşü keçirildi. Sonrakı sammitlər 1994-cü ildə İstanbulda, 1995-ci
ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə
Bakıda, 2001-ci ildə İstanbulda, 2006-cı ildə Antalyada və 2009-cu ildə
Naxçıvanda təşkil olunub.
Ankara sammiti böyük hədəflərlə başlasa da, ilk dəfə keçirildiyindən
daha çox tanışlıq və ortaq problemləri öyrənmək xüsusiyyəti daşıyıb. Buna
baxmayaraq, bu sammitdə “TÜRKSOY”un yaradılması, türk dünyasının
elm və mədəniyyət sahəsində tanınmış nümayəndələrinin ortaq xatırlanması
mövzusunda qərarlar qəbul edilib.
1996-cı ildə Daşkənddə keçirilən IV Zirvə Görüşünə qədər “Türk