132
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası:
erməni iddialarına qarşı yeni platformanın yaradılması
Bu məqalədə hər iki ölkənin qarşılaşdığı tarixi problemlərin həllində
dövlətlərin dəstəyi ilə xarici işlər, mədəniyyət, təhsil, universitetlər, ictimai
birliklər və təşkilatlararası əməkdaşlığın inkişafı, ortaq tarix doktrinasının
yaradılması məsələlərinə toxunulub. Eyni zamanda, Naxçıvanda keçirilən
Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Sammitinin (2-3 oktyabr 2009-
cu il) qərarlarının tətbiqi, Ermənistanın Azərbaycana qarşı ərazi, Türkiyəyə
qarşı qondarma soyqırımı iddialarının hüquqi dayağının olmaması və
bunlarla bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması, hər iki ölkənin və
xarici dövlətlərin arxivlərində ortaq araşdırmaların həyata keçirilməsi
imkanları tədqiq edilib .
Dostları ilə paylaş: