1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan və Türkiyə ortaq tarix doktrinası



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə174/203
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#30462
1   ...   170   171   172   173   174   175   176   177   ...   203
N 87

136
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
yaşanan  bəzi  problemlər  əlaqələri  zədələyəcək  amillər  kimi  deyil,  daha 
da  gücləndirəcək  amillər  olaraq  qiymətləndirilməli  və  ortaq  həll  yolları 
tapılmalıdır. Üzv ölkələr arasındakı problemlərə, bölgə və bölgə xaricindəki 
dövlətlərin  bu  tipli  birliyin  yaranmasını  istəməməsinə  baxmayaraq, 
Türkdilli  Ölkələrin  Dövlət  Başçılarının  Sammitinin  davamlı  olması 
böyük  bir  müvəffəqiyyət  kimi  qiymətləndirilməlidir.  Mühüm  olan  türk 
respublikalarının bu mövzuda siyasi iradəyə sahib olması və zamanla daha 
da təşkilatlanan birliyin türk dünyası, regional və beynəlxalq problemlərin 
həllində iştirakına inanmalarıdır. 
Türk dünyasının birlik və bərabərlik içində olması onların təbii haqqıdır 
və dünyada son zamanlarda inkişaf edən geosiyasi dəyişikliklər bunu zəruri 
edir. Əhəmiyyətli olan bu siyasi iradə və potensialı gerçəyə çevirməkdir.
Azərbaycan və Türkiyənin həm Türkdilli Ölkələrin Dövlət Başçılarının 
Sammiti  çərçivəsində,  həm  də  ikitərəfli  müqavilələr  formasında  siyasi, 
iqtisadi, hərbi, mədəni, təhsil və elm sahələri üzrə əlaqələri inkişaf etdirmək 
imkanları var. Lakin bu imkanlardan faydalanmaq üçün yaxın, orta və uzun 
müddətli strategiya planı hazırlanmalıdır. 
Azərbaycan  və  Türkiyə  arasında  mütəxəssis  kadrların  hazırlanması, 
təhsil,  elmi  akademiyalar  arasında  əməkdaşlığın  qurulması,  idman, 
mədəniyyət və digər sahələrdə ortaq fəaliyyət sahələrinin təməlini aşağıdakı 
protokollar və müqavilələr təşkil edir:
-  “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti 
arasında  mütəxəssis  kadrların  hazırlanması  haqqında”  Protokol  
(2 noyabr 1992-ci il);
-  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında təlim, təhsil, 
texniki və elmi  əməkdaşlıq haqqında” Müqavilə (3 may 1992-ci il);
-  “Azərbaycan  Respublikasının  Elmlər  Akademiyası  ilə  Türkiyə  Elmi 
və Texnoloji Araşdırma Qurumu (TUBİTAK) arasında elmi və texniki 
əməkdaşlıq haqqında” Müqavilə (2 noyabr 1992-ci il);
-  “Azərbaycan  Respublikası  Dövlət  Televiziya  və  Radio  Komitəsi  ilə 
Türkiyə Respublikası Radio və Televiziya Qurumu arasında əməkdaşlıq 
haqqında” Protokol (2 noyabr 1992-ci il);
-  “Azərbaycan  Respublikası  ilə  Türkiyə  Respublikası  arasında  idman 
sahəsində əməkdaşlıq haqqında” Protokol (9 fevral 1994-cü il);
-  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəniyyət 
və incəsənət sahələrində əməkdaşlıq haqqında” Protokol (9 fevral 1994-
cü il);
-  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında təhsil və 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin