138 Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: erməni iddialarına qarşı yeni platformanın yaradılması əməkdaşlıq edərək hədəflədikləri müstəqilliyi əldə etmək üçün Osmanlıya
qarşı müharibə edəcəklər. Daşnaklar 1914-cü ilin iyul ayında keçirdikləri
qurultayda rusların yanında olmayacaqları haqqında qərar qəbul ediblər,
ancaq hələ Osmanlı dövləti I Dünya müharibəsinə girmədən partiyanın şərq
bürosu “Qərbi Ermənistan”da ermənilərin “yox edilmə təhlükəsi” ilə qarşı-
qarşıya qaldığını iddia edərək ikinci yolu seçib ruslarla birlikdə Osmanlıya
qarşı döyüşmək məqsədilə silahlı birliklər yaradıblar.
3
Müharibə başladığı zaman Zeytunda yaşayan ermənilər hökumətə itaət
etməyib və vergi ödəməyiblər. Ermənilər bölgələrini mühafizə etmək üçün
komandir və zabitləri özlərindən olması şərtilə “Zeytun Fədai alayı” adlı bir
milis təşkilatı yaratmaq barədə hökumətdən icazə istəyiblər, ancaq müsbət
cavab almadıqda, 30 avqust 1914-cü ildə silahlı üsyana başlayıblar.
4
Zeytun
üsyanından sonra Kayseri, Bitlis, Ərzurum, Mamuratil Əziz, Diyarbəkir,
Sivas, Trabzon, Ankara, Adana və Hələb erməniləri də üsyan ediblər.
Erməni silahlı birliklərinin Şərq cəbhəsində rus ordusu ilə əməkdaşlıq
edərək, yerli xalqa qarşı qırğınlar, terror hadisələri törətmələri, ölkə
daxilində üsyan çıxarmaları daxili və xarici təhlükəsizliyə mənfi təsir
göstərib. Belə bir çıxılmaz vəziyyət qarşısında qalan Osmanlı hökuməti
24 aprel 1915-ci ildə ermənilərin daha çox gücə sahib olduğu 14
qubernatorluq və 10 əyalətə erməni komitə və dərnəklərinin bağlanması
və liderlərinin həbs olunması haqqında əmr göndərib.
5
Bu əmrdən sonra
komitə üzvlərindən 2345 erməni həbs olunub. Ancaq ermənilərin dövlətə qarşı hərəkətlərinin qarşısını almaq mümkün olmadıqda hökumət 27 may 1915-ci ildə “Təhcir (Köçürülmə) qanunu” adlandırılan “Hökumətə qarşı fəaliyyətdə olanlar üçün görüləcək lazımi tədbirlər haqqında qanun (Vakt-ı Seferde İcraat-ı Hükümete karşı gelenler için cihet-i askeriyece ittihaz olunacak tedabir hakkında kanun-ı muvakkat)” adlı dörd maddəlik müvəqqəti köçürülmə haqqında qanun qəbul edib. Bu qanuna uyğun
olaraq, Şərq cəbhəsində olan ermənilərin ruslarla əməkdaşlığının qarşısının
alınması və dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə
ermənilər müvəqqəti olaraq başqa bölgələrə köçürülüblər.
Tərəflər arasında müharibə davam edərkən, 1919-cu ildə Daşnaksütyun