143 Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: erməni iddialarına qarşı yeni platformanın yaradılması qarşı həyata keçirdikləri Xocalı soyqırımı haqqında məlumatlar verilməlidir.
-Ermənistan və erməni diasporu qondarma soyqırım haqqında çoxlu
sayda sənədli və bədii filmlər çəksə də, bu günə qədər Türkiyənin bu
mövzuda fikirlərini dəstəkləyən bir neçə sənədli film istisna olmaqla (bu,
çox azdır) sənədli və bədii film çəkilməyib. Rejissorluğu Natuk Baytana,
ssenarisi Mim Kamal Ökeyə aid olan “Divardakı qan” filmi tarixi
həqiqətlərin ictimaiyyətə çatdırması baxımından əhəmiyyətlidir, amma
bu film beynəlxalq cəmiyyətdə nümayiş etdirilməlidir. Teodor Jivkov
dövründə Bolqarıstanda türklərə qarşı həyata keçirilən zülmü əhatə edən,
Osman F.Sedenin rejissoru olduğu, ssenarisini Sevinc Çoxum yazdığı
“Yenidən doğulmaq” filminin nümayiş etdirilməsindən sonra bolqar
mövqelərinin verdiyi reaksiya nəzərə alınarsa, bu cür təbliğatın necə nəticə
verdiyi anlaşılır. Bu baxımdan son illərdə ciddi inkişafda olan “Yeşilçam”
“Hollywood” ilə birlikdə qondarma erməni iddialarını əhatə edən filmlər
çəkə bilər. Təbliğatın istənilən nəticəyə çatması baxımından “Yeşilçam”ın
adının keçmədiyi müstəqil xarici studiyaların Türkiyənin tezisini
dəstəkləyən sənədli və bədii filmlər çəkməsi daha məqsədəuyğundur.
- İndiki dövrdə dövlətlərdən daha çox qeyri-hökumət təşkilatlarının
apardığı təbliğatın inandırıcı olması və daha ciddi nəticələr verə bilir. Bu
baxımdan Avropa, Rusiya və ABŞ-dakı Azərbaycan və Türkiyə diaspor
qurumlarının fəaliyyətlərinin istiqamətləndirilməsi və koordinasiya
edilməsi olduqca əhəmiyyətlidir. Hər iki ölkənin dünyada fəaliyyət göstərən
diaspor nümayəndələrinin sayı təxminən 10 milyon nəfərdir. Bu, olduqca
ciddi rəqəmdir. Onlar doğru şəkildə təşkilatlansa, istənilən müvəffəqiyyəti
əldə etmək mümkün ola bilər. Bu diaspor qurumlarının fəaliyyəti mövsümi
olmamalıdır; müntəzəm şəkildə həyata keçirilən fəaliyyətlə nəticəyə çatmaq
daha asan olar. Amma bu diaspor qurumları, ümumiyyətlə, qondarma
erməni soyqırımının gündəmə gəldiyi 24 aprel və Xocalı soyqırımının
gündəmə gəldiyi 26 fevral tarixlərində daha gərgin fəaliyyət göstərir,
sonra isə arxa planda qalırlar. Şübhəsiz, müntəzəm olmayan təbliğat işləri
istənilən nəticəni verməyəcək.
-Azərbaycan və Türkiyənin fikirlərinə yaxın olan Avropa və ABŞ elm
adamlarını müəyyən edərək onlarla görüşmək, Azərbaycan və Türkiyəyə
dəvət edərək gerçəkləri tanıtmaq, arxivlərdə tədqiqat aparmalarına imkan
vermək, onlara köməklik göstərmək, yaşadıqları ölkələrdə və başqa
dövlətlərdə simpozium və ya konfraslar keçirmələrinə dəstək olmaq,
yazdıqları məqalə və kitabları digər dillərə tərcümə etmək daha ciddi
nəticələr üçün imkan yaradacaq.