1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan və Türkiyə ortaq tarix doktrinası



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə183/203
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#30462
1   ...   179   180   181   182   183   184   185   186   ...   203
N 87

141
Azərbaycan və Türkiyə ortaq tarix doktrinası: 
erməni iddialarına qarşı yeni platformanın yaradılması
qondarma  soyqırımın  tanınması  istiqamətində  müxtəlif  qərarlar  qəbul 
olunub. Türkiyənin bütün xoşməramlı cəhdlərinə baxmayaraq, Ermənistan 
“soyqırımı”  təbliğatına  davam  edir.  Azərbaycan  və  Türkiyə  XX  əsrin 
əvvəllərində Ermənistan ilə müharibə vəziyyətində olub, Ermənistan Dağlıq 
Qarabağda  yaşayan,  Azərbaycan  vətəndaşları  olan  ermənilərin  separatçı 
fəaliyyətlərinə  dəstək  verib  və  1991-1994-cü  illər  arasında  Azərbaycan 
torpaqlarının 20%-ni işğal edib. Problemin həlli üçün beynəlxalq təşkilatlar 
çərçivəsində bu günə qədər müzakirələr davam etsə də, tərəflər arasında son 
sülh  müqaviləsı  imzalanmayıb. Azərbaycan  və Türkiyənin  qarşılaşdıqları 
bu problemlər onları Ermənistana qarşı ortaq məxrəcə gətirib və prioritet 
sırasına görə qısa, orta və uzunmüddətli strateji fəaliyyət planı hazırlamağa 
və  tətbiqinə  fürsət  verib.  Bu  fürsətlər  düzgün  şəkildə  qiymətləndirilərsə, 
Ermənistan qarşısında ciddi müvəffəqiyyətlər əldə etmək mümkün ola bilər. 
Bu fürsətləri aşağıdakı kimi təsnif etmək mümkündür:
- Ermənilər qondarma soyqırımı mövzusunda təxminən 100 ildir fasiləsiz 
şəkildə təbliğat aparır. Amma 1980-ci illərdə bu mövzuda müvəffəqiyyət 
qazana  biliblər.  Bu  baxımdan Azərbaycan  və  Türkiyə  tarixçiləri  Erməni 
təbliğat tarixini tədqiq etməli, onların hansı mövzulara üstünlük verdiklərini 
müəyyən etməli, zəif nöqtələrini tapmalı və ümumiyyətlə, bu istiqamətdə 
əks-təbliğat işləri prioritet olmalıdır. 
-  Ermənistan  beynəlxalq  aləmdə  əlinə  düşən  hər  fürsətdə  Türkiyəni 
arxivləri bağlı saxlamaqda günahlandırır, halbuki arxivlər açıqdır. Türkiyə 
isə Ermənistan və Daşnaksütyun Partiyasının arxivlərinin bağlı olduğunu 
nə  daxildə,  nə  də  beynəlxalq  arenada  kifayət  qədər  gündəmə  gətirib.  Bu 
mövzuda Türkiyə Ermənistan ilə çox rahat bir şəkildə mübahisəyə girə bilər. 
- Türkiyədə qərbi və şərqi erməni dilini bilən mütəxəssislərin sayı çox 
azdır və bu mütəxəssislər erməni dilini yüksək səviyyədə bilmirlər. Türkiyə 
son zamanlarda bu çatışmazlığı aradan qaldırmaq üçün bəzi addımlar ataraq 
Ankara  Universitetində  erməni  dili  kursları  və  Ərciyəs    Universitetində 
erməni  dili  və  əsəbiyyatı  ixtisası  açsa  da,  Türkiyədə  erməni  dili 
qrammatikasını və erməni dilini mükəmməl bilən müəllim olmadığından 
problem  hələ  də  qalmaqdadır.  Türk  mətbuatında  dərc  olunan  xəbərlərə 
görə, erməni dili müəlliminin Ermənistandan gətirilməsi məsələsi müzakirə 
olunub. Bu, strateji cəhətdən yanlış addımdır və təhlükəsizlik baxımından 
gələcəkdə  ciddi  problemlərə  səbəb  ola  bilər. Azərbaycanda  bu  mövzuda 
vəziyyət fərqlidir. Erməni dilini mükəmməl bilən insanlar var, Azərbaycan 
Dövlət  Radiosu  və  ATV  İnternational  televiziya  kanalı  hər  gün  erməni 
dilində  proqram  nümayiş  etdirir. Azərbaycanda  erməni  dilini  mükəmməl 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin