Ɔ Erməni iddialarına qarşı yeni platformanın yaradılması Erməni probleminin ortaya çıxması, üsyanlar, Nemesis intiqam təşkilatı və ASALA Erməni probleminin ortaya çıxması 93 döyüşü ilə yaddaşlarda qalan
1877-1878-ci illərdəki Osmanlı-Rus müharibəsinə son qoyan Yeşilköy (31
mart 1878-ci il) müqaviləsinə əsaslanır. Osmanlı dövləti bu müharibə ilə
təkcə ərazi itirməyib, eyni zamanda daxili işlərinə müdaxilə edilməsinə
icazə verəcək qədər zəifləyib. Osmanlı dövləti və Rusiya arasında 31 mart
1878-ci ildə aparılan sülh danışıqlarında ermənilər müzakirə mövzusu
olmayıb. Lakin razılaşma mətni hazırlandığı zaman ruslar ermənilərlə
əlaqəli bir maddənin qəbul edilməsinə nail ola biliblər. Belə ki, Yeşilköy
müqaviləsinin 16-cı maddəsinə əsasən, Osmanlı dövləti ermənilərin can və
mal təhlükəsizliyini qorumağı öhdəsinə götürüb. Yeşilköy müqaviləsinin
şərtləri İngiltərənin mənfəətlərinə zidd olduğu üçün Osmanlı rəhbərliyi
ilə görüşərək Rusiyaya qarşı onu müdafiə edəcəyini bildirib və yeni sülh
konfransının təşkilini təklif edib. Uzun müzakirələrdən sonra konfransın
Berlində keçirilməsi qərarlaşdırılıb. Berlin konfransında erməni məsələsi
61-ci maddədə qeyd olunub. Beləliklə, erməni problemi ilk dəfə beynəlxalq
sənəddə yer alır və indiki dövrə qədər gəlib çatan bir mərhələ başlanır.
Ermənilərin ilk dəfə 1890-cı ildə Ərzurumda qiyam etmələri və daha
sonra çıxardıqları üsyanlar Osmanlını çox çətin bir vəziyyətə gətirib çıxarır,
I Dünya müharibəsinin başlaması isə hadisələrin istiqamətini tamamilə
dəyişdirib. Müharibənin başlaması daşnakları seçim qarşısında qoyur:
ya Osmanlıya bağlı qalaraq hökumətin yanında olacaq, ya da Rusiya ilə
2 Bu haqda geniş məlumat üçün baxın: http://www.mfa.gov.az/index.php?option=com_content&task=vi
ew&id=348&Itemid=68, (24 oktyabr 2011-ci il)