Ortaq təhsil baxımından: - təhsil nazirlikləri və universitetlər arasındakı əməkdaşlığa səy
göstərmək;
- qarşılıqlı təqaüdlü tələbə mübadiləsini inkişaf etdirmək;
- lisey və universitetlərarası şagird/tələbə mübadilə və sirkulyasiya
sistemini qurmaq;
- ortaq türk tarixi kitabı və ortaq tarix tədris planı hazırlamaq.
Regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi baxımından: - beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə xidmət edən müsbət
təşəbbüsləri artırmaq;
- terrorizm, qaçaqmalçılıqla mübarizə və təhlükəsizlik sahəsində