Ɔ Türkiyə-Azərbaycan münasibətləri və İran İran yüz illər boyu Cənubi Qafqazı idarə etmək üçün regiondakı
dövlətlərlə mübarizə aparıb. XVIII və XIX yüzillərdə Cənubi Qafqaz
Rusiya Çarlığı, Osmanlı İmperatorluğu və Qacar dövləti
43
arasında
paylaşdırılıb. Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan İran
və Rusiya arasında iki hissəyə parçalanıb. Bu parçalanmadan sonra indi
sayı 30 milyona çatan azərbaycanlılar o vaxtkı Qacar dövlətinin sərhədləri
içində qalıb.
1925-ci ildə İranda ingilislərin dəstəyi ilə fars əsilli Rza Şah Pəhləvi
hakimiyyətə gələnə qədər İran coğrafiyası türk kökənli tayfalar tərəfindən
idarə olunub və İranda baş verən sosial, mədəni və siyasi hadisələrdə
orada yaşayan azərbaycanlılar mühüm rol oynayıb. 1905-1908-ci illər
arasında baş verən Konstitusiya hərəkatında azərbaycanlılar mühüm rola
malik olub, 7 aprel 1920-ci ildə Seyid Məhəmməd Xiyabani Azadıstan
dövlətini və 1945-ci ildə Sovet İttifaqının dəstəyi ilə Seyid Cəfər Pişəvəri
Azərbaycan Milli Hökumətini qurmuşdu.
44
1979-cu ildə İranda baş verən
İslam inqilabında İranda yaşayan azərbaycanlılar əhəmiyyətli rol oynayıb,
hazırda İranın siyasi, iqtisadi və hərbi strukturunda minlərlə azərbaycanlı
işləyir. Azərbaycan şəhəri olan Təbrizin İran siyasi həyatında oynadığı rol
İran seçkilərində özünü büruzə verir.
Soyuq müharibə dövründə (1945-1991) İranda şah rejimi hökm sürüb
və NATO üzvü olmasa da, Yaxın Şərqdə NATO üzvü kimi ABŞ-dan dəstək
görüb. Bu səbəbdən İran ilə Türkiyə arasında ciddi bir problem yaşanmayıb.
Hətta Türkiyə və İran Sovet İttifaqının Yaxın Şərqdə kommunizmi yayma
fəaliyyətlərinə qarşı ABŞ-ın qurduğu “Yaşıl kəmər” siyasətinin bir parçası
idi. 1979-cu il İslam inqilabı ilə birlikdə İranda rejim və onun müttəfiqləri
42 Avrupa’ya gaz 2018’ de ulaşacak, CNNTurk, 26 .11.2011.
43 İndiki İran dövləti.
44 Arif Keskin, “Güney Azerbaycan Milli Harekatının Tarihi Temelleri”, Avrasya Dosyası, Cilt 5, Sayı. 3.
1999.