1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə40/203
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#30462
1   ...   36   37   38   39   40   41   42   43   ...   203
N 87

34
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
dəyişdi. Xarici siyasətində “nə Qərb, nə də Şərq” prinsipini qəbul edən İran  
ABŞ-ı “Böyük şeytan”, Sovet İttifaqını isə “Kiçik şeytan” elan etdi. İran 
İslam rejiminin ixracını əsas məqsəd kimi qarşısına qoydu. Bu məqsədlə 
ətrafında və dünyanın bir çox regionunda onu dəstəkləyən qruplar yaradıb. 
Nəticədə,  İran  Qərb  dövlətləri  tərəfindən  sanksiyalara  məruz  qalıb  və 
dünya dövlətləri tərəfindən təcrid olunub. İran xarici siyasətində Türkiyə iki 
istiqamət üzrə qiymətləndirib: 1. İranın “Böyük şeytan” adlandırdığı ABŞ 
və onun təşkilatı NATO-nun regiondakı müttəfiqi; 2. Əhalisinin əksəriyyəti 
müsəlman olduğu üçün rejimini ixrac edə biləcəyi yer. 
 Sovet İttifaqı dağıldığı dövrdə İran Qərb dövlətləri tərəfindən iqtisadi 
sanksiyalara  məruz  qaldığı  üçün  dünyadan  təcrid  olunmuşdu,    iqtisadi 
problemlərlə  qarşı-qarşıya  qalmışdı  və  rejim  ixracını  həyata  keçirməyə 
çalışırdı. Sovet İttifaqının dağılması nəticəsində İran üçün yaxın ətrafında 
iqtisadi  təcridi  yara  biləcək  təzə  bazar  yaranmışdı  və  əhalisi  müsəlman 
olan dövlətlər rejimin ixracı üçün yeni fürsətlər vəd edirdi. Müstəqilliyini 
əldə edən türk-müsəlman dövlətləri Türkiyə və İran arasında yeni rəqabət 
meydanına çevrildi.  
İran  Azərbaycanın  İslam,  Türkiyə  isə  dünyəvi  rejimi  qəbul  etməsini 
istəyirdi.  Azərbaycan  Xalq  Cəbhəsinin  Cənubi  Azərbaycan  siyasəti 
Türkiyədəki  millətçi  qruplar  tərəfindən  də  dəstək  görürdü.  Qarabağ 
müharibəsi isə Azərbaycan və Türkiyədə olduğu kimi Cənubi Azərbaycanda 
da  millətçi  hissləri  artırmışdı.  Bu  dövrdə  Qarabağ  döyüşlərində  cənubi 
azərbaycanlılar da iştirak edir, cənubda Azərbaycana dəstək mitinqləri də 
keçirilirdi.  Azərbaycanın  müstəqilliyini  əldə  etməsi  isə  İranda  yaşayan 
azərbaycanlılar üçün mənəvi bir dəstək idi. Azərbaycanın Türkiyə modelini 
seçməsi  və  türkçülük  siyasəti  həyata  keçirməsi  İranı  regionda  iki  türk 
dövlətinin məngənəsinə saldı. 
Azərbaycan  hələ  müstəqil  olmamışdan  əvvəl  enerji  ehtiyatlarının 
çıxarılıması üçün Türkiyə, ABŞ və Avropa şirkətləri ilə görüşmələrə başladı. 
İran  Qərb  imperializminin  vasitələri  olaraq  gördüyü  bu  şirkətlərin  yaxın 
qonşusu    olan Azərbaycanda  fəaliyyətə  başlamasını  özünə  təhlükə  hesab 
edirdi. Yenicə müstəqillik əldə etmiş Azərbaycanın isə “off shore” enerji 
yataqlarında neft və qazı çıxarmaq üçün sərmayəsi və texnologiyası yox idi 
və Rusiya-İran sərmayəsi və texnologiyasına etibar etmirdi. Bundan başqa, 
Azərbaycan Türkiyə, ABŞ və Avropa şirkətlərinin regiona gəlməsini Rusiya 
və  İrana  siyasi  təzyiqlərini  balanslaşdırmaq  məqsədi  ilə  istifadə  edirdi. 
Enerji  ehtiyatlarının  çıxarılması  üçün  Qərb  dövlətləri  ilə  Azərbaycanın 
imzaladığı  müqavilələri  əngəlləmək  məqsədilə  İran  “Alov-Azəri-Şərq” 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin