59 Parlamentlərarasi əlaqələr: nailiyyətlər və perspektivlər qurumda iştirak könüllülük əsasında həyata keçirilir. Lakin gələcəkdə
həyata keçiriləcək layihələrin bu ölkələr üçün cəlbedici olacağına və onların
da təşkilatın işinə qoşulacağına ümid var.
Türkdilli ölkələrin real birliyinin yaradılması baxımından mövcud
mexanizmlər çərçivəsində ortaq dildən istifadə olunması vacib amil kimi ön
plana çıxır. Əvvəllər türkdilli dövlətlər arasında keçirilən zirvə görüşlərində
və yüksək səviyyəli digər toplantılarda əksər hallarda rus dilindən istifadə
olunsa da, TürkPA-nın İstanbul toplantısında hər bir dövlətin nümayəndəsi
ana dilində danışır, bu çıxışlar sinxron tərcümə edilirdi. Bu həm türklərin
bir-birlərini daha yaxından başa düşməsi üçün geniş imkanlar açır, həm də
hər bir türkdilli dövlətin özünəməxsusluğunu toplantı iştirakçılarına çatdır-
mağa imkan verir. Bu mənada, türkdilli ölkələrin gələcəkdə vahid dildə da-
nışması ideyasının reallaşması istisna edilməməlidir.
TürkPA-nın gələcək inkişafı və nüfuzlu beynəlxalq təşkilata çevrilməsi
ilə bağlı real perspektivlər mövcuddur və bu perspektivlərin artıq indidən
müəyyənləşdirilərək həyata keçiriləcək tədbirlər planına daxil edilməsi
təşkilatın çevik mexanizmə çevrilməsinə imkan yaradacaq. Hazırda üzv
dövlətlər arasında ikitərəfli və çoxtərəfli qaydada reallaşdırılan enerji,
nəqliyyat, mədəniyyət və digər sahələrdə layihələr mövcuddur. TürkPA üzv
dövlətlərin problemlərinin müzakirəsi, narahatlıq doğuran məsələlərə hü-
quqi qiymətin verilməsi, ortaq qanunvericilik aktlarının hazırlanması, bu
sahədə təcrübə mübadiləsi, üzv ölkələrlə bağlı tövsiyə xarakterli qərarların
qəbul edilməsi üçün mühüm platforma rolunu oynamağa qadirdir. Digər
tərəfdən, üzv dövlətlər arasında mövcud olan və reallaşdırılması mümkün
layihələrin təşkilat çərçivəsində müzakirəsi, fikir birliyinin əldə olunması
və dəstəklənməsi bu layihələrin həyata keçirilməsi üçün əlverişli şərait ya-
rada bilər. Üzv dövlətlər arasında hərtərəfli inteqrasiyanın əldə olunması
üçün iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi və bu istiqamətdə or-
taq layihələrin reallaşdırılması zəruridir. Hətta üzv dövlətlər arasında vahid
iqtisadi məkanın, azad ticarət zonalarının yaradılması ideyaları da istisna
edilməməlidir.
TürkPA-nın fəaliyyət istiqamətlərindən biri kimi türkdilli ölkələrin birlik
formasında beynəlxalq aləmdə təmsil olunması nəzərdən keçirilə bilər ki,
bu məqsədlə qurumun beynəlxalq təşkilatlarla əlaqələrinin gücləndirilməsi
zəruridir. TürkPA-nın nüfuzlu beynəlxalq təşkilatlarda qonaq, müşahidəçi və
üzv statusunda qəbul olunması türkdilli ölkələrin mövqelərinin beynəlxalq
müstəvidə kollektiv şəkildə müdafiə edilməsinə, mövcud problemlərlə bağlı