Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər təqdirdə müşavir/müşavirin müavini və nazir müavini səviyyəsində və
aidiyyəti digər qurum nümayəndələrinin iştirakı ilə əlavə iclaslar təşkil edə
bilər. Qrup iclasların nəticəsi haqqında Şuraya məlumat verəcək.
İqtisadi və ticarət məsələlərində iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya əsas mexanizm rolunu oynamağa davam
edəcək. Komissiya iclasların nəticələri haqqında Şuraya məlumat verəcək.
Enerji təminatı, nəqli və təhlükəsizliyi sahəsində birgə layihələrin işlənilib-
hazırlanması və tətbiq olunması məqsədilə iki ölkənin əlaqədar orqan
və təşkilat nümayəndələrinin iştirakı ilə təsis ediləcək Birgə Energetika
Komissiyası energetika sahəsində əməkdaşlığın gücləndirilməsi
məsələsində əsas mexanizm rolunu oynayacaq. Komissiya il ərzində ən azı
bir dəfə yığılacaq və fəaliyyətinin nəticələrini Şuraya təqdim edəcək.
İki ölkənin xalqları arasında mövcud olan çoxyönlü və hərtərəfli əlaqələr
çərçivəsində dialoq kanallarının səmərəliliyini daha da artırmaq, eyni
zamanda vətəndaş cəmiyyəti təşkilatlarının əməkdaşlığını gücləndirmək
və şaxələndirmək məqsədi ilə Vətəndaş Cəmiyyəti Forumu təsis ediləcək.
Foruma biznes dairələri, təlimçilər, diaspor təşkilatlarının da daxil olduğu
müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri, sənətçilər, elm
xadimləri, mətbuat orqanlarının nümayəndələri də daxil olmaqla cəmiyyətin
bütün təbəqələri töhfəsini verə biləcək. Forum iclasları Şura iclaslarından
əvvəl və ya eyni vaxtda, Şura iclasının təşkil olunacağı şəhərdə keçiriləcək
6
.
Əslində, bu yeni institusional mexanizm rəsmilərin daha intensiv
görüşməsinə və cari məsələlərə daha operativ münasibətinə təkan verəcək.