Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər Türkiyə 2006-cı ildə 4-cü, 2007-2010-cu illərdə isə 2-ci mövqeyə sahib olub
17
.
İxrac tərəfdaşları arasındakı mövqe isə son illər bir qədər geriləyib (2006-cı ildə 3-cü, 2007-ci ildə 1-ci, 2008-ci ildə 12-ci, 2009 və 2010-cu illərdə 22-ci) ki,
bu da ölkəmizin ixrac həcminin neft və təbii qaz hesabına 2007-ci ildən sonra
xeyli genişlənməsi və Türkiyənin daha çox bu çərçivədə tranzit rol oynaması
ilə bağlıdır. Hesablamalar göstərir ki, xarici ticarətin neft-qaz faktorundan
təmizlənməsi zamanı Azərbaycanın xarici ticarət dövriyyəsindəki payına
görə Türkiyə Rusiyanı da qabaqlayaraq birinci yeri tutur. 2011-ci ilin birinci
yarısında bu göstəricilər müvafiq olaraq 166,1 milyon dollar və 599,8 milyon
dollar təşkil edib. 2011-ci ilin 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi
1.4 milyard. dollardan çox olub. O cümlədən, idxalın həcmi 990 milyon dollar,
ixracın həcmi isə 400 milyon dollar təşkil edib. Ötən ilin analoji dövrü ilə
müqayisədə ticarət dövriyyəsi 85%, idxal 64%, ixrac 2,7 dəfə artıb
18
.