Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər yaxınlaşmaqdadır. Türkiyə, həmçinin, Azərbaycanın qeyri-neft sektoruna
investisiyaların həcminə görə liderliyini qoruyur. Azərbaycandakı 1000-dən
çox türk şirkətinin (Azərbaycandakı bütün xarici sərmayəli şirkətlərin üçdə biri) ümumi sərmayəsi Türk Petrolları Anonim Ortaqlığının (TPAO) enerji
sektoruna sərmayələri daxil olmaqla 6 milyard dollar həcmindədir. Türk
şirkətlərinin (əsasən tikinti sektorunda) 2010-cu ilin əvvəlinə Azərbaycanda
üzərlərinə götürdükləri 198 layihənin ümumi dəyəri 3.3 milyard dolları
ötüb
8
. Hazırda Azərbaycanda türk kapitalı ilə 5 bank da fəaliyyət göstərir.
2010-cu ildə Türkiyədə əcnəbilərin təsis etdiyi 2 min 479 şirkətdən 136-sı
Azərbaycan iş adamlarına məxsus olub. Azərbaycanlılar Türkiyədə şirkət quran
əcnəbilərin siyahısında 4-cü sıraya yüksəlib. Bu ilin ilk 5 ayının rəqəmlərinə
əsasən, Türkiyədə xarici ölkə vətəndaşları tərəfindən 401 şirkət yaradılıb
ki, bunun da 86-sı azərbaycanlıların payına düşür. Türkiyədə Azərbaycan
kapitalının iştirakı ilə qeydə alınan şirkətlərin 74-ü İstanbulda yaradılıb. 2010-
cu ildə Azərbaycan kapitalının iştirakı ilə 6 səhmdar cəmiyyət və 130 məhdud
məsuliyyətli cəmiyyət yaradılıb. Azərbaycan kapitalının iştirak etdiyi şirkətlərin
çoxu tikinti sektorunda fəaliyyət göstərir. 2010-cu ildə Türkiyədə xarici iştirakla
yaradılan məhdud məsuliyyətli cəmiyyətlər arasında Azərbaycan dördüncü,
səhmdar cəmiyyətlər arasında isə 14-cü yerdədir
9
.
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi 8 http://www.mfa.gov.tr/turkiye-azerbaycan-ekonomik-iliskileri.tr.mfa
9 http://www.milli.az (2011)