Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər keçirmək məqsədilə Enerji Sahəsində Birgə Komissiya formalaşdırmaq
barədə ilkin razılığa gəliblər
4
.
2007-ci il noyabrın 6-da Bakı şəhərində imzalanmış “Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında uzunmüddətli iqtisadi
əməkdaşlıq Proqramı və İcra Planı”na əsasən isə tərəflər iqtisadi
əməkdaşlıqda 8 prioritet sahə müəyyən ediblər ki, bunlar da aşağıdakılardır:
ticarət, azad iqtisadi zona, sənayə, energetika, nəqliyyat, rabitə, turizm və kənd təsərrüfatı. Sənədə əsasən, Azərbaycan-Türkiyə azad iqtisadi
zonasının yaradılması imkanlarının araşdırılması məqsədilə müzakirələr
başlanmalı və müzakirələr nəticəsində tərtib olunacaq hesabat azad iqtisadi
zona layihəsinin hazırlanması və həyata keçirilməsi ilə məşğul olan təşkilat
və firmalara təqdim edilməlidir. Azərbaycanda azad iqtisadi zonanın
yaradılması zamanı lazım olan təlim dəstəyi və texniki yardımları Türkiyə
təmin edəcək
5
.