Ɔ İkitərəfli iqtisadi münasibətlərin institusional bazası 2010-cu il sentyabrın 15-də İstanbul şəhərində “Azərbaycan Respublikası
ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə Bəyannamə imzalanıb. Bəyannaməyə
əsasən, “Şura Azərbaycan və Türkiyə arasında mövcud olan siyasi, hərbi,
iqtisadi, ticarət, energetika, nəqliyyat, mədəniyyət, elm və humanitar
sahələrdə həyata keçirilən əlaqələrin strategiyasını müəyyən edəcək, bu
strategiyanın əsasında əməkdaşlıq layihələrinin inkişafını və həmin layihələrin
icra olunmasını təşviq edəcək. Azərbaycan Respublikasının Prezidenti və
Türkiyə Respublikasının Baş naziri Şuranın həmsədrləri vəzifəsini üzərlərinə
götürürlər. Şuranın iclaslarında, gündəlikdə olan mövzulara uyğun olaraq
Azərbaycan və Türkiyə Respublikası hökumətlərinin üzvləri iştirak edəcəklər.
Şuranın iclasları tərəflərin razılığı ilə mütəmadi keçiriləcək. Hökumət üzvləri
Şuranın qərarlarının həyata keçirilməsi üçün məsuliyyət daşıyacaqlar. Şuranın
bazasında, siyasi mövzularda iki ölkə arasındakı əlaqələrin və əməkdaşlığın
daha da inkişaf etdirilməsi, ikitərəfli, regional və qlobal mövzularda siyasi
fikir mübadiləsinin aparılması və əməkdaşlığın prioritet sahələrinin və
layihələrinin müəyyən edilməsi məqsədilə Birgə Strateji Planlaşdırma Qrupu təsis ediləcək. Qrupun iclasları il ərzində ən azı bir dəfə, xarici işlər nazirlərinin
həmsədrliyi ilə keçiriləcək. Birgə Strateji Planlaşdırma Qrupu lazım olduğu
4 http://e-qanun.az/print.php?internal=view&target=1&docid=21158&doctype=0 (2011)
5 http://e-qanun.az/print.php?internal=view&target=1&docid=13851&doctype=0 (2011)