müqaviləsi və iyunun ortalarında imzalanan çoxtərəfli sazişlər Azərbaycan -
Türkiyə münasibətlərinin bütün sahələrini əhatə edən ilk dövlətlərarası
sənədlər idi. Hələ Batumda olan Məhəmməd Əmin Rəsulzadə və
Məmmədhəsən Hacınski xarici hərbi müdaxiləyə son qoymaq və daxili asayişi
qorumaq məqsədilə 4 iyun müqaviləsi əsasında hərbi yardım göstərilməsi
barədə Türkiyəyə müraciət etdilər. Həmin müraciəti qəbul edən Osmanli
dövləti elə etmək istəyirdi ki, Azərbaycana ordu göndərilməsi Cənubi Qafqazda
möhkəmlənməyə çalışan Almaniyanın etirazına səbəb olmasın. Ona görə
qarşılıqlı razılıq əsasında osmanlı hərbi hissələri və Azərbaycan könüllülərindən
ibarət Qafqaz İslam Ordusu yaradıldı.
Dostları ilə paylaş: