silahlı bolşevik-daşnak dəstələrinin qırğın və talanlarından qurtulmaq üçün
Mərkəzi Asiya və İrana qaçmış, qalan hissəsi isə ətraf kəndlərə dağılışmışdı.
"Daşnaksutyun" rəhbərləri yüksək vəzifəli erməni "bolşeviklərinin" himayəsi ilə
özlərini Bakının əsl sahibi kimi aparırdılar. Bakıda erməni-bolşevik siyasi
partiyalarının mətbuat orqanlarından başqa bütün qəzet və jurnallar
bağlanmışdı. Yeni yaradılan əmək komissarlığı, ərzaq direktoriyası, bütün
nəqliyyat bolşeviklərin sərəncamına keçmişdi. Bütün milli şuraların fəaliyyəti
qadağan edilsə də Erməni Milli Şurası fəaliyyətini davam etdirirdi. Aprelin 25-də
hakimiyyət orqanı kimi Bakı Xalq Komissarları Soveti yaradıldı
3 ulduzlu
suallar və cavablar
1) Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və hakimiyyətinin
bütün Azərbaycana yayılması
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda
azərbaycanlılarınelliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər
idi. 1918-ci ildə Cənubi Qafqazdamüstəqil dövlətlər
meydana gəldikdə, əzəli
Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Demokratik Respublikası
yaradıldı. AXC Hökuməti, həmçinin, Azərbaycanın qədim mədəniyyət
mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da
ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Demokratik
Respublikası"siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi
Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan
sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-
ni əhatə edirdi. AXC-nin əhalisi 2.8 milyondan çox idi. Azərbaycan Xalq
Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi
tanınmışdı. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq
hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi
nəticəsində
aradan qaldırıldı. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağılması
nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini
yenidən bərpa etdi. Azərbaycan RespublikasıAzərbaycan Xalq Cümhuriyyətinin
varisidir.
Dostları ilə paylaş: