AZƏ RBAYCAN RESPUBL KASI TƏ HS L NAZ RL Y
AZƏ RBAYCAN DÖVLƏ T QT SAD UN VERS TET
MAG STRATURA MƏ RKƏ Z
Əlyazması hüququnda
MAHMUDLU AYXAN YUS F
(magistrantin A.S.A.)
«MÜƏ SS SƏ N N MAL YYƏ FƏ AL YYƏ T N N DARƏ OLUNMASI
S YASƏ T VƏ ONUN TƏ KM LLƏŞ D R LMƏ S »
M Ö V Z U S U N D A
xtisasın şifri və adı:
060403 «Maliyyə »
xtisaslaş ma:
“Sığ orta iş inin təş kili”
Elmi rəhbər:
Dos. R.A. BRAH MOVA
Magistr proqramının rəhbəri:
Prof. A.M.KƏ R MOV
Kafedra müdiri:
Prof.M.X.HƏSƏNL
BAKI – 2015
2
MÜƏSS SƏ N N MAL YYƏ FƏAL YYƏT N N DARƏOLUNMASI
S YASƏ T VƏ ONUN TƏ KM LLƏŞ D R LMƏ S
MÜNDƏ R CAT
səh
G R Ş
……………………………………………………………………........ 3
I FƏ S L
MÜƏ SS SƏ N N MAL YYƏ FƏ AL YYƏ T N N DARƏ OLUN-
MASI S YASƏ T – DÖVLƏ T N
QT SAD -MAL YYƏ
S YASƏ T N N TƏ RK B H SSƏ S D R.............................................
6
§1.1.
Dövlətin maliyyə siyasətinin mahiyyəti, məqsədi və vəzifələri............. 6
§1.2.
Müəssisənin maliyyə fəaliyyətinin idarəolunması siyasətinin məzmu-
nu, əhəmiyyəti və təsnifatı……………………………………………..
20
§1.3.
Müəssisənin maliyyə fəaliyyətinin idarəolunması siyasətinin strateji
vəzifələri………………………………………………………….........
26
II FƏ S L
MÜƏ SS SƏ N N MAL YYƏ FƏ AL YYƏ T N N DARƏ OLUN-
MASI S STEM N N SƏ MƏ RƏ L TƏŞ K L – MAL YYƏ
S YASƏ T N N Ə SAS MƏ QSƏ D D R …… ......................................
30
§2.1
Müəssisənin maliyyə fəaliyyəti və maliyyə vəziyyətinin məzmunu...... 30
§2.2
Müəssisənin maliyyə fəaliyyətinin və maliyyə vəziyyətinin
qiymətləndirilməsi-maliyyə siyasətinin hazırlanması üçün əsasdır.......
39
§2.3
Müəssisənin maliyyə fəaliyyətinin idarəolunması sistemi………......... 50
III FƏ S L MÜAS R DÖVRDƏ MÜƏ SS SƏ N N MAL YYƏ FƏ AL YYƏ -
T N N DARƏ OLUNMASI S YASƏ T N N Ə SAS ST QAMƏ T-
LƏ R VƏ ONLARIN TƏ KM LLƏŞ D R LMƏ S ............................
64
§3.1
Müəssisənin maliyyə fəaliyyətinin idarəolunması siyasətinin əsas
istiqamətləri.............................................................................................
64
§3.2.
Müəssisənin maliyyə siyasətinin təkmilləşdirilməsi………................... 77
NƏT CƏ VƏ TƏKL FLƏR…………………………………………. 81
Ə
DƏ B YYAT S YAHISI……………………………………………. 84
3
G R Ş
Mövzunun aktuallığ ı:
Maliyyə siyasəti – dövlətin siyasətinin xüsusi sferasıdır. Maliyyə siyasəti –
maliyyə resurslarının səfərbərliyə alınmasına, onların səmərəli bölüşdürülməsinə
və məqsədli istifadəsinə yönəldilir. Maliyyə siyasəti vasitəsilə cəmiyyətin sosial və
iqtisadi inkişafına təsir göstərilir. Beləliklə, ölkədə qarşıya qoyulan məqsədlərin
həyata keçirilməsində maliyyə siyasəti vacib rol oynayır.
Müəssisə və təşkilatların maliyyə siyasəti dövlətin maliyyə siyasətinin tərkib
hissəsini təşkil edir. Təsərrüfat subyekti olan müəssisələr xüsusi maliyyə
resurslarına malik olduqlarına görə öz maliyyə siyasətini müəyyən etmək
hüququna malikdirlər. Bazar münasibətləri şəraitində müəssisə, firma və şirkətlər
maliyyə fəaliyyətinin idarəolunması siyasətini sərbəst qaydada hazırlayırlar.
Müəssisədə maliyyə fəaliyyətinin idarəolunması siyasəti qarşısında qoyulan əsas
məsələlərə kapitalın quruluşunun optimallaşdırılması, müəssisənin maliyyə
sabitliyinin təmin olunması, maliyyə resurslarının cəlb edilməsində müəssisə
tərəfindən bazar mexanizmlərindən istifadə edilməsi və s. daxildir.
Müasir dövrdə müəssisələr maliyyəyə münasibətdə həqiqi sabitliyə malik
olmalı, bazar qanunları əsasında səmərəli fəaliyyət göstərən təsərrüfat strukturunu
təşkil etməlidirlər.
Müəssisədə maliyyə fəaliyyətinin idarəolunması siyasətinin işlənilməsinin
ə
sas məqsədi müəssisənin strateji və taktiki məqsədlərə çatmasına yönəldilən
maliyyənin səmərəli idarəolunması sisteminin qurulmasıdır. Bu nöqteyi-nəzərdən
mövcud mgistr dissertasiyasının mövzusu müasir dövrdə aktuallıq təşkil edir.
Tə dqiqatın predmeti: Müəssisənin maliyyə fəaliyyəti ilə əlaqədar olan
maliyyə münasibətlərindən ibarətdir.
Tə dqiqatın obyektinə : Müəssisənin maliyyə fəaliyyətinin idarəolunması
sistemi, müəssisənin maliyyə fəaliyyəti və maliyyə vəziyyəti, maliyyə fəaliyyətinin
idarəolunması siyasətinin mahiyyəti, strategiyası, maliyyə siyasətinin istiqamətləri
və s. daxildir.
4
Tədqiqatın məqsədi: Bazar iqtisadiyyatı şəraitində təsərrüfat subyektlərinin
(firma, müəssisə, şirkət və s.) maliyyə fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün
effektli idarəetmə sisteminin qurulmasına nail olmaq zəruridir.
Magistr dissertasiyası qarş ısında qoyulan və zifə lə rə aş ağ ıdakılar
daxildir:
1.
Dövlətin maliyyə siyasətinin tərkib hissəsi olan müəssisənin maliyyə
fəaliyyətinin idarəolunması siyasətinin mahiyyətini, əhəmiyyətini,
məqsədini göstərmək;
2.
Müəssisənin maliyyə fəaliyyətinin idarəolunması siyasətinin strateji
vəzifələrini tədqiq etmək;
3.
Müəssisənin maliyyə fəaliyyətinin və maliyyə vəziyyətinin
məzmununun və göstəricilərinin xarakteristikasını vermək;
4.
Müəssisənin maliyyəsinin idarəolunması siyasətinin işlənilib
hazırlanmasında maliyyə vəziyyətinin qiymətləndirilməsinin rolunu,
zəruriliyi izah etmək;
5.
Müəssisənin maliyyə siyasətinin ayrı-ayrı istiqamətlərini xarakterizə
etmək;
6.
Sair vəzifələr.
Magistr dissertasiyasının elmi yeniliyi: Bazar iqtisadiyyatı şəraitində
müəssisə və təşkilatlarda maliyyə işinin düzgün təşkili müəssisədə maliyyə
fəaliyyətinin səmərəli idarə olunması və s. onun maliyyə siyasətindən birbaşa
asılıdır. Bütün bu məsələlər magistr dissertasiyasında ətraflı tədqiq olunmuş və
müəyyən məsələlər araşdırılmış və elmi cəhətdən əsaslandırılmışdır.
Magistr dissertasiyası giriş, üç fəsil, nəticə və təkliflər, ədəbiyyat siyahsından
ibarətdir.
ş
in giriş hissəsində mövzunun aktuallığı əsaslandırılır.
I fəsil «Müəssisənin maliyyə fəaliyyətinin idarə olunması siyasəti – dövlətin
iqtisadi-maliyyə siyasətinin tərkib hissəsidir», II fəsil «Müəssisənin maliyyə
5
fəaliyyətinin idarəolunması sisteminin səmərəli təşkili – maliyyə siyasətinin əsas
məqsədidir», III fəsil «Müasir dövrdə müəssisənin maliyyə fəaliyyətinin
idarəolunması siyasətinin əsas istiqamətləri və onların təkmilləşdirilməsi», nəticə
və təkliflər.
6
I FƏS L
MÜƏ SS SƏ N N MAL YYƏ FƏ AL YYƏ T N N DARƏ OLUNMASI
S YASƏ T – DÖVLƏ T N QT SAD -MAL YYƏ S YASƏ T N N TƏ RK B
H SSƏ S D R
§1.1. Dövlətin maliyyə siyasətinin mahiyyəti, məqsədi və vəzifələri
Maliyyə siyasəti – maliyyənin idarəolunması sistemində əsas elementdir.
Dövləti məcmuu daxili məhsulun formalaşması, bölüşdürülməsi, yenidən
bölüşdürülməsi və istifadəsi ilə əlaqədar dəyər münasibətlərinin müəyyən edən
zaman cəmiyyət və maliyyə sistemi qarşısında duran əsas məqsəd və vəzifələri də
müəyyənləşdirir.
Maliyyə siyasə ti
– məcmuu daxili məhsulun, ictima sərvətin formalaşması,
bölüş dürülmə si, yenidə n bölüş dürülmə si və istifadə si proseslə rinə yönə ldilə n
mə qsə d və və zifə lə lə rin müə yyə n edilmə si demə kdir
.
Maliyyə siyasəti, iqtisadi siyasətin tərkib hissəsi olmaqla ona məxsus spesifik
üsul və metodlardan istifadə etməklə iqtisadi siyasətdə qarşıya qoyulan vəzifələri
yerinə yetirmək və məqsədə çatmaq üçün təsir göstərir,
Maliyyə siyasəti iqtisadi münasibətlər nəticəsində formalaşır.
Maliyyə siyasətinin əsas məqsədi
cəmiyyətin inkişafı ilə əlaqədar tələbatların
ödənilmpəsi üçün zəruri maliyyə resurslarını tam səfərbərliyə almaqdır. Buna
uyğun olaraq maliyyə siyasəti sahibkarplığın aktivləşməsi üçün əlverişli şəraiti
yaramalıdır. Müəssisələrdən gəlirin büdcəyə alınmasının səmərəli forması
müəyyən edilməlidir, eləcə də maliyyə resurslarının formalaşmasında əhalinin
iştirak payının formalaşması qaydası təkmilləşdirilməlidir. Maliyyə resurslarından
istifadənin səmərəliliyinin yüksəldilməsinə də fikir verilməlidir. Maliyyə siyasəti
hazırlanan zaman maliyyə mexanmzminin qurulması prinsipləri müəyyən edilir.
Maliyyə siyasətinin həyata keçirilməsi maliyyə resurslarının səfərbərliyə
alınması, onların bölüşdürülməsi və yenidənbölüşdürülməsinə yönəldilmiş dövləti
tədbirlərini təmin edir.
7
Cəmiyyətin iqtisadi və sosial inkişafına maliyyənin təsiri iqtisadi siyasətin
tərkib hissəsi kimi çıxış edən maliyyə siyasətinin müvəffəqiyyətindən birbaşa asılı
olur.
Maliyyə siyasəti işlənib hazırlanarkən maliyyə münasibətlərinin təşkilinin
forma və metodları müəyyən edilir.
Maliyyə siyasə tini
– iqtisadi strategiyanın həyata keçirilməsinə yönəldilən
maliyyə sistemi vasitə silə reallaş dırılan tə dbirlə rin elmi ə saslarının mə cmuusu
kimi qiymə tlə ndirmə k olar.
Maliyyə siyasəti maliyyə strategiyası və maliyyə taktikası əsasında müəyyən
olunur. Maliyyə strategiyası maliyyədən istifadənin əsas istiqamətlərini, maliyyə
münasibətlərinin təşkilinin forma və metodlarının dəyişdirilməsini əhatə edir.
Maliyyə taktikası cari vəzifələrin yerinə yetirilməsinə yönəldilir.
Maliyyə siyasəti hər şeydən əvvəl müəyyən bir iqtisadi məqsədlərə çatmaq
üçün maliyyədən istifadə olunması deməkdir. Dövlət, xüsusilə maktoiqtisadi
məqsədlərinə (iqtisadi tarazlığın təmin edilməsi, iqtisadi artım inkişafının
reallaşdırılması) çatmaq üçün maliyyə vasitələrindən istifadə edir. Dövlət
gəlirlərinin artırılması, büdcə tarazlığı iqtisadi artıma aparan əsas vasitələrdir, bu
vasitələrin təmin olunması isə maliyyə siyasətinin əsas vəzifələrindəndir.
Uzun, orta və qısa müddətdə proqramları yerinə yetirmək üçün maliyyə
resurlarının səfərbərliyə alınması, bölüşdürülməsi və yenidən bölüşdürmələrinə
yönəldilən dövlətin tədbirlərinin məcmuu maliyyə siyasətinin həyata keçirilməsini
təmin edir.
Maliyyə siyasət onun cəmiyyətin mənafeyinə uyğun olması ilə onun
qoyulmuş məqsədlərə çatmağı ilə qiymətləndirilir.
Maliyyə siyasətinin nəticəsi o zaman böyük olur ki, belə siyasət ictimai
inkişafın tələbatlarını, o cümlədən, cəmiyyətin bütün əhali qruplarının mənafeyini,
konkret tarixi şəraiti və dövrün xüsusiyyətlərini nəzərə alsın.
Dövlətin maliyyə siyasəti birinci növbədə cəmiyyətin maddi bazasını təşkil
edən maliyyə resurslarının maksimum mümkün həcminin formalaşmasına
yönəldilməlidir.
8
Maliyyə siyasətinin vəzifələrinə daxildir:
1.
Maksimum səviyyədə mümkün maliyyə resurslarının formalaşması
üçün şəraitin təmin edilməsi;
2.
Maliyyə resurslarının bölüşdürülməsi və istifadəsinin səmərəli
sisteminin müəyyən olunması;
3.
qtisadi və sosial proseslərin maliyyə metodları ilə tənzimlənməsi və
stimullaşdırılmasının təşkili;
4.
Strategiyanın dəyişən məqsəd və vəzifələrinə uyğun maliyyə
mexanizminin işlənilməsi və inkişafı;
5.
Maliyyənin idarəolunmasının səmərəli sisteminin yaradılması.
Dövlətin maliyyə siyasətinin məzmunu və onun əsas istiqamətləri cəmiyyətin
inkişafında dövlətin rolu haqqında elmin inkişaf səviyyəsindən asılıdır.
Bazar iqtisadiyyatına keçid dövrünün mə qsə di və proqrammı sonrakılar idi;
yeni iqtisadi sistemi və yeni cə miyyə tin ə saslarını yaratmaq.
Bu mə qsə din ə sas və zifə si sonrakı idi;
özəlləşdirmə, yəni, dövlət
mülkiyyətinin vətəndaşlara verilməsi, özəlləşmə – insanların ölkənin milli
sərvətində payına olan hüququnu təmin etmək demək idi.
Bazar iqtisadiyyatı şəraitində dövlətin yeni maliyyə-kredit siyasətinin əsasını
aşağıdakılar təşkil edirdi:
- pul sisteminin sabitliyini və möhkəm manatı təmin etmək;
- pul-kredit sistemində mərkəziyyət saxlamaq;
- valyuta əməliyyatlarına olan inhisarı ləğv etmək;
- əhalinin əmanətlərinin cəlb edilməsi zəruriliyi;
- sair.
Bazar iqtisadiyyatına keçid dövründə maliyyə siyasəti büdcə xərclərinin
ixtisarını (büdcənin balanslaşdırılması üçün nəzərdə tuturdu; istehsal təyinatlı
kapital qoyuluşunu, məqsədli əhəmiyyətini itirən xərclər. Əvvəllər qəbul edilmiş
investisiya proqramlarını, zərərli müəssisələrə dotasiyanın verilməsini və s.)
Yeni maliyyə siyasəti maliyyə sisteminin bütün həlqələrinin yenidən
qurulmasını tələb etdi. Bununla əlaqədar Milli Məclis tərəfindən bir sıra qanunlar
9
qəbul edildi; Büdcə sistemi haqqında, sığorta haqqında, bank sistemi haqqında,
vergilər haqqında.
Azərbaycanda bazar maliyyə-kredit mexanizminin hazırlanmasında 1994-cü
ildə Milli Məclis tərəfindən qəbul edilən «Müəssisələr haqqında» Azərbaycan
Respublikasının Qanunu böyük rol oynadı. Bu qanun Azərbaycan Respublikası
ə
razisində fəaliyyət göstərən müəssisələrin təşkilati-hüquqi formalarını, onların
yaradılması, idarə edilməsi və fəaliyyəti prinsiplərini müəyyən edir, müəssisələrin
təsərrüfat müstəqilliyinə və hüquq bərabərliyinə təminat verir.
Qnunla göstərilir: «Azərbaycan Respublikasında mülkiyyət haqqında
Azərbaycan Respublikası qanununa uyğun olaraq dövlət, kollektiv, xüsusi və
qarışıq mülkiyyət formalarına əsaslanan müəssisə növləri fəaliyyət göstərə bilər.
«Müəssisə haqqında» Azərbaycan Respublikası qanunun maliyyə aspektləri
sonrakılarda öz ifadəsini tapır. Müəssisənin əmlakının təşkili və mənfəətinin
bölüşdürülməsi onun nizamnaməsi ilə müəyyən edilir; müəssisənin əmlakı onun
ə
sas fondlarından və dövriyyə vəsaitlərindən, habelə, müəssisənin müstəqil
balansında dəyəri göstərilən digər qiymətli əşyalardan ibarətdir.
Bazar iqtisadiyyatı qiymətləri liberallaşdırdı. Yəni, indii həm dövlət, həm də
müqavilə qiymətləri fəaliyyət göstərir. Belə Ki, müəssisə öz məhsulunu müstəqil,
yəni, müqavilə və ya dövlətin tənzimlənən qiyməti ilə sata bilər.
Bazar şə raitində iqtisadi və sosial sferaya maliyyə tə sirinin ə sas metodları
aş ağ ıdakılardır;
- vergiqoyma;
- maliyyə resurslarının manevt edilməsi;
- maliyyələşmə;
- maliyyə bazarı;
- sair.
Dövlət tərəfindən bazar iqtisadiyyatının maliyyə tənzimlənməsinin əhəmiyyəti
daha da artır. O müəssisələrə vergiqoyma yolu ilə həyata keçirilir.
Beləliklə, yeni iqtisadi dövrün siyasəti sonrakıları nəzərdə tutur; rəqabətin
güclənməsi; maliyyə intizamının möhkəmləndirilməsi; dövlət xərclərinin ixtisar
10
edilməsi; idarəetmə xərclərinin təkmilləşdirilməsi; sahibkarlığın inkişafı; maliyyə
mexanizminin təkmilləşdirilməsi və sair.
qtisadiyyatda mövcud olan yeni mərhələ dövlət büdcəsinin bazar
prinsiplərinin daha çox tətbiqini, səmərəli qərarların qəbul edilməsini və s. tələb
edir.
Beləliklə, keçid dövrünün başa çatması və yeni dövrün başlanması büdcədən
verilən botasiyanın azalması, büdcə xərclərinin, xüsusilə idarəetmə xərclərinin
ixtisar edilməsi, iqtisadiyyatda rəqabətin dərinləşməsi və s. nəzərdə tutur. Bütün
bunlar isə yeni maliyyə-büdcə siyasətini və ölkədə tam bazar iqtisadiyyatı
qanunları ilə işləməyi zəruri edir.
Maliyyə siyasətinin mühüm istiqamətlərindən birini büdcə siyasəti təşkil edir.
Büdcə siyasətinin ən vacib vəzifələrinə daxildir; dövlət xərclərinə qənaət
proqramının realizasiyası; xəzinədarlığın hesablarında dövlət büdcəsinin bütün
gəlirlərinin və vəsaitinin mərkəzləşdirilməsi; dövlət borcunun təkmilləşdirilməsi,
bütün daxili və xarici borcların yoxlanılması və onların istifadəsinin nəticələrinin
təhlil edilməsi.
Büdcə siyasəti
– dövlət tərəfindən aşağıdakıların müəyyən edilməsi məzərdə
tutulur;
1.
Dövlət büdcəsinin gəlirlərinin formalaşma mənbələri;
2.
Büdcə xərclərinin daha vacib istiqamətləri;
3.
Büdcə kəsirinin maliyyələşmə mənbələri;
4.
Büdcə sisteminin ayrı-ayrı həlqələri arasında qarşılıqlı münasibətlərin
prinsipləri.
5.
Büdcənin balanslaşdırılmasının mümkün sərhədləri.
Bu siyasət Azərbaycan Respublikasının ortamüddətli maliyyə siyasətinin
tərkib hissəsi olmaqla, ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və proqnoz
göstəricilərinə hazırlanılır.
Büdcə siyasətini istiqamətləndirən makroiqtisadi göstəricilər mövcud
maliyyə-kredit siyasətinin davam etdirilməsini, büdcə və vergi siyasətinin
iqtisadiyyatın idarə olunmasındakı birbaşa iştirakının və təsirinin artırılmasını,
11
çevikliyinin təmin edilməsini, sahibkarlığın inkişafını, maliyyə intizamının
gücləndirilməsini və şəffaflığının təmin edilməsini, inflyasiyanın artmasına yol
verilməməsini, yoxsulluğun azaldılması üçün iqtisadi imkanların yaradılmasını və
digər tədbirləri özündə əks etdirir.
Kompleks makroiqtisadi tədbirlər növbəti illərdə iqtisadi artımın təmin
edilməsinə, istehsalın həcminin və qeyri-neft bölməsində yerli sahibkarlığın
inkişafı yolu ilə məşğulluğun səviyyəsinin yüksəlməsinə, yoxsulluğun aradan
qaldırılması və iqtisadi inkişaf üçün hazırlanmış dövlət proqramının maliyyə
təminatının artırılmasına, regionlar üçün xüsusi əhəmiyyət kəsb edən sahələrin
inkişafına, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, aqrar sektoru
inkişaf etdirməklə əhalinin ərzaq məhsullarına tələbatının yerli mənbələr hesabına
ödənilməsinə yönəlmişdir.
Göstərilən tədbirlərin həyata keçirilməsi eyni zamanda, iqtisadiyyatda struktur
islahatlarının davamı ilə müşayiət olunacaqdır. Struktur islahatları vergi
dərəcələrinin aşağı salınmasına, yığım əmsalının artırılması və vergiqoyma
bazasının genişləndirilməsi hesabanı büdcə gəlirlərinin artırılmasına, büdcə
xərclərinin sosial və investisiya yönümlüyünün təmin edilməsinə, xərclərin
şə
ffaflığının səmərəli idarə olunmasının yüksəldilməsinə, kommunal və digər
zəruri xərclər üzrə büdcə təşkilatlarının tələbatının ödənilməsinə, xəzinə
öhdəliklərinin tətbiqinin dərinləşdirilməsi hesabına büdcə təşkilatları tərəfindən
kreditor borclarının yaradılmamasına, aztəminatlı ailələrin, qaçqın və məcburi
köçkünlürəni sosial müdafiəsinin gücləndirilməsinə, büdcə kəsirinin azalmasına və
onun maliyyələşdirilmə strukturunun təkmilləşdirilməsinə, büdcə təşkilatlarının
büdcədənkənar gəlir və xərclərinin tədricən dövlət büdcəsinin tərkibinə daxil
edilməsinə imkan verəcəkdir.
Maliyyə siyasətinin vacib tərkib hissələrindən birində də vergi siyasəti təşkil
edir.
Vergi siyasəti bazar iştirakçılarını və dövlət üçün məqbul sayılan vergiqoyma
şə
raitini,
yəni,
iqtisadiyyatın
real
sektorunun
maliyyə
vəziyyətinin
yaxşılaşdırılmasını təmin edən vergiqoyma şəraitinin yaradılmasına yönəldilir.
12
Bazar iqtisadiyyatı heç də dövlətin idarəetmə və tənzimləmə proseslərindən
kənarlaşdırılması demək deyildir. Əsas məsələ ondan ibarətdir Ki, bu proseslər
bzlüyündə təsərrüfat subyektlərinin istehsal-maliyyə fəaliyyətinə bilavasitə
müdaxiləni ifadə etməməlidirlər. Dövlət bazar mexanizmlərinin fəaliyyəti üçün
zəruri şərait yaratmalı və bu mexanizmlərin köməyi ilə iqtisadi prosesləri
tənzimləməlidir.
Hətta iqtisadi inkişaf səviyyəsi təqribən eyni olan müxtəlif ölkələrdə dövlətin
iqtisadiyyata müdaxilə səviyyəsi müxtəlifdir.
stənilən dövlət həyat fəaliyyətinin müxtəlif sahələrində cəmiyyətin marqlarını
ifadə etməklə iqtisadi, hərbi, sosial və digər sahələrdə siyasətin işləyib hazırlayır və
həyata keçirir. Dövlət tənzimlənməsi prosesində bilavasitə dövlətin maliyyə
siyasətində təcəssüm olunan maliyyə mexanizmlərindən istifadə olunur.
Vergi siyasəti dövlətin maliyyə siyasətinin ayrılmaz tərkib hissəsidir. Ölkənin
vergi sistemini yaradarkən, dövlət ondan müəyyən maliyyə siyasətinin məqsədləri
üçün istifadə etməyə Can artır. Vergilər iqtisadiyyatın dövlət tənzimlənməsinin
ə
sas elementlərindən biridir.
Dövlətin vergi siyasəti dedikdə, dövləti tərəfindən işlənib hazırlanmış, vergi
sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə
yönəlmiş tədbirlər sistemi başa düşülür.
qtisadi vergi siyasəti dedikdə, dövlət tərəfindən işlənib hazırlanmış, vergi
sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə
yönəlmiş tədbirlər sistemi başa düşülür.
qtisadi, siyasi və digər fərqlərə baxmayaraq, istənilən dövlətin vergi siyasəti
ilk növbədə onunla müəyyən olunur ki, dövlət özü təkrar istehsal prosesinin fəal
iştirakçısı kimi çıxış edir. Dövlətin əsas məqsədi cəmiyyətin qarşısında duran
iqtisadi və sosial məsələlərin həll edilməsidir ki, bu da vergi siyasətinin
formalaşmasına öz təsirini göstərir.
Vergi siyasətinin əsas məqsədi vergilərin mahiyyəti və funksiyalarından irəli
gəlir və məcmuu daxili məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və
bu vəsaitlərin büdcə vasitəsilə ilə yenidən bölüşdürülməsindən ibarətdir. Beləliklə,
13
vergilər öz təyinatlarını və funksiyalarını vahid büdcə prosesində həyata keçirirlər.
Hər bir maliyyə ili üçün büdcə qəbul edilərkən vergi siyasətinin əsası qoyulmuş
olur. Onun həyata keçirilməsi isə uyğun qanunvericilik və normativ aktların qəbul
edilməsi yolu ilə aparılır.
Vergi siyasətinin əsas vəzifələri aşağıdakılardır:
- vergi bazasının optimallaşdırılması və vergilər üzrə borcların azalmsı
məqsədi ilə vergi qanunvericiliyinin kompleks islahatı;
- mövcud vergi və gömrük güzəştlərinə yenidən baxılması;
- vergi ödəyicilərinin vahid reyestrinin tətbiq edilməsi;
- vergi inzibatçılığının gücləndirilməsi;
- sair.
Beləliklə, büdcə-vergi siyasəti dövlətin maliyyə siyasətinin tərkib hissəsini
təşkil edir.
Büdcə-vergi siyasəti büdcə prosesində, yəni, maliyyə resurslarını
büdcəyə səfərbərliyə alınan və istifadə olunan zaman həyata keçirilir.
Vergi-büdcə siyasəti maliyyə sahəsində məqsəd və vəzifələrin, pul
vəsaitlərinin büdcəyə daxilolma mexanizminin, büdcə vəsaitlərinin istifadə
istiqamətlərinin seçilməsinin, büdcə sisteminin idarə olunmasının müəyyən
edilməsini nəzərdə tutur.
Müasir dövrdə dövlət büdcə gəlirlərinin artırılmasını təmin etmək üçün çevik
vergi və gömrük siyasətini həyata keçirir.
Vergi siyasəti vergi rejiminin şəffaflığının daha da artırılmasına yönəldilir. Bu
məqsələ qabaqcıl dünya təcrübəsinə əsaslanaraq vergilərin dərəcələrinin optimal
səviyyədə azaldılması siyasəti ölkədə davam edir. Həmin tədbirlər dövlət
büdcəsinin xərclərinin səmərəliliyinin və ünvanlılığının yüksəldilməsi tədbirləri ilə
paralel aparılır.
Vergi siyasətinin əsas istiqamətlərindən biri əlverişli vergi mühitinin
yaradılmasından, sahibkarlığın inkişaf etdirilməsini, investisiyaların ölkə
iqtisadiyyatına cəlb edilməsindən və s. ibarətdir.
Maliyyə siyasətinin tərkib hissəsi olan pul-kredit siyasəti qarşısında qoyulan
ə
sas vəzifələrə aşağıdakılar daxildir:
14
- bank sisteminin təkmilləşdirlməsi;
- əhalinin əmanətlərinin stimullaşdırılması;
- dövlətin valyuta ehtiyatlarının tamamlanması;
- faiz stavkalarının tənzimlənməsi;
- sair.
Pul-kredit siyasəti makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə və qarşıda
duran priorite vəzifələrin reallaşdırılması məqsədilə iqtisadiyyatın müxtəlif
sahələrinin inkişafına dair qəbul olunmuş və olunacaq məqsədli dövlət
proqramlarında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə, bu əsasda onun
sürətli və intensiv inkişafına, real sektorda investisiya fəallığının yüksəlməsinə,
iqtisadiyyatın yüksək sahəvi diversifikasiyasına və sairəni nəzərdə tutur.
Beynə lxalq maliyyə sahə sində dövlə tin siyasə ti aş ağ ıdakılara yönə ldilir:
1.
Azərbaycanın dünya maliyyə sisteminə inteqrsiyasının davam
etidrilməsi;
2.
Dünya ticarət təşkilatına daxil olma;
3.
BVF-da və Dünya Yenidənqurma və nkişaf Bankında Azərbaycanın
mövqeyininü möhkəmləndirilməsi;
4.
Xarici valyutalara nisbətdə manatın kursunun möhkəmliyinin daha
da yüksəldilməsi;
5.
Azərbaycanın büütün xarici ölkələrlə maliyyə əməkdaşlığın
genişləndirilməsi.
Beynəlxalq valyuta-kredit siyasəti dövlətin maliyyə siyasətinin tərkib
hissəsidir. Valyuta-kredit siysətinin əsasını ölkədə valyuta-maliyyə və kredit
münasibətlərinin idarə olunması daxildir.
Ölkədə valyuta-kredit siyasətinin formalaşmasında milli valyuta mərkəzi
bank, bank fəaliyyəti və s. haqqında qəbul edilən qanunlar mühüm rol oynamışdır.
Maliyyə, valyuta, pul və kredit siyasəti ölkədə bank sisteminin təkmilləşməsi, milli
valyutanın sabitliyinin qorunması istiqamətində böyük nəticələr verir.
15
Azərbaycanda pul-kredit siyasətinin əsas məqsədi mövcud makroiqtisadi
sabitliyə və iqtisadi artımın dayandırılığına ziyan vurmadan ümumi qiymət
səviyyəsinin sabitliyinin saxlanılmasıdır.
Ümumi qiymət səviyyəsinin sabitliyi sadəcə pul-kredit siyasət tədbirləri ilə
deyil, eyni zamanda, həyata keçirilən struktur islahatlarının dövlət tənzimoənməsi
vasitəsi ilə təmin ediləcəkdir.
qtisadi inkişafın tələblərinə uyğun olaraq bank sisteminin beynəlxalq
standartlara uyğunlaşdırılması prosesi başa çatdırılacaq, müvafiq qanunvericilik
aktları daha da təkmiləşdiriləcək və əmanətlərin sığortalanması mexanizmi
müəyyən ediləcək.
Ölkədə maliyyə sabitliyinin yaradılmasında, düzgün pul-kredit siyasətinin
aparılmasında və daxili bazarın müdafiəsinin təmin olunmasında valyuta
tənziminin əhəmiyyəti böyükdür.
Dövlətin maliyyə siyasətinə daxil olan investisiya siyasəti həm daxili, həm də
xarici investisiya siyasətindən ibarətdir. Hər iki istiqamətdə dövlətin investisiya
siyasəti ancaq bir məqsədə, yəni, ölkə iqtisadiyyatının inkişafına xidmət edir.
Ölkədə investisiya siyasətinin həyata keçirilməsində maliyyə mənbələri əsas amil
hesab edilir.
Daxili investisiya siyasəti daxili investisiya mənbələri hesabına iqtisadi
məqsədələr nail olunmağı nəzərdə tutur. Lakin xarici investisiya siyasəti
uzunmüddətli beynəlxalq kapital qoyuluşları sahəsində görülən tədbirləri əhatə
edir.
Ölkədə dövlətin investisiya siyasəti aşağıdakı məsələlərin həllinə yönəldilir:
- Azərbaycan Respublikasının inkişaf büdcəsinin dövlətin investisiya
siyasətinin maliyyə təminatında rolunun artırılması;
- ipoteka kreditləşdirilməsinin inkişafı;
- birbaşa xarici investisiyaların cəlb edilməsi.
Sığorta sahəsində dövlət siyasətinin əsas məqsədi bazar iqtisadiyyatının
səmərəli və stabil fəaliyyətini təmin edən, sahibkarlıq fəaliyyçtini potensial
16
risklərdən qoruyan, iqtisadiyyatın inkişafı üçün uzunmüddətli investisiya
mənbələrini formalaşdıran səmərəli milli sığorta sisteminin yaradılmasıdır.
Sə mə rə li sığ orta sisteminin yaradılması üçün vacib olan ə sas mə sə lə lə r
arasında aş ığ ıdakılara xüsusi diqqə t yetirilə cə k:
- sığorta sisteminin inkişafı və onun iqtisadi artımın vacib amilinə
çevrilməsinin zəruri şərti kimi qanunvericilik bazasının təkmilləşdirilməsi;
- sığorta fəaliyyətinə səmərəli dövlət nəzarəti və tənzimləmə mexanizminin
təmin edilməsi;
- sığorta mexanizmindən istifadə edərək əhalinin əmanətlərinin uzunmüddətli
investisiyalara transformasiya sisteminin inkişaf etdirilməsi;
- milli sığorta sisteminin dünya sığorta sisteminə inteqrasiyası.
Eyni zamanda, sığorta qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə
beynəlxalq standartlara cavab verən «Sığorta haqqında» yeni qanun layihəsi və
icbari sığortalara özündə ümumiləşdirən vahid « cbari sığortalar haqqında»
Qanunun layihəsi hazırlanacaqdır.
Ölkə də müasir dövrdə sığ ortanın tə kmilləş dirilmə si aş ağ ıdakı istiqamə tlə rdə
aparılır:
- səhmdar sığorta cəmiyyətləri yaradılır;
- sığortanın yeni növləri tətbiq edilir;
- icbari və könüllü sığorta formaları arasında nisbət dəyişir;
- kooperativ sığortalnması inkişaf edir;
- sığorta bazarı inkişaf edir.
Ölkənin rəqabət qabiliyyətinin artırılması və yüksək iqtisadi artım tempinin
təmin edilməsi sosial siyasətin səmərəliliyinin əhəmiyyətli dərəcədə artırılmasını,
ə
haliyə göstərilən sosial xidmətlərin inkişaf etmiş bazarının formalaşdırılmasını
tələb edir. Əhalinin yoxsul təbəqələrinə yardım, islahatların mümkün mənfi
təsirinin azaldılması ilə yanaşı, sosial siyasətin müqayisəli üstünlüklərinin və
Azərbaycan iqtisadiyyatının artım amillərinin formalaşdırılmasını təmin etməlidir.
Bu, ölkə iqtisadiyyatına əhalinin əmək, intullektual və yaradıcılıq potensialının
maksimum dərəcədə cəlb edilməsi yolu ilə reallaşdıralacaq.
17
Sosial siyasət ilk növbədə aztəminatlı əhalinin səmərəli müdafiəsinin, əhalinin
və müəssisələrin vəsaitlərinin bütövlükdə səfərbər edilməsini təmin edən
institutların formalaşması, bu vəsaitlərin səmərəli istifadə edilməsi və bnun
ə
sasında təklif edilən sosial xidmətlərin yüksək keyfiyyətinin və geniş çeşidinin
təmin edilməsinə istiqamətləndirələcək.
Sosial siyasətin dəyişməz prioritetini insan kapitalına investisyalar təşkil edir.
Ona görə də bu məqsədlərə dövlət xərclərinin artırılması nəzərdə tululur. nsan
kapitalının inkişafında demoqrafik proseslərin müsbət dinamikasının artırılması
zəruridir.
Ə
halinin sosial müdafiəsi ilə əlaqədar tədbirlər aşağıdakılardan ibarət
olmalıdır:
- əmək haqqı və təqaüd sistemlərinin təkmilləşdirilməsi, əhalinin gəlirlərinin
yaşayış minimumu ilə uzlaşdırılması;
- işçilərin əmək münasibətlərini əhatə edən hüquqlarının və sosial əməkdaşlıq
prinsiplərinin gücləndirilməsi;
- işəgötürülənlər tərəfindən işçilərin hüquqlarının qorunması məqsədilə Milli
nformasiya Mərkəzinin yaradılması;
- fərdi uçot sisteminə əsaslanın avtomatlaşdırılmış sosial sığorta və pensiya
sisteminin qurulması;
- vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatna nail olunması,
pensiya və müavinət ödənişi üçün nəzərdə tutulan vəsaitin tam yığılmasının və
məqsədyönlü istifadəsinin təmin edilməsi, sosial sığorta haqları ilə pensiya
məbləğləri arasındakı əlaqənin uğunlaşdırılması;
- ölkədə aparılan islahatların məntiqi davamı kimi növbəti illərdə pensiyaların
baza hissəsinin məbləğinin mərhələlərlə yaşayış miniumumun səviyyəsinə
çatdırılması;
- ünvanlı sosial yardım siyasətinin davamlılığının təmin edilməsi üçün hüquqi
bazanın təkmilləşdirilməsi;
- miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması.
18
Maliyyə siyasəti Azərbaycan Respublikasının ortamüddətli maliyyə
siyasətinin tərkib hissəsi olmaqla, ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və
proqnoz göstəricilərinə, «Azərbaycan Respublikası regionlarının sosial iqtisadi
inkişafı Dövlət Proqramına antiinflyasiya tədbirlərinin gücləndirilməsi, ölkə
iqtisadiyyatının, qeyri-neft sektorunun, sahibkarlığın inkişafını təmin edən və digər
dövlət proqramlarını nəzərdə tutur. Müasir dövrdə maliyyə-büdcə siyasətini
istiqamətləndirən makroiqtisadi göstəricilər daha sürətli iqtisadi artımın əldə
edilməsini, büdcəyə əlavə daxilolma mənbələrinin müəyyən edilməsini,
iqtisadiyyatın tənzimlənməsində büdcənin birbaşa iştirakının və təsirinin
artırılmasını, maliyyə intizamının gücləndirilməsi və şəffaflığının təmin
edilməsini, yoxsulluğun azaldılmasını, ünvanlı sosial yardımın tətbiqinin
təkmilləşdirilməsini və sahibkarlığın və regionların inkişafı üçün maliyyə
imkanlarının yaradılmasını özündə əks etdirir.
Maliyyə siyasətində əsas məqsədlərdən biri əhalinin maddi-rifah halının
yaxşılaşdırılması, əhalinin gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsi,
ölkə iqtisadiyyatının idarə olunması və onun dinamik inkişafının stimullaşdırılması
üçün dövlət büdcəsini əsas maliyyə mənbəyinə və iqtisadi alətə çevirməkdir.
Ölkədaxili istehsalın genişləndirilməsinə, rəqabət qabiliyyətli iqtisadiyyatın,
infrastrukturların yaradılmasına maliyyə təminatı vermək, iqtisadiyyata cəlb
olunacaq sərmayələrdə ölkənin daxili resurslarının payını artırmaq, vəsaitlərin
ortamüddətli proqramlar vasitəsilə bölgüsünə mərhələrlə keçmək mümkün
olacaqdır.
Özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoümuş
Azərbaycan Respublikasının maliyyə siyasətində mühüm istiqamətlərdən biri də
minimum yaşayış həddinin tələblərini gözləməklə ayrı-ayrı sferalarda əmək haqları
arasında olan fərqin tədricən aradan qaldırılmasına, regionlarda əmək
ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə regionların
iqtisadi tarazlığının təmin edilməsinə nail olmaq, onların iqtisadi gücünü artırmaq
və sosial problemlərinin həllini sürətləndirməkdir.
19
Ölkədə maliyyə siyasətinin həyata keçirilməsi üçün maliyyə mexanizmindən
istifadə edilir.
Maliyyə münasibətlərinin təşkili üsullarının məcmmuna maliyyə
mexanizmi deyilir. Maliyyə mexanizmi maliyyə münasibətlərinin təşkilinin forma,
metod və növlərini əhatə edir. Maliyyə münasibətlərinin sfera və həlqələrinə uyğun
maliyyə mexanizminin quruluşuna müəssisə maliyyəsi mexanizmi, sığorta
mexanizmi və dövlət maliyyəsi mexanizmi daxildir. Maliyyə mexanizminin hər
sferası özü də hə lqə lə rə ayrılır: Mə sə lə n, dövlə t maliyyə si mexanizminə
aş ağ ıdakılar daxildir:
1.
büdcə-mexanizmi;
2.
dövlət krediti mexanizmi;
3.
büdcədənkənar fondların mexanizmi.
ctimai tə krar istehsala tə siri nöqteyi-nə zə rində n
maliyyə mexanizminin
funksional hə lqə lə rinə daxildir:
- maliyyə resurslarının səfərbərliyə alınması;
- maliyyələşmə;
- stimullaşma.
Maliyyə mexanizminin hər bir həlqəsinin özünəməxsus elementləri var.
Məsələn, büdcə, o cümlədən, vergi mexanizminə bir sıra vergi növləri
xarakterikdir.
Beləliklə, büdcəyə gəlirlərin (maliyyə resurslarının) səfərbərliyə alınması
müəyyən iqtisadi alətlər, yəni, vergilər vasitəsilə həyata keçirilir.
20
§1.2. Müəssisənin maliyyə fəaliyyətinin, idarəolunması siyasətinin
mə zmunu, ə hə miyyə ti və tə snifatı
Müəssisənin maliyyə fəaliyyətinin idarəolunması siyasəti sadəcə olaraq həyata
keçirilən maliyyə siyasətini əks etdirmir. Bu siyasət biznesin mövcud olan
vəziyyətinin yaxşılaşdırılması üçün qəbul edilən siyasi və maliyyə qərarları
sistemini ifadə edir. Maliyyə siyasətinin iri məqsəd və vəzifələrinin həyata
keçirilməsi böyük həcmdə pul və maliyyə resurslarının xərcini tələb edir. Maliyyə
siyasəti (istər qısa, istərsə də uzunmüddətli) özünün iqtisadi və siyasi təbiətindən
irəli gəlir. Maliyyə siyasətinin iqtisadi və siyasi təbiəti arasında nisbət daima
dəyişir, lakin maliyyə siyasəti həyata keçirilən zaman mütləq bu nəzərə alınır və
saxlanılır.
Öz mə zmununa görə , müə ssisə nin maliyyə siyasə ti onun mahiyyə tini ə ks
etdirə n aş ağ ıdakı istiqamə tlə rdə realizə olunur:
- maliyyə münasibətlərinin islahatı;
- maliyyə münasibətlərinin sabitləşdirilməsi;
- maliyyə sağlamlaşdırılması.
Maliyyə münasibətlərinin islahatı müəssisə daxilində maliyyənin təşkilindəki
dəyişiklikləri nəzərdə tutur. Müəssisə daxilindəki maliyyənin təşkilindəki
dəyişikliklərə eyni zamanda müəssisədən kənarda maliyyə, pul tədavülü və kredit
sahələrindəki münasibətlərdə olan dəyişikliklərlə əlaqədar olan tədbirlər də
daxildir.
Maliyyə münasibətlərinin islahatı ancaq maliyyənin təşkilindəki islahatların
zəruriliyini deyil, eyni zamanda, onun fəaliyyətinin effektivliyini və müəssisənin
təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin səmərəliliyini də nəzərə alır.
Maliyyə
münasibətlərinin
sabitləşdirilməsi
baş
verən
maliyyə
münasibətlərində və proseslərdə o qədər də köklü olmayan dəyişiklikləri nəzərdə
tutur. Maliyyə münasibətlərinin sabitləşdirilməsi onlarda düzəlişləri müəyyən edir.
Məqsəd müəssisənin maliyyə-islahsal fəaliyyətindəki miqdar parametrlərinin
pisləşməsinə yol verməməkdir.
21
Maliyyə sağlamlaşdırılması siyasəti – müəssisənin pis maliyyə şəraitində olan
maliyyə fəaliyyətinin idarə olunması siyasətidir. Belə siyasət fövqəladə hallarda
da, yəni müəssisənin maliyyə sabitliyinin pozulması və iflas və müflisləşmə
şə
raitində də tətbiq olunur. Maliyyə sağlamlaşdırılması siyasəti məcburi tədbirdir
və konkret müəssisə, firma və şirkətlərdə istifadə olunur. Belə siyasət
iqtisadiyyatda və maliyyədə köklü dəyişiklikləri nəzərdə tutmur.
Müəssisənin maliyyə sağlamlaşdırılması siyasətinin başqa variantı da var. Bu
variant yeni təşkilatı və maliyyə-iqtisadi bazada maliyyə sağlamlaşdırılması
zamanı tətbiq olunur, yəni, köhnə maliyyə-iqtisadi münasibətlərin tamamilə
dəyişməsi əsasında aparılan sağlamlaşdırma siyasətidir.
Beləliklə, maliyyə sağlamlaşdırılması siyasəti maliyyə münasibətlərinin
sabitləşdirilməsini deyil, müəssisədə mövcud olan şəraitin yaxşılaşdırılması
deməkdir. Bununla əlaqədar müəssisədə tez-tez çox maliyyə proseslərinin və
münasibətlərin tərkibi və xarakteri dəyişir.
Müə ssisə nin maliyyə siyasə ti elementlə r üzrə tə rkibinə görə , aş ağ ıdakılara
ayrılır:
- büdcə siyasəti. Bu qruppa daxildir; vergi və gömrük siyasəti, büdcə
sisteminin müxtəlif həlqələrindən büdcə təxsisatları;
- büdcədənkənar siyasət, DSMF-na müəssisə və təşkilatların ödədikləri
vergilər üzrə siyasət; büdcədənkənar məqsədlər üçün pul vəsaitinin xərclənməsi
siyasəti və s.;
- kontrak hesablaşmalar və başqa ödəmələr üzrə siyasət, kommersiya
istiqrazlarının verilməsi, bank kreditlərinin alınması və s. siyasət;
- cari xərclərin maliyyələşdirilməsi siyasəti, maliyyə-təsərrüfat fəaliyyətinin
istehsal və satış xərclərinin, birdəfəlik xərclərin, investisiya xərclərinin və s. təmin
olunması siyasəti;
- uçot-maliyyə siyasəti. Maliyyə fəaliyyətinin uçot və hesabatda əks
etdirilməsi siyasəti.
Müəssisənin maliyyə fəaliyyətinin idarəolunması siyasəti aparılma vaxtına və
planlaşmada əhatə dövrünə görə aşağıdakılara ayrılır;
22
- operativ;
- cari;
- uzunmüddətli.
Müəssisənin maliyyə fəaliyyətinin operativ idarə olunması gün, ay, həftə və
s. əhatə edir.
Dostları ilə paylaş: |