AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix28.04.2017
ölçüsü0,6 Mb.
#16110
1   2   3   4   5   6

 

                                             Cədvəl 2.1.1. 

əssisə və təsərrüfat təşkilatlarının mənfəəti 

                              (mln.manat) 

LLƏR 

Məbləğ  

2000 


539,9 

2005 


2133,1 

2006 


2741,3 

2007 


14070,2 

2008 


22829,8 

2009 


13933,9 

2010 


191112,1 

2011 


26364,2 

2012 


26462,6 

2013 


25636,5 

Azərbaycanın statistik göstəriciləri. Bakı, 2011, 2014. 

 

Müəssisələrin  və  təsərrüfat  təşkilatlarının  mənfəətinin  dinamikası  yuxarıdakı 

cədvəl  məlumatları  ilə  xarakterizə  olunur.  Cədvəl  məlumatlarından  göründüyü 

kimi,  mənfəətin  həcmi  2000-ci  ildəki  539,9  mln.manatdan  2013-cü  ildə  25636,5 

mln.mana  çatmışdır.  Lakin  2013-cü  ildəki  məbləğlə,  2011-2012-ci  illərdəki 

mənfəət  məbləğinin  müqayisəsi  isə  2011,  2012-ci  illərdəki  mənfəət  məbləğinin 

26364,2 mln.manatdan 2012-cü ildə 25636,5 mln.manata qədər azaldığını göstərir 

ki, bunu da qənaətbəxş hesab etməe olmaz. 

Mənfəət formasında müəssisənin maliyyə nəticəsi – maliyyə resurslarının əsas 

hissəsini təşkil edir. 

Maliyyə  nəticəsi  –  xərclərin  maliyyələşdirilməsi  nəticəsində  yaranır.  Bütün 

xərclərin müəssisə hesabına ödənilməsi təsərrüfatın maliyyə vəziyyəti və maliyyə 

sabitliyi üçün əsasdır. 

Maliyyə nəticəsi – maliyyə resurslarının təzahürünün kateqoriya formasıdır. 



 

33

Maliyyə  nəticəsi  –  maliyyə-təsərrüfat  fəaliyyətinin  məqsədi  funksiyası  kimi 



də çıxış edir. Maliyyə-təsərrüfat fəaliyyəti prosesində müəssisə, firma və şirkətlər 

müxtəlif  məqsədlər  qarşıya  qoya  bilərlər.  Bütün  məqsədlər  obyektiv  və 

qanunauyğun şəkildə bu və y digər maliyyə nəticəsinin alınması ilə əlaqədardır. 

Müəssisənin  əsas  məqsədi  maksimum  səviyyədə  maliyyə  nəticəsi  ildə 

etməkdir. Belə maliyyə nəticəsinin əsas forması kimi balans mənfəəti çıxış edir. 

 

Cədvəl 2.1.2. 



qtisadiyyatın ayrı-ayrı sahələrinin müəssisə və təsərrüfat  

təşkilatlarının mənfəəti 

                                                       (mln.manat)* 

Sahələr 

2005 

2010 

2011 

2012 

2013 

CƏM  


21133,1 

19112,1 


26364,2  26462,6  25636,3 

O cümlədən: 

 

 

 



 

 

Sənaye 



1183,4 

17655,2 


24730,5  24422,3  23808,1 

Kənd təsərrüfatı 

7,0 

32,4 


41,9 

27,9 


28,2 

Nəqliyyat 

401,2 

191,1 


125,1 

125,3 


132,0 

Rabitə 


180,1 

308,8 


333,1 

396,6 


397,5 

Tikinti 


127,9 

229,3 


439,3 

548,0 


455,4 

Ticarət 


140,9 

248,5 


157,8 

189,0 


134,6 

*Azərbaycanın statistik göstəriciləri. Bakı, 2014 

 

Cədvəl  məlumatları  Azərbaycan  Respublikasında  müəssisələrin  və  təsərrüfat 



təşkilatlarının  2005-2013-cü  illərdə  mənfəətin  həcmini  xarakterizə  edir.  Belə  ki, 

iqtisadiyyatın  ayrı-ayrı  sahələrində  məsələn,  sənayedə,  rabitədə,  tikintidə  2005-ci 

illə  müqayisədə  2013-cü  ildə  mənfəətin  həcminin  artımı  baş  verib.  Lakin  kənd 

təsərrüftında  nəqliyyatda  və  ticarətdə  isə  2005-ci  illə  müqayisədə  2013-cü  ildə 

mənfəətin həcmi azalmışdır ki, belə vəziyyəti də qənaətbəxş hesab etmək olmaz. 

Balans mənfəətini müəssisə satışdan (Sənaye xarakterli məhsul, iş və xidmət), 

sair  satışdan  (qeyri-sənaye  xarakterli  məhsul,  iş  və  xidmətlər),  əsas  fondların 


 

34

satışından,  satışdaneənar  əməliyyatlardan  (gəlirlərlə  xərclər  arasındkı  fərq  kimi) 



ə

ldə edilən mənfəət hesabına formalaşdırır. 

Bazar  münasibətləri  şəraitində  müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinin 

məqsədi  onun  maliyyə  vəziyyəti  ilə  müəyyən  edilir.  Müəssisənin  qeyri-kafi 

maliyyə  vəziyyəti  onun  qarşısında  maliyyə  vəziyyətini  yaxşılaşdırmaq  məqsədini 

qoyur.  Statistik  məlumatlar  hələ  də  iqtisadiyyatda  bir  çox  zərərlə  işləyən 

müəssisələrin mövcudluğunu xarakterizə edir. 

 

Cədvəl 2.1.3. 



əssisə və təşkilatların fəaliyyətinin maliyyə nəticələri 

(mln.manat) 

 

Mənfəət 



Zərər 

2010 

2013 

2010 

2013 

Cəmi: 


19112,1 

25636,5 


845,3 

1634,8 


O cümlədən: 

 

 



 

 

Kənd təsərrüfatı 



32,4 

28,2 


4,7 

12,3 


Sənaye 

17655,2 


23808,1 

600 


1070,3 

Tikinti 


229,4 

455,4 


42 

164,1 


Ticarət 

248,5 


134,6 

16 


115,4 

Nəqliyyat 

191,1 

132 


92 

103,7 


*Azərbaycanın statistik göstəriciləri. Bakı, 2011, 2014. 

 

Müəssisə  və  təşkilatların  fəaliyyətinin  maliyyə  nəticələrini  xarakterizə  edən 



cədvəl  məlumatlarından  göründüyü  kimi,  2010-cu  illə  müqayisədə  2013-cü  ildə 

iqtisadiyyatda  mənfəətin  həcmi  19112,1  mln.manatdan  25636,5  mln.manata 

çatdığı  halda,  zərərlərin  həcmi  isə  əksinə,  2010-cu  ildəki  845,3  mln.manatdan 

2013-cü ildə 1634,8 mln.manata çatmışdır ki, belə vəziyyəti də qənaətbəxş hesab 

etmək olmaz. Zərərlərin həcminin artımı iqtisadiyyatın bütün sahələrinə aiddir. 


 

35

Müəssisənin  maliyyə  vəziyyətini  yaxşılaşdırmaq  üçün  birinci  planda 



ödəməqabiliyyətini  möhkəmləndirmək  və  balansın  likvidliyini  təmin  etmək 

lazımdır.  

Onu  da  qeyd  etmək  lazımdır  ki,  müəssisənin  maliyyə  sabitliyini  və  ya  daha 

geniş məna kəsb edən maliyyə vəziyyətini ancaq balansdakı mənfəət və ya zərərlə 

ə

laqələndirmək olmaz. 



Müəssisənin  maliyyə  fəaliyyəti  anlayışı  maliyyədən  daha  genişdir.  Yəni, 

maliyyə  fəaliyyəti  ancaq  müəssisə  maliyyəsini  əhatə  etmir,  yəni,  müəssisənin 

maliyyə fəaliyyəti pul hesablaşmalarının təmin edilməsini, pul gəlirlərinin alınması 

və  xərclərin  maliyyələşdirilməsi,  pul  yığımının  və  maliyyə  resurslarının 

formalaşması və bölüşdürülməsi ilə əlaqədar əməliyyatları əhatə edir. 

Müasir dövrdə müəssisələrin çoxtərəfli maliyyə fəaliyyəti plan-proqnoz, cariv 

ə

 operativ maliyyə sənədləri əsasında həyata keçirilir. Müəssisələrdə planlaşmanın, 



tənzimlənmənin və nəzarətin obyektlərini uyğun göstəricilərdə materiallaşdırılmış 

pul  və  maliyyə  münasibətləri  təşkil  edir.  Müəssisənin  maliyyə  fəaliyyətinin  əsas 

obyektləri  onun  maliyyəsinin  məzmununu  təşkil  edən  müxtəlif  pul-maliyyə 

münasibətlərindən ibarətdir. 

Hər  bir  müəssisənin  maliyyə  fəaliyyəti  müəyyən  ölçüdə  pul-maliyyə 

ə

məliyyatlarının  baş  verməsi  ilə  əlaqədardır,  yəni,  pul  vəsaitinin  şərəkəti  ilə 



müşayiət olunan praktiki fəaliyyətdən irəli gəlir. 

Müəssisənin  maliyyə  fəaliyyətinin  əsas  istiqamətini  pul  fondlarının 

formalaşması  və  istifadəsi  təşkil  edir.  Ona  görə  ki,  bu  pul  fondları  vasitəsilə 

müəssisənin istehsal-təsərrüfat fəaliyyəti təmin edilir, sadə və geniş təkrar istehsal 

həyata keçirilir. 

əssisənin  maliyyəsinin  idarəolunmasının  müasir  sistemi  planlaşma, 

normalaşma və tənzimləməyə əsaslanır



əssisədə istehsalın sabitliyinin təmin olunmasının vacib elementini maliyyə 



planlaşdırılması sistemi təşkil edir. Maliyyə planlaşdırılmasına daxildir: 

- müəssisənin ayrı-ayrı bölmələrinin fəaliyyətinin büdcə planlaşdırılması; 

- müəssisənin fəaliyyətinin sərbəst (kompleks) büdcə planlaşdırılması. 


 

36

Qeyd  olunan  bu  iki  prosesə  aiddir:  Büdcələrin  və  onların  quruluşunun 



formalaşmsı;  büdcələrin  formalaşması  və  istifadəsi  üçün  məsuliyyət;  büdcələrin 

təsdiqi və icrasına nəzarət. 



əssisənin  fəalyyətinin  struktur  bölmələrinin  büdcə  planlaşdırılmsının 

məqsədi aşağıdakılardan ibarətdir: 

- maliyyə resurslarına qənaət; 

- qeyri-məhsuldar xərclərin ixtisar edilməsi; 

- plan göstəricilərin dəqiqliyinin yüksəldilməsi; 

- məhsulun maya dəyərinə nəzarət. 

Büdcə planlaşdırılmasının üstünlükləri isə sonrakılardır: 

1.

 



Müəssisənin struktur bölmələrinin büdcələrinin hər ay planlaşdırılması 

xərclər,  mənfəət,  vergilər  və  s.  haqqında  dəqiq  göstəriciləri  müəyyən 

edir; 

2.

 



Aylıq  büdcələr  çərçivəsində  müəssisənin  struktur  bölmələri  əmək 

haqqı  fondu  üzrə  qənaətin  xərclənməsində  böyük  sərbəstliyə 

malikdirlər ki, bu da işçilərin maddi marağını artırır; 

3.

 



Büdcə  planlaşdırılması  müəssisədə  maliyyə  resurslarına  qənaət 

rejimini tətbiq etməyə imkan verir. 



Məqsədəuyğundur ki, müssisələrdə aşağıdakı ara büdcələr formalaşdırılsın: 

- əməyin ödənilməsi fondunun büdcəsi; 

- material xərcləri büdcəsi; 

- enerjinin istehlakı büdcəsi; 

- amortizasiya büdcəsi; 

- sair xərclər büdcəsi; 

- kreditlərin və istiqrazların silinməsi büdcəsi; 

- vergi büdcəsi. 

Ə

məyin ödənilməsi fondu ilə büdcəyə və dövlət məqsədli fondlara ödəmələr 



birbaşa əlaqədadır. 

 

37

Amortizasiya  büdcəsi  müəyyən  dərəcədə  müəssisənin  investisiya  siyasəti  ilə 



ə

laqədardır.  Amortizasiya  fonduna  yığılan  faktiki  amortizasiya  ayırmaları 

müvəqqəti olaraq müəssisədə dövriyyə vəsaiti kimi istifadə oluna bilər. 

Sair xərclər büdcəsi vacib maliyyə xərclərinə qənaət imkanını verir. 

Kreditlərin  və  istiqrazların  silinməsi  büdcəsi  kredit  və  istiqrazların  silinməsi 

üzrə  əməliyyatların  yerinə  yetirilməsinə  imkan  verir.  Bu  əməliyyatlar  ödəmələrin 

plan qrafiki üzrə aparılır. 

Vergi  büdcəsi  büdcəyə  və  büdcədənkənar  fondlara  vergilərin  və  məcburi 

ödəmələrin  köçürülməsini  nəzərdə  tutur  və  bu  büdcə  bütün  müəssisə  üzrə 

planlaşdırılır. 

Yuxarıda qeyd edilən büdcələr əsasında müəssisədə icmal büdcə tərtib edilir. 

cmal  büdcə  gəlirlər  və  xərclər  hissələrindən  ibarətdir.  Büdcə  formalaşan  zaman 

xərclərin əsas maddələri müəyyən edilir; əmək haqqı, material alınması və s. 

cmal  büdcənin  tərtib  olunması  mənfəətin  həcmini  müəyyən  etməyə  imkan 

verir. 

 

əssisənin icmal büdcəsi 



 

 

Gəlir hissəsi 

 

Xərclər hissəsi 

1  Məhsul satışından və sair satışdan gəlir  1  Büdcəyə vergilər 

2  Satışdankənar əməliyyatlardan gəlirlər   2  Əmək haqqı 

3  Plan  ilinin  əvvəlinə  bank  hesablarında 

vəsait qalığı 

3  Dövlət məqsədli fondlara ödəmələr 

4  Kreditlər və  istiqrazlar 

4  Xammal və materialın alınması 

 

 

5  Enerjinin ödənilməsi 



 

 

6  Kredit və faizlər üzrə ödəmələr 



 

 

7  Sair xərclər 



 

Büdcə  kəsiri  (xərclərin  gəlirlərdən 

artıqlığı) 

  Büdcənin 

profisiti 

(gəlirlərin 

xərclərdən artıqlığı) 

 


 

38

 



cmal  büdcənin  gəlirləri  hissəsi  satış  planı  əsasında  müəyyən  edilir.  Burada 

müəssisənin hesablarındakı vəsait qalığı nəzərə alınır. 



cmal büdcənin xərc hissəsi isə vergi ödəmələri, əmək haqqı fondu, material 

xərci, kreditlərin silinməsi və s. xərclər plan-qrafik əsasında tərtib olunur. 

Müasir  dövrdə  müəssisələrdə  büdcə  planlaşdırılmasının  avtomatlaşdırılmış 

sisteminin  tətbiqi  təklif  olunur.  Bu  isə  müəssisələrdə  büdcənin  icrası  haqqında 

operativ  məlumat  almağa  və  zəruri  hallarda  büdcələrdə  dəqiqləşmə  aparmağa 

imkan verər. 

 


 

39

§2.2. Müəssisənin maliyyə fəaliyyətinin və maliyyə vəziyyətinin 



qiymətləndirilməsi  maliyyə siyasətinin hazırlanması üçün əsasdır 

 

Müəssisənin maliyyə fəaliyyətinin müvəffəqiyyətlə idarəolunmasının ən vacib 



şə

rtini  onun  maliyyə  vəziyyətinin  qiymətləndirilməsi  (təhlili)  təşkil  edir. 

Ümumiyyətlə,  isə  müəssisənin  maliyyə  fəaliyyçtinin  təhlilinin  nəticələri  maliyyə 

siyasətinin işlənilməsi və hazırlanması üçün baza sayılır. 



əssisənin  maliyyə  vəziyyəti 

  onun  maliyyə  vəsaitinin  formalaşması  və 



istifadəsi proseslərini əks etdirən göstəricilərin məcmuu ilə xarakterizə olunur. 

Bazar  iqtisadiyyatı  şəraitində  müəssisənin  maliyyə  vəziyyətini  onun 

fəaliyyətinin son nəticələri əks etdirir. 

əssisənin 

maliyyə 

vəziyyətinin 

qiymətləndirilməsinin 

məqsədi 

aşağıdakılardır: 

-  maliyyə  vəziyyətini  xarakterizə  edən  göstəricilərdəi  kənarlaşmaları  aşkar 

etmək; 

- müəssisənin maliyyə vəziyyətinə təsir göstərən amilləri aşkar etmək; 



maliyyə  vəziyyətindən  kəmiyyət  və  keyfiyyət 

dəyişikliklərini 

qiymətləndirmək; 

- müəyyən tarixə müəssisənin maliyyə vəziyyətini qiymətləndirmək. 

Beləliklə,  təsərrüfat  subyektlərində  maliyyə  fəaliyyətinin  idrəolunması 

siyasətinin  işlənilməsi  maliyyə-iqtisadi  vəziyyətin  təhlili  bazasında  qurulur. 

Bu zaman aşağıdakılara xüsusi diqqət yetirilir: 

- maliyyə təhlilinin metodlarına; 

- alınmış nəticələrin tədqiqinə; 

- idarə qərarlarının işlənilməsinə. 

I.  Müəssisənin  maliyyə-iqtisadi  vəziyyətin  təhlili  mühasibat 

hesabatlarının  təhlili  əsasında  aparılır.  Eyni  zamanda  maliyyə  əmsallarının 

hesablamaları da hazırlanır. 


 

40

Maliyyə  hesabatlarının  təhlili  hesabatlarda  göstərilən  mütlə



göstəricilərin öyrənilməsi deməkdir. Məqsəd

- əmlakın tərkibinin müəyyən edilməsi; 



- müəssisənin maliyyə vəziyyətinin müəyyən edilməsi; 

- xüsusi vəsaitin formalaşma mənbələrinin müəyyən edilməsi; 

- borc vəsaitinin həcminin hesabalanması; 

- məhsul satışından gəlirin həcminin qiymətlindirilməsi. 

Müəssisənin  maliyyə  fəaliyyətinin  təhlili  zamanı  faktiki  göstəricilərlə 

müəssisə  tərəfindən  planlaşdırılan  göstəricilər  müqayisə  edilir  və 

kənarlaşmalar aşkarlanır. 

Üçüncü  təhlil  ilin  axarına  və  ilin  əvvəlinə  mühasibat  balansındakə 

göstəricilərin,  eləcə  də  əvvəlki  illərin  göstəricilərin  müqayisəsi  yolu  ilə 

həyata  keçirilir.  Lakin  şaquli  təhlil  ilə  balansın  ayrı-ayrı  göstəricilərinin 

ümumi  yekun  göstəricisində  xüsusi  çəkisini  müəyyən  etmək  məqsədi  ilə 

aparılır. 

Müəssisənin  maliyyə  fəaliyyətinin  idarəolunması  siyasəti  işlənilən 

zaman analitik işi aparmaq üçün aşağıdakı göstəricilərin hesablanması təklif 

olunur: 

1. Likvid göstəricilər

- ödəmənin ümumi əmsalı; 



- təcili likvidlik əmsalı; 

- vəsaitin səfərbərliyə alınmasında likvidlik əmsalı. 



2. Maliyyə sabitliyi göstəriciləri

- xüsusi və cəlb olunmuş vəsaitin nisbəti; 



- xüsusi vəsaitlə təmin olunma əmsalı; 

- xüsusi dövriyyə vəsaitinin manevr edilməsi əmsalı. 



3. Resursların intensiv istifadə olunması göstəriciləri

- təmiz aktivlərin təmiz mənfəət üzrə rentabelliyi; 



 

41

- satılan məhsulun rentabelliyi. 



4.  şgüzar aktivlik göstəriciləri

- dövriyyə kapitalının dövriyyəsi əmsalı; 



- xüsusi kapitalın dövriyyəsi əmsalı. 

II. Uçot siyasətinin hazırlanması

Uçot siyasəti

 – müəssisədə mühasibat uçotunun aparılmasının metod və 

üsulları  sistemi  deməkdir.  Uçot  siyasəti  bütün  müəssisələr  üçün  mühasibat 

uçotu üzrə əsasnaməyə uyğun həyata keçirilir. 

Müəssisənin  maliyyə  –  iqtisadi  vəziyyətinin  təhlilinin  nəticələrinə 

ə

saslanaraq  uçot  siyasətinin  bü  və  ya  digər  vəziyyətinə  uyğun  variantlar 



hesablanılır.  Uçot  siyasəti  üzrə  qəbul  edilmiş  qərarlardan  büdcəyə  və 

büdcədənkənar  fondlara  ödənilən  venrgilərin  sayı  və  həcmi,  balansın 

quruluşu və bir sıra maliyyə-iqtisadi göstəricilərin əhəmiyyəti asılıdır. 

əssisədə  uçot  siyasəti  müəyyən  edilən  zaman  aşağıdakı  məqsədlə

üçün metodların seçilməsi mövcuddur

- xammal və materialın istehsala silinməsi metodu; 



- az qiymətli tez xarab olan predmetlərin silinmə variantları; 

- bitməmiş istehsalın qiymətləndirilməsi metodları; 

- sürətli amortizasiyanın tətbiqi və s. 

Beləliklə,  əssisənin  maliyyə  vəziyyətini  aşağıdakı  göstəricilə



xarakterizə edir: 

- vəsaitin tərkibi və yerləşdirilməsi; 

- vəsaitin mənbəinin quruluşu; 

- kapitalın dövriyyəsinin sürəti; 

-  müəssisənin  öz  öhdəliklərini  vaxtında  və  tam  məbləğdə  silinməsi 

qabiliyyəti; 

- sair amillər. 


 

42

Nəzəriyyə 



və 

təcrübədə 

müəssisənin 

maliyyə 


vəziyyətini 

qiymətləndirmək məqsədi ilə göstəricilərin dörd səviyyəsi nəzərdə tutulur: 



I səviyyəsi: Rentabellik. 

II səviyyəsi: Bazar sabitliyi; 

III səviyyəsi: Balansın likvidliyi: 

IV səviyyəsi: Ödəmə qabiliyyət. 

Müəssisənin  maliyyə  fəaliyyətinin  idarəolunması  üçün  maliyyə  siyasəti 

hazırlanılan  zaman  birinci  növbədə  onun  (müəssisə,  firma,  şirkət  və  s.) 

maliyyə-iqtisadi  vəziyyəti  təhlil  olunmalıdır.  Belə  ki,  müəssisənin  maliyyə-

iqtisadi  vəziyyətinin  təhlilinin  əhəmiyyətini  qiymətləndirmək  çox  çətindir, 

çünki,  müəssisənin  maliyyə  siyasətinin  işlənilməsi  üçün  onun  maliyyə-

iqtisadi vəziyyəti baza kimi çıxış edir. 

Müəssisənin maliyyə-iqtisadi vəziyyətinin təhlili təsərrüfat fəaliyyətinin 

təhlilinin  bir  hissəsini  təşkil  edir.  Müəssisənin  maliyyəsinin  idarə  olunması 

sistemində  maliyyə  təhlili  maliyyə  xarakterizə  edən  məlumatın  toplanması, 

işlənməsi və istifadəsi üsulunu əks etdirir. 

•  Təhlil obyektinin maliyyə vəziyyətinin obyektiv qiymətləndirilməsi; 

•  Əldə  edilən  maliyyə  vəziyyətinin  faktorlarınınv  ə  səbəblərinin  aşkar 

edilməsi; 

•  Maliyyə sahəsində qərarların hazırlanması və əsaslandırılması; 

•  Maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün ehtiyatların aşkar edilməsi və 

səfərbərliyə alınması; 

•  Bütün  təsərrüfat  fəaliyyətinin  səmərəliliyinin  yüksəldilməsi  üçün 

ehtiyatların səfərbərliyə alınması. 

əssisənin maliyyə fəaliyyətinin idarəolunması sistemində maliyyə təhlilinin 

məqsədi aşağıdakılardan ibarətdir: 

-  müəssisənin  cari  və  perspektiv  əmlak  və  maliyyə  vəziyyətini 

qiymətləndirmək; 


 

43

-  maliyyə  təminatı  nöqteyi-nəzərindən  müəssisənin  mümkün  və 



məqsədəuyğun inkişaf templərini qiymətləndirmək; 

- mümkün vəsait mənbəini müəyyən etmək və onların səfərbərliyə alınmasının 

məqsəduyğunluğunun qiymətləndirilməsi; 

- kapital bazarında müəssisənin vəziyyətini yaxşılaşdırmaq. 

Maliyyə  təhlilinin  aparılmasında  başlıca  məqsəd  təsərrüfatın  maliyyə 

fəaliyyətinə  qiymət  verməkdir.  Təcrübədə  bəzən  müsbət  nəticələr  təsərrüfatın 

daxili  imkanları  hesabına  olmayıb,  xarici  təsirlər  vasitəsilə  əmələ  gəlmiş  olur. 

Müasir  dövrdə  təsərrüfatlar  qarşısında  duran  əsas  məsələ  əmək  məhsuldarlığını 

yüksəltmək,  əsas  fondlardan  yüksək  nəticə  əldə  etmək,  yəni  mütərəqqi 

texnologiyaya  keçmək,  xammal  və  materialların  istifadəsini  təmin  etmək,  az 

məsrəflə  çox  məhsul  istehsal  etməkdən  ibarətdir.  qtisadi  təhlil  istehsal  prosesiqə 

nəzarət  etməkdən  ibarətdir.  qtisadi  təhlil  istehsal  prosesinə  nəzarət  etməkdə 

mühüm əhəmiyyət kəsb edir. Burada iqtisadi təhlil vasitəsilə təkcə kənarlaşmaların 

aşkar  edilməsi  məsələsi  deyil,  təsərrüfat  vahidləri  arasında  əlaqələrin  əlverişli 

olmasına nəzarət etməkdir. 

Maliyyə  təhlilinin  məqsədi  təsərrüfat  subyektlərinin  maliyyə  vəziyyətini 

xarakterihə  edən  göstəricilərin  dəyişməsini  aşkar  və  maliyyə  vəziyyətinə  təsir 

göstərən amilləri müəyyən etməkdən ibarətdir. 

Maliyyə  təhlilinin  obyektini  təsərrüfat  subyektinin  fəaliyyətinin  son  iş 

nəticələri və maliyyə vəziyyəti təşkil edir. Müəssisənin maliyyə vəziyyəti dedikdə 

onun  mənfəəti,  rentabelliyi,  əsas  və  dövriyyə  fondlarının  səviyyəsi  və  s.  başa 

düşülür.  Müəssisənin  maliyyəsinin  idarə  olunmasında  maliyyə  təhlili  ən  vacib 

alətdir.  Həmin  alət  vasitəsilə  müəssisənin  fəaliyyəti  araşdırılır,  əsas  və  dövriyyə 

kanalından  istifadə  səviyyəsi  müəyyənləşdirilir,  müəssisənin  maliyyə  fəaliyyətini 

xarakterizə edən göstəricilər, məsələn, mənfəət, maya dəyəri, rentabellik və s. plan 

məlumatları  ilə  keçən  ilin  göstəriciləri  müqayisəi  edilməklə  mənfət  və  müsbət 

hallar aşkar edilir. 

Müəssisənin  maliyyə  vəziyyətinin  təhlili  zamanı  maliyyə  sabitliyi, 

kreditqabiliyyəti, kapitaldan istifadə, mənfəət və s. haqqında xarakteristika verilir. 


 

44

Beləliklə,  təsərrüfat  subyektlərində  maliyyə  fəaliyyətinin  səmərəli  idarə 



olunmasının ən mühüm şərtlərindən birini maliyyə vəziyyətinin təhlili təşkil edir. 

Maliyyə təhlili nəticəsində müəssisənin maliyyə vəziyyəti qiymətləndirilir, ödəmə 

və kredit qabiliyyəti, debitor və kreditor borclarının vəziyyəti və s. müəyyən edilir. 

Müəssisə,  firma  və  şirkətlərin  maliyyə  vəziyyətinin  qiymətləndirilməsi 

maliyyə  fəaliyyətinin  idarəolunması  siyasətinin  (maliyyə  siyasətinin)  işlənilməsi 

üçün  əsas  istiqamət  hesab  olunur.  Müəssisənin  maliyyə  vəziyyətinin 

qiymətləndirilməsi  yolu  ilə  təsərrüfatın  maliyyə  fəaliyyətinin  nəticələrini 

xarakterizə etmək olar. 

Müəssisənin  maliyyə  vəziyyətinin  təhlili  bir  sıra  mərhələləri  əhatə  edir. 

Məsələn, maliyyə vəziyyətinin əvvəlcədən qiymətləndirilməsi və hesabat dövründə 

maliyyə  göstəricilərinin  dəyişilməsini  müəyyən  etmək;  müəssisənin  ödəmə  və 

kredit qabiliyyətinin qiymətləndirmək və s. 

Maliyyə vəziyyətinin təhlili üçün müəyyən metodlardan və üsullardan istifadə 

olunur. Məsələn, qruplaşma, müqayisə, maliyyə əmsalları və s. 

Yuxarıda  qeyd  odunduğu  kimi,  əssisənin  maliyyə  vəziyyəti  bir  sıra 

göstəricilər  ilə  xarakterizə  olunur.  Həmin  göstəricilər  müəssisənin  maliyyə 

resurslarının  formalaşması  və  istifadəsi  prosesini  xarakterizə  edir,  bazar 

münasibətləri  şəraitində  müəssisənin  maliyyə  vəziyyəti  onun  fəaliyyətinin  son 

nəticələrini  əks  etdirir.  Müəssisənin  fəaliyyətinin  son  nəticələri  onun  işçilərini, 

dövləti, maliyyə və vergi orqanlarını və s. maraqlandırır. 

Maliyyə təhlilinin məqsədi

•  Maliyyə vəziyyətinin göstəricilərinin dəyişməsinin aşkar edilməsi; 

•  Müəssisənin maliyyə vəziyyətinə təsir göstərən amillərin aşkar edilməsi; 

•  Maliyyə 

vəziyyətinin 

kəmiyyət 

və 

keyfiyyət 



dəyişikliklərinin 

qiymətləndirilməsi; 

•  Müəssisənin maliyyə vəziyyətinin müəyyən dövrə qiymətləndirilməsi; 

•  Müəssisənin  maliyyə  vəziyyətinin  dəyişilməsi  tendensiyasının  müəyyən 

edilməsi. 

 


 

45

əssisənin  maliyyə  vəziyyətinin  təhlili  ardıcıl  olaraq  təhlilin  sonrakı 



növlərini əhatə edir: 

1.

 



Müəssisənin  maliyyə  vəziyyətinin  ümumi  qiymətləndirilməsi  və 

hesabat dövrü üçün onun maliyyə göstəricilərinin dəyişilməsi; 

2.

 

Müəssisənin maliyyə sabitliyinin, ödəmə qabiliyyətinin təhlili; 



3.

 

Müəssisənin  kredit  qabiliyyətinin  və  balansının  likvidliyinin 



təhlili; 

4.

 



Maliyyə nəticələrinin təhlili; 

5.

 



Dövriyyə aktivlərinin istifadəsinin təhlili; 

6.

 



Müəssisənin potensial iflasının qiymətləndirilməsi. 

Maliyyə təhlininin məqsədi müəssisənin maliyyə vəziyyəti haqqında obyektiv 

məlumat  almaqdır,  yəni  mənfəət  və  zərərlər,  aktiv  və  passivlərin  quruluşunda, 

kreditor və debitorlarla hesablaşmalarda olan dəyişiklikləri xarakterizə etməkdir. 

Müəssisənin  iqtisadi-maliyyə  fəaliyyətinin  təhlilinin  əhəmiyyəti  böyükdür, 

çünki,  onun  bazasında  müəssisənin  maliyyə  siyasətinin  işlənilməsi  aparılır. 

Maliyyə  təhlili  müəssisənin  maliyyəsinin  idarə  olunması  sistemində  –  maliyyə 

xarakterli məlumatların yığılması və istifadəsi üsullarını əks etdirir.   



Maliyyə təhlilinin istiqamətlərinə daxildir

:  


-  müəssisənin  cari  və  perspektiv  əmlak  və  maliyyə  vəziyyətini 

qiymətləndirmək; 

- maliyyə təminatından asılı olaraq müəssisənin mümkün və məqsədli inkişaf 

tempini qiymətləndirmək; 

-  vəsaitlərin  mümkün  mənbələrini  aşkar  etmək  və  onların  səfərbərliyə 

alınmasının imkanlarını və məqsədliliyini qiymətləndirmək; 

- kapital bazarında müəssisənin vəziyyətini proqnozlaşdırmaq. 

Müəssisənin  illik  hesabatına  hər  il  izahat  əlavə  olunur.  Həmin  izahat 

müəssisənin  fəaliyyətini  qısa  xarakterizə  edir.  zahatda  eyni  zamanda  sonrakılar 

göstərilir;  müəssisənin  istehsal,  kommersiya  və  investisiya  fəaliyyətinin  növləri; 

müəssisənin satış bazarlarının yenrləşdiyi ərazilər; ixrac məsələləri; biznes-planın 

icrasının  səviyyəsi;  müəssisənin  maliyyə  resurslarından  istifadənin  səmərəlilik 



 

46

səviyyəsi  və  s.  məqsədəuyğun  olardı  ki,  izahata  müəssisənin  iqtisadi-maliyyə 



fəaliyyətinin göstəricilərinin dinamikası da əlavə edilsin. 

əssisədə  maliyyə təhlili vasitəsilə aşağıdakılar tədqiq edilir

- mövcud maliyyə vəziyyətinin səbəbləri; 



- əsas və dövriyyə vəsaitinin istifadəsinin effektivliyi; 

- fəaliyyətin həcm göstəricilərinin qarşılıqlı əlaqəsi; 

- maya dəyəri; 

- mənfəət və s. 

Qeyd edilən məsələlərin təhlili üçün əlavə plan və normativ göstəricilər tətbiq 

edilir. 


Maliyyə  təhlili  zamanı  müəssisədə  olan  işlərin  vəziyyəti  haqqında  bütün 

məlumatlardan istifadə edir. 



Rəqabətli maliyyə siyasəti aşağıakıları nəzərdə tutur

- istehsalın təşkilinin və texnologiyasının təkmilləşdirilməsi; 



- maksimum mənfəətin alınması mexanizminin təşkili. 

Maliyyə təhlili hesabat bazası əsasında keçmişə və gələcəyə istiqamətləndirilə 

bilər. 

Hesabat bazası əsasında təhlil zamanı ancaq müəssisənin maliyyə vəziyyətinin 



pisləşməsinə  səbəb  olan  amillər  aşkarlanır.  Lakin  müəssisənin  gələcəkdə 

müvəffəqiyyətlə  inkişafı  üçün  mütləq  onun  inkişafının  mümkün  variantlarını 

tədqiq  etmək  və  arzu  olunan  nəticələrin  əldə  olunması  üçün  metodlar 

hazırlanmalıdır. 

Qeyd etmək lazımdır ki, perspektiv təhlil aparılmadan nə operativ, nə cari, nə 

də strategi planlaşmadan danışmaq olmaz. 

Maliyyə təhlilində bir çox analitik metodlardan istifadə edilir. 

Maliyyə  təhlilinin  istiqamətləri  üzrə  göstəricilərin  beş  qrupundan  istifadə 

edilir: 

- maliyyə vəziyyətinin ümumi təhlili; 

- likvidliyin təhlili; 

- maliyyə sabitliyinin təhlili; 



 

47

- iş aktivliyinin təhlili; 



- maliyyə nəticələrinin və rentabelliyin təhlili; 

- kapital bazarında müəssisənin vəziyyətinin təhlili. 

Təsərrüfat  subyektlərində  təhlilin  ən  mühüm  obyektini  maliyyə  nəticələri 

təşkil  edir.  Maliyyə  nəticələrinin  tərkibində  əsas  yer  mənfəətə  verilir.  Çünki 

mənfəət müəssisənin fəaliyyətinin son nəticələrini qiymətləndirən əsas göstəricidir. 

Sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  müəssisələrin  maliyyə  vəziyyəti  onun 

aktivlərinin  yerləşdirilməsi  istifadəsi  və  formalaşması  mənbələri  ilə  xarakterizə 

olunur. 


Müəssisənin maliyyə vəziyyətini müəyyən edən göstəricilər maliyyə planının 

yerinə yetirilməsi və xüsusi dövriyyə kapitalının mənfəət hesabına tamamlanması, 

dövriyyə vəsaitinin dövriyyəsinin sürətləndirilməsi hesab olunur. 

Müəssisənin  maliyyə  fəaliyyətində  əsas  yeri  dövriyyə  vəsaitinin  təşkili  və 

istifadəsi  tutur.  Ona  görə  də,  müəssisənin  maliyyə  vəziyyəti  təhlil  edilən  zaman 

dövriyyə kapitalından səmərəli istifadə məsələsinə də xüsusi fikir verilir. 

Maliyyə  təhlili  nəticəsində  müəssisənin  ödəmə  və  kredit  qabiliyyəti,  debitor 

və kreditor borclarının vəziyyəti və s. araşdırılır. 

Beləliklə,  müəssisələrdə  maliyyə  göstəricilərinin  təhlili  onun  maliyyə 

fəaliyyətinin  idarə  olunması  prosesinin  bir  tərəfini  əhatə  edir.  Təhlil  nəticəsində 

müəssisənin  bütün  resurslarının  vəziyyəti,  plan  ilinin  əvvəlinə  onun  maliyyə 

imkanları və təsərrüfatçılıq şəraiti müəyyən edilir. 

Sahibkarlıq  fəaliyyətinin  nəticəsi  kimi  mənfəət  müəssisənin  və  dövlətin 

təlabatlarını  təmin  edir.  Mənfəət  mütləq  məbləğdə  ifadə  edilirsə,  rentabellik 

istehsalın səmərəliyinin nisbi göstəricisi hesab olunur. 

Rentabellik  göstəricisinin  səviyyəsinə  və  dinamikasına  istehsal-təsərrüfat 

amillərinin bütün  məcmuu  təsir  göstərir. Bura daxildir;  kapital  qoyuluşu  və onun 

mənbələri,  istehsal  resurslarının  istifadə  dərəcəsi;  məhsulun  həcmi,  kefiyyəti  və 

quruluşu;  istehsal  məsrəfləri  və  məhsulların  maya  dəyəri;  fəaliyyət  növünə  görə 

mənfəət və onun istifadə istiqamətləri. 



 

48

Rentabellik  iqtisadiyyatın  bazar  iqtisadi  kateqoriyası  hesab  olunur. 



Rentabellik  termininə  müxtəlif  münasibətlər  bildirilir.  Kapitalın  rentabelliyi 

(mənfəətin kapitala nisbəti kimi); xərclərin rentabelliyi (mənfəətin maya dəyərinə 

nisbəti kimi); satışın rentabelliyi (mənfəətin satışdan gəlirə nisbəti kimi) müəyyən 

edilir.  Bazar  iqtisadiyyatında  mənfəətin  gəlir  təşkil  edən  amillərlə  və  onun 

yaranması bazası ilə müqayisəsi mühüm əhəmiyyət kəsb edir. 

Qeyd  etmək  lazımdır  ki,  rentabelliyin  yüksəlməsi  amili  vahid  iqtisadi 

proseslərdən  asılıdır.  Bazar  iqtisadiyyatı  şəraitində  istehsalın  idarə  olunması 

sisteminin  təkmilləşdirilməsindən;  müəssisələrin  resurslarının  istifadəsinin 

səmərəliyinin  artırılmasından  və  dövriyyə  vəsaitinin  həcminin  düzgün  müəyyən 

olunmasından və onun yaradılması mənbələrinin dəqiq müəyyən edilməsindən. 

Müasir  şəraitdə  rentabelliyin  artırılmasının  mühüm  amili  müəssisələrin 

resursa qənaət üzrə işi hesab olunur. Məhz bu yolla maya dəyərinin aşağı salınması 

və mənfəətin artması baş verir.  

Beləliklə,  maya  dəyərinin  aşağı  salınması  istehsalın  rentabelliyi  və 

mənfəətliliyinin artırılmasının əsas şərtidir. 

Təbiidir  ki,  rentabellik  göstəricisinin  səviyyəsinə  və  dinamikasına  bütün 

istehsal-təsərrüfat  amilləri  təsir  göstərir;  istehsalın  və  idarəetmənin  təşkili 

səviyyəsi;  kapitalın  quruluşu  və  onun  mənbələri;  istehsal  resurslarından  istifadə 

dərəcəsi,  istehsal  olunan  məhsulların  həcmi,  keyfiyyəti  və  quruluşu;  istehsala 

məsrəflər  və  məhsulun  maya  dəyəri;  fəaliyyət  növləri  üzrə  mənfəət  və  onun 

istifadəsi. 

Göstərilən  amillərin  bir  hissəsi  müəssisələrin  fəaliyyətindən  asılıdırsa,  digər 

hissəsi onların fəaliyyətindən asılı deyil. Ona görə də, daxili və ya xarici amilləri 

müəyyən  etməklə  rentabellik  səviyyəsi  təhlil  edilir  və  onun  artırılması  yolları 

axtarılır. 

əssisənin  maliyyə  resurslarının  mühüm  tərkib  hissəsini  dövriyyə  aktivləri 

təşkil edir. 

Müəssisədə 

dövriyyə 

aktivlərinin 

vəziyyətindən 

istehsal 

tskilinin 

müvəffəqiyyətlə  aparılması  birbaşa  asılıdır.  Lakin  dövriyyə  vəsaitinin 



 

49

çatışmamazlığı istehsal fəaliyyətini iflic edir, istehsal tskili dayanır və son nəticədə 



müəssisə  öz  öhdəçiliklərini  ödəmək  imkanlarına  malik  olmayacaş  və  iflasa 

uğrayacaq. 

Müəssisədə dövriyyə aktivlərinin vəziyyətinə onların dövriyyəsi bir başa təsir 

göstərir.  Dövriyyə  vəsaitinin  dövriyyəsindən  nəinki  müəssisənin  təsərrüfat 

fəaliyyəti üçün minimum həcmdə zəruri vəsaitlərin həcmi asılıdır. Eyni zamanda, 

ehtiyatların  saxlanılması  xərclərinin  həcmi  də  əlaqədardır.  Bütün  bunlar  son 

nəticədə  məhsulun  maya  dəyərində  və  müəssisənin  maliyyə  nəticələrində  əks 

olunur. Beləliklə, müəssisələrdə dövriyyə vəsaiti ilə əlaqədar aşağıdakı göstəricilə



təhlil edilir:

 

- dövriyyə aktivlərinin dövriyyəsi; 



- debitor borcunun dövriyyəsi; 

- əmtəə-mal qiymətlilərinin ehtiyatının dövriyyəsi. 

Müəssisələrdə  dövriyyə  kapitalından  istifadəni  yaxşılaşdırmaq  üçün 

dövriyyəni  həm  istehsal,  həm  də  tədavül  sferasında  sürətləndirməkdən  ötrü 

istehsal, təchizat və satış şərtlərini yaxşılaşdırmaq lazımdır. Bundan başqa, istehsal 

sferasında  maddi  qiymətlilərdən  istifadə  normasını  azlatmaq,  istehsal  müddətini 

qısaltmaq, tədavül sferasında isə satış və sənəd dövriyyəsini sürətləndirmək, daha 

mütərəqqi hesabalaşma formalarından istifadəni təşkil etmək lazımdır. 



Dövriyyə  aktivlərinin  dövriyyəsinin  sürətləndirilməsinin  ən  mühüm  yolları 

aşağıdakılardır: 

1.

  Məhsulun material tutumunun aşağı salınması; 



2.

  stehsalın intensivlişdərilməsi; 

3.

  Satıcı ilə alıcı təşkilatlar arasında optimal əlaqələrin yaradılması; 



4.

  Müqavilə intizamının möhkəmləndirilməsi; 

5.

  Normallaşdırılmanın təkmilləşdirilməsi. 



stehsal  fondlarından  səmərəli  istifadə  hər  şeydən  əvvəl  əlavə  kapital  sərf 

etmədən  məhsul  istehsalını  artırmaq  deməkdir.  Bazar  iqtisadiyyatı  şəratində 

istehsal fondlarının istifadəsinə münasibət ciddi dəyişməlidir.  

 


 

50

§2.3. Müəssisənin maliyyə fəaliyyətinin idarəolunması sistemi 



 

Bazar iqtisadiyyatına keçid ilə əlaqədar olaraq iqtisadiyyatın təşkilati-iqtisadi 

cəhətdən  islahatı  bazar  münasibətlərinin  əsas  həlqəsi,  yəni  subyekti  olan 

müəssisələrin  də  maliyyə  fəaliyyətinin  idarəolunması  sisteminə  köklü  təsir 

göstərdi.  Belə  ki,  müəssisə  səviyyəsində  məhsul  (iş,  xidmət)  istehsal  olunur, 

resursların  qənaətlə  xərclənməsi  məsələləri  həll  olunur,  yüksək  məhsuldarlı 

texniki, texnologiya tətbiq edilir. Lakin ancaq müəssisə bütün cəmiyyət və hər bir 

işçi qarşısında sosial məsuliyyət daşıyır. 

Artıq bu gün və perspektivdə mülkiyyət və hüquqi təşkilati formalardan asılı 

olmayaraq  bütün  müəssisələr  qarşısında  duran  əsas  məsələni  müəssisənin 

istehlakçıya yüksək keyfiyyətli və ya yeni keyfiyyətlərə malik olan malları vermək 

qabiliyyəti təşkil edir. 

Bazar  iqtisadiyyatı  şəraitində  iqtisadiyyatın  fəaliyyət  prosesi  daha 

dinamikdirg.  Bu  isə  müəssisələrin  təşkilinə  və  fəaliyyət  göstərməsinə  bir  sıra 

amillərin  təsiri  xarakteri  ilə  əlaqədardır.  Belə  amillərə  göstərmək  olar;  texniki-

iqtisadi göstəricilər; sosial-iqtisadi göstəricilər və s. 

Texniki-iqtisadi  göstəricilər  (yeni  texnikanın  tətbiqi,  yeni  texnologiyanın 

tətbiqi  və  s.)  müəssisədə  əmək  məhsulardarlığının  yüksəlməsində,  təsərrüfat  və 

elmi-texniki əlaqələrin genişləndirilməsində və s. əsas mənbə kimi çıxış edir. 

Lakin sosial-iqtisadi amillərə isə aşağıdakılar daxildir: 

- resurs potensialı; 

- idarəetmə metodları; 

- fəaliyyətin əsasları; 

- sair. 

Sosial-iqtisadi  amillər  müəssisədə  əməyin,  istehsalın  və  idarəetmənin 

təşkilinin məqsədəuyğun formalarını müəyyənləşdirir və istehsal münasibətlərinin 

daima inkişafını zəruri edir. 

Bazar iqtisadiyyatı şəraitində idarəetmənin xüsusi yeri onunla əlaqədardır ki, 

ancaq idarəetmə yolu ilə müəssisədə əlaqələri və iqtisadi proseslərin inteqrasiyasını 



 

51

təmin etmək olar. Müəssisənin idarəolunması onun daxili resurslarını xarici mühit 



ilə əlaqələndirir və bura daxildir; iqtisadiyyatın dövlət tənzimlənməsi, rəqabət və s. 

Bazar iqtisadiyyatı müəssisənin səmərəli idarəolunması üçün lazımi səviyyədə 

imkanlar yaradır. Müasir dövr müəssisənin bütün istiqamətlərdcə idarəolunmasının 

keyfiyyətinin yüksəldilməsini tələb edir. 

Müəssisənin  idarəolunmasının  ən  mühüm  istiqamətini  maliyyənin 

idarəolunması təşkil edir. Bazar iqtisadiyyatı şəraitində müəssisənin idarəolunması 



bacarığı özünü iki istiqamətdə göstərir: 

- müəssisənin daxili potensialından tam istifadə etmək; 

- qəbul olunan idarə qərarlarının iqtisadi cəhətdən əsaslandırılması. 

Yuxarıda  göstərilən  istiqamətlər  isə  öz  növbəsində  müəssisədə  maliyyənin 

idarəolunmasının üsul və metodlarının təkmilləşdirilməsini tələb edir. 

Müəssisənin  maliyyəsinin  idarəolunması  bir  prosesdir  və  əsas  məqsəd 

müəssisənin maliyyə vəziyyətini yaxşılaşdırmaq və müəyyən  maliyyə nəticələrini 

ə

ldə etməkdir. 



Firma, şirkət və müəssisələrin maliyyəsinin idarəolunmasının əsasını maliyyə 

münasibətlərinin  idarəolunması  konsepsiyası  və  uyğun  maliyyə  və  iqtisadi 

köçürmələr təşkil edir. 

Maliyyənin idarəolunması plan və faktiki pul və qeyri-pul proseslərinin idarə 

edilməsi deməkdir. 

Maliyyənin idarəolunması idarəetmənin bir sahəsidir və xüsusi metod, üsul və 

s. istifadə etməklə həyata keçirilir. 

Maliyyənin  idarəolunması  özü  də  bir  sistemdir  və  bu  sistemdə  obyektə 

keyfiyyət təsiri böyük əhəmiyyət kəsb edir. Beləliklə, müəyyən nəticə əldə etmək 

məqsədi  ilə  obyektə  təsirin  metod  və  üsullarının  məcmuu  maliyyənin 

idarəolunmasının mahiyyətini ifadə edir. 

Maliyyənin idarəolunması aşağıdakılarla əlaqədardır: 

1.

  Dövlətin maliyyəsi siyasəti; 



2.

  qtisadi və sosial siyasətin mənafeyi üçün maliyyədən istifadə; 

3.

  Maliyyə planlaşdırılması; 



 

52

4.



  Maliyyə qanunvericiliyini hazırlamaq; 

5.

  Dövlət büdcəsinin tərtibi və icrası; 



6.

  Dövlət borcunun idarəolunması; 

7.

  Vergilərin idarəolunması; 



8.

  stiqrazlar və s. idarəolunması. 

Maliyyənin 

idarəolunması 

dedikdə, 

maliyyədən 

iqtisadiyyatın 

idarərolunmasında  alət  kimi  istifadə  başa  düşülür.  Deməli,  burada  ictimai  təkrar 

istehsal  prosesinə  maliyyənin  təsiri  nəzərdə  tutulur.  Belə  təsir  kəmiyyət  və 

keyfiyyət  istiqamətlərində  müəyyən  edilir.  Məsələn,  maliyyənin  köməyi  ilə 

müəssisənin  işinin  keyfiyyət  göstəricilərinə  təsir  göstərmək  olar  və  nəticədə 

təsərrüfat subyektinin gəliri, mənfəəti artar və rentabelliyi yüksələr.  darəetmə aləti 

ki,  maliyyənin  keyfiyyət  təsiri  müəssisə  üçün  iqtisadi  cəhətdən  daha  məqsədə 

uyğundur. Maliyyənin keyfiyyət təsiri daxili ehtiyatların sərfərbərliyə alınması və 

istehsalın  bütün  sahələrində  aktivliyin  yüksəldilməsini  nəzərdə  tutur.  Belə  təsir 

müəssisədə iqtisadi həvəsləndirmə fondlarının həcmini keyfiyyət göstəricilərindən 

asılı  edir,  maliyyə  resurslarının  artmasında  maraq  yaradır,  dövlətin  mənafeyi  ilə 

müəssisə işçilərinin mənafeyinin uyğunlaşmasına şərait yaradır. 

Maliyyənin  idarəolunmasına  iki  isitiqamətdə  baxmaq  olar.  darəetmə  aləti 

kimi maliyyənin xarici və daxili təşkili (maliyyənin özünün idarəolunması) bir-biri 

ilə  qarşılıqla  əlaqədədir.  Maliyyənin  daxili  təşkili  bütün  təkrar  istehsal  prosesinə 

maliyyə  mexanizminin  aktiv  təsiri  məqsədinə  tabedir.  Hər  bir  təsərrüfat  subyekti 

(müəssisə,  firma,  şirkət,  səhmdar  cəmiyyət  və  s.)  iqtisapdi  sistemin  elementini 

təşkil edir. Kommersiya fəaliyyəti göstərən hər bir müəssisə təsərrüfat, istehsal və 

maliyyə  fəaliyyətində  öz  tərəfdaşları  ilə  qarşılıqla  münasibətlərdə  olur.  Maliyyə 

resurslarının  formalaşması  və  istifadəsi  prosesində  müəssisənin  digər  bazar 

subyektləri  ilə  maliyyə  münasibətləri  baş  verir.  Müəssisədə  baş  verən  bütün 

maliyyə  münasibətlərinin  səmərəli  təşkili  ancaq  maliyyənin  idarəolunmasından 

birbaşa asılıdır 

 

 



 

53


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin