1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) Sovet milli siyasəti və Azərbaycannın ərazi bütövlüyünə qəsdlər



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə18/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
Tarix sualları və cavabları

8) Sovet milli siyasəti və Azərbaycannın ərazi bütövlüyünə qəsdlər 
Sovet hakimiyyətinin ilk dövründə təkcə Bakının deyil, Azərbaycanın bütün 
bölgələrinin partiya rəhbərliyində ermənigürcü-rus nümayəndələri hakim 
mövqe tuturdular və antiazərbaycan siyasəti yeridirdilər. Azəraycanda sovet 
milli siyasətinin bir istiqaməti milli adət-ənənələri yasaq etmək, İslam dininə, 
İslam mədəniyyətinə qadağa qoymaq, məscidləri dağıtmaq, rus dilini dövlət dili 
səviyyəsinə çatdırmaq, milli kadr qıtlığı bəhanəsilə qeyri millətlərin 
nümayəndələrini Azərbaycana gətirmək, “beynəlmiləl” şəhər elan edilən Bakıda 
əhalinin milli tərkibini köklü surətdə dəyişdirmək, rəhbərlikdə olan milli kadrlar 
arasında süni olaraq qarşıdurma yaratmaq, Azərbaycanın milli sərvətlərini 
hərraca qoymaq, onun əzəli torpaqlarını zaman-zaman qonşulara bəxşiş etmək 
idi. Azərbaycan dövləti üçün ərazi mübahisələri aşağıdakı mərhələlərdə 
olmuşdur: 1918-1920-ci illərdə AXC-nin dövründə; 1920-ci ilin aprel-noyabr 
aylarında - Azərbaycan SSR-in elan olunduğu gündən Ermənistanda sovet 
hakimiyyəti qurulanadək; 1920-ci ilin noyabr ayından 1921-ci ilin fevral 
ayınadək, yəni Gürcüstanda 377 sovet hakimiyyəti qurulanadək və nəhayət, 
CQSFSR-in təşkilinə və onun SSR İttifaqına daxil olmasına qədər “müstəqil” 


Cənubi Qafqaz Sovet respublikalarının fəaliyyət göstərdikləri dövr. 1920-ci il 
aprel çevrilişindən sonra da Ermənistan Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ və 
Şərur-Dərələyəz torpaqlarını ələ keçirmək niyyətində idi. Erməni hərbi hissələri 
1920-ci ilin yayında Zərgəzuru dağıdıb Naxçıvana hücum etdi. Əhalinin tələbi ilə 
Naxçıvanı müdafiə etmək üçün Veysəl bəyin başçılığı ilə köməyə gələn türk 
qoşun hissələri Naxçıvan bölgəsini nəzarət altına aldılar. 1920-ci ilin iyul ayının 
28-də XI Qızıl Ordu hissələri də Naxçıvana daxil oldu. Naxçıvan Sovet Sosialist 
Respublikası elan olundu və respublikanın ali hakimiyyət orqanı - Naxçıvan 
İnqilab Komitəsi (M.Bəktaşov, A.Kazımov, F.Mahmudbəyov, Q.Babayev və b.) 
yaradıldı. 1920-ci ilin avqustun 10-da Sovet Rusiyası ilə Ermənistan arasında 
bağlanmış müvəqqəti sazişə görə, ŞərurDərələyəz qeyd-şərtsiz Ermənistana 
verildi, rus qoşunlarının zəbt etdiyi Qarabağ, Zərgəzur və Naxçıvan mübahisəli 
ərazilər elan olundu. 1920-ci il oktyabrın əvvəllərində təcili olaraq Naxçıvanda 
Fövqəladə Komissarlığın yaradılması faktiki olaraq Naxçıvanı Ermənistan 
idarəçiliyinə vermək məqsədi güdürdü. 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin