2 ulduzlu
suallar və cavablar
1) Azərbaycan mədəniyyəti 19cu əsrin 1ci yarısında
XIX əsrin birinci yarısında müstəmləkə rejiminə baxmayaraq, mədəniyyətin ayrı-
ayrı sahələrində müəyyən dəyişikliklər baş verirdi. 1849-cu ildə Şimali
Azərbaycanı da əhatə edən Qafqaz Tədris dairəsi yaradıldı. Rusiyanın təhsil
sisteminin ilk pilləsi birillik “kənd məktəbləri”, sonrakı pilləsi qəza məktəbləri,
gimnaziya, universitet və texniki ali məktəblər idi. Cənubi Qafqaz məktəbləri
haqqında 1829-cu il nizamnaməsinə görə Yelizavetpol, Şuşa, Nuxa, Şamaxı,
Quba, Bakı, Naxçıvan, Ordubad şəhərlərində və Qazax distansiyasında qəza
məktəbləri açılmalı idi. 1830-cu ildə ilk qəza məktəbi Şuşada, Bakıda (1832),
Nuxada (1833), Yelizavetpolda (1837), Naxçıvanda (1838) və Şamaxıda (1838)
açılmışdı .1853-cü il yeni məktəb nizamnaməsinə görə Quba və Ordubadda
(1854), Lənkəranda (1856) birsinifli ibtidai məktəblər açıldı. 1854-cü ildə
Şamaxıda ali dördsinifli məktəb təsis olundu. Bu məktəb 1859-cu il Şamaxı
zəlzələsindən sonra Bakıya köçürüldü. İlk dərsliklər 30-cu illərin sonlarında
yazılmağa başlandı. Onlardan ən mükəmməli Mirzə Kazımbəyin “Türk-tatar
dilinin qrammatikası” idi.
Dostları ilə paylaş: