1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) 19cu 20ci əsrin əvvəllərində çar Rusiyanın erməniləri



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə9/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   5   6   7   8   9   10   11   12   ...   34
Tarix sualları və cavabları

2) 19cu 20ci əsrin əvvəllərində çar Rusiyanın erməniləri 
Azərbaycana köçürməsi 
Çar Rusiyası Azərbaycanda özünə etnik dayaq yaratmaq, müxtəlif xristian 
kütlələrini Azərbaycan torpaqlarında yerləşdirmək siyasəti yeridirdi. XIX əsrdə 
Şimali Azərbaycana ilk xristian köçkünlər almanlar olmuşdular.1804-1813-cü və 
1826-1828-ci illər Rusiya-İran müharibələri ərəfəsində və sonralar ermənilərin 
kütləvi surətdə İran, Osmanlı Türkiyəsi və Cənubi Azərbaycandan Cənubi 
Qafqaza, o cümlədən Qarabağ ərazisinə köçürülməsi baş verdi. Təkcə 1826-
1828-ci illər Rus-İran müharibəsinin gedişində İrandan və Azərbaycanın cənub
ərazilərindən Cənubi Qafqaza, o cümlədən Qarabağa 18 min erməni ailəsi 
köçürüldü. 
3) Rusiya çarizmin Azərbaycanda alman və rus məskənləri yaratması 
30 - 40-cı illər ərzində rus təriqətçilərinin köçürülməsi baş verdi. Rusların 
məskunlaşdığı əsas ərazilər Şamaxı, Lənkəran, Yelizavetpol və Qazax qəzaları 
idi. Köçürmənin başlanmasından sonrakı ilk onillik ərzində Şamaxı qəzasında 8 - 
Cabanı, İvanovka, Qaraməryəm, Gülüllü, Mərəzə, Maryevka, Hilmilli, 
Çuxuryurd; Lənkəran qəzasında 6 - Andreyevka, Astraxanka, Nikolayevka,


Novoqolovka, Prişib, Privolnoye; Qazax qəzasında 3 - Qolovino, Yeni Dilican, 
Mixaylovka vo Yelizavetpol qəzasında 2 - Borisı və Slavyanka kimi rus kəndləri 
yarandı. Köçkünlər əsasən Tavriya, Stavropol, Tambov, Voronej, Saratov, 
Orenburq, Bessarabiya və hətta Yenisey quberniyalarından gələnlər idilər. 
Təxminən, XIX əsrin 50-70-ci illərində Rusiyanın daxili quberniyalarından Şimali
Azərbaycana köçürmə dayandırıldı. 
4) Azərbaycanın neft sənayesi 19cu əsrin 2ci yarısında 
1859-cu ildə Bakıda Dubinin qardaşlarının iri neftayırma zavodu istifadəyə 
verilmişdir. Zavodda əsasən ağ neft istehsal olunurdu. 1872–1873-cü illərdə 
Xəzər dənizində taxta barjlarla neft nəql edilmişdir. XIX əsrin 70-ci illərindən 
etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. 
Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı 
Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Mirzə Əsədullayev, 
Ağabala Quliyev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri 
neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər. 
Şəhərin neft baronları kimyaçı Dmitri Mendeleyev kimi tanınmış şəxslərdən 
məsləhətlər almağa can atırdılar və burma qazma və qazlift kimi yeni innovasiya 
texnologiyaları ilk dəfə olaraq Azərbaycanda sınaqdan keçirildi. Lakin ilkin 
olaraq “aut zərbələr” Azərbaycanda ən çox neft hasilatının payına düşürdü, bu 
pay 1887-ci ildəki 42%-dən 1890-cu ildə 10,5%-dək azaldı. 1872-ci ildə Nobel 
qardaşları Bakıda "Branobel" adlı ilk neft şirkətini təsis etdilər. 1887-ci ildə 
Nobel qardaşları Xəzər dənizində ilk neft tankeri aldılar və bu da sonda bütöv 
bir donanmaya qədər genişləndi. 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin