başqa fərdi tədris növü də mövcud idi. Bu dövrdə elm sahəsində ciddi irəliləyiş
olmasa da tarix və coğrafıyaya dair bir sıra qiymətli əsərlər yazılmışdı.
10) 18ci əsrin sonu 19cu əsrin əvvəllərində Azərbaycanın daxili siyasi
həyatı və beynalxalq vəziyyəti
1830-cu il sentyabrın əvvəlində Car üsyançıları Qafqaz dağlılarının başçılarından
biri olan Həmzət bəyin 2 min nəfərlik dəstəsinə qoşuldular. Oktyabrın 15-də
üsyançılar çar qoşununu məğlub etdilər, lakin kömək alan çar qoşunu üç böyük
kəndi – Car, Köhnə Zaqatala və Göyəm kəndlərini hücum edərək dağıtdılar.
1830-cu ilin dekabrında üsyan məğlubiyyətlə bitdi. Azərbaycanın Talış
əyalətində çarizmin sosial və müstəmləkə zülmünə qarşı yeni üsyan baş verdi.
1824-cü ildən xanlığı faktik olaraq idarə edən mayor İlyinskinin əmrinə əsasən
14 nəfər istintaqsız və məhkəməsiz İran ordusuna yardım göstərməkdə
günahlandırılaraq Xəzər dənizində batırıldı. 1826-1828-ci illər Rusiya-İran
müharibəsi dövründə Lənkəran xanlığının keçmiş hakimi Mir Həsən xan bir çox
bəylərlə birlikdə İran şahının tərəfinə keçərək İrana qaçdı və hakimiyyəti bərpa
etmək üçün əlverişli şərait gözləməyə başladı. Xan 1831-ci il martın 5-də 30
silahlı atlı ilə Astara çayını keçərək Lənkərana tərəf hərəkət etdi. Onun dəstəsi
martın 9-da artıq 1000 atlıya çatırdı [449]. Sonralar üsyançıların sayı rəsmi
məlumatlara görə 2 min nəfəri ötmüşdü [370]. 1831-ci il martın 10-da
üsyançılar Lənkərana yaxınlaşdılar və şəhəri qurudan qismən mühasirəyə
aldılar.
Dostları ilə paylaş: