yerkökü – 40 q.
yaşıl kahı – 10 q.
duz.
Ağ turpun qabığı soyulur. Ağ və ya qırmızı turp nazik dilimlərlə doğranır və təpəcik şəklində boşqaba yığılır, dairəvi kəsilmiş xiyar, yerkökü, dilimlərə bölünmüş yumurta və kahı ilə bəzənir. Üstünə şüyüd səpilir. Ortasına gül formasında kəsilmiş turp qoyulur.
"XƏZƏR" SALATI
Ərzaqlar:
Nərə balığı – 375 q.
zəif duzlu somğa balığı – 55 q.
dənəvər kürü – 30 q.
kartof – 160 q.
təzə xiyar – 180 q.
xama – 160 q.
kahı – 55 q.
limon – 1 əd.
tərxun – 55 q.
istiot, duz.
Balığı bişirib, qabığını və qığırdaqlarını təmizləyirlər. Doğranılmış tərəvəzləri xama ilə qarışdırıb təpəcik şəklində boşqaba töküb, uzun dilimlərlə bölünmüş balıq, kahı yarpaqları, tərxun, kisəcik şəklində bükülüb dənəvər kürü qoyulmuş somğa dilimləri ilə bəzəyirlər.
Dostları ilə paylaş: |