ÇUĞUNDUR FİSİNCANI
Ərzaqlar:
Çuğundur – 200 q.
kərə yağı – 20 q.
nar şirəsi və ya dənələri – 30 q.
qoz ləpəsi – 40 q.
baş soğan – 25 q.
keşniş göyərtisi – 15 q.
duz.
Çuğundur təmizlənir, dilimlərə doğranır, qazana tökülüb öz buğunda bişirilir. Bişmiş çuğundur qoz ləpəsi ilə ətçəkən maşından keçirilir, yağ, nar şirəsi və duz vurulur. Fisincan boşqaba qoyulur, üzəri halqavarı doğranmış baş soğan, keşniş göyərtisi və qoz ləpəsi ilə bəzənir
LOBYA FİSİNCANI
Ərzaqlar:
Qırmızı lobya – 100 q.
baş soğan – 30 q.
ərinmiş yağ – 20 q.
qoz ləpəsi – 30 q.
sirkə – 20 q. və ya nar şirəsi – 15 q.
keşniş göyərtisi – 20 q.
istiot, duz.
Lobya bişirilir, qızardılmış baş soğan və qoz ləpəsi ilə ətçəkən maşından keçirilir. İstiot, duz, sirkə və ya nar şirəsi əlavə edilib qarışdırılır. Fisincanın üstünə göyərti səpilir və halqavarı doğranmış baş soğanla bəzənir.
Dostları ilə paylaş: |