1. Azərbaycanda milli mətbəxdə balıq xörəkləri Azərbaycan milli mətbəxində şirniyyatlar Azərbayan milli mətbəxində mürəbbələr



Yüklə 43,49 Kb.
səhifə26/29
tarix02.01.2022
ölçüsü43,49 Kb.
#42646
1   ...   21   22   23   24   25   26   27   28   29
MİLLİ MƏTBƏX

ÇUĞUNDUR FİSİNCANI

Ərzaqlar:

Çuğundur – 200 q.
kərə yağı – 20 q.
nar şirəsi və ya dənələri – 30 q.
qoz ləpəsi – 40 q.

baş soğan – 25 q.
keşniş göyərtisi – 15 q.
duz.

Çuğundur təmizlənir, dilimlərə doğranır, qazana tökülüb öz buğunda bişirilir. Bişmiş çuğundur qoz ləpəsi ilə ətçəkən maşından keçirilir, yağ, nar şirəsi və duz vurulur. Fisincan boşqaba qoyulur, üzəri halqavarı doğranmış baş soğan, keşniş göyərtisi və qoz ləpəsi ilə bəzənir 



LOBYA FİSİNCANI

Ərzaqlar:

Qırmızı lobya – 100 q.
baş soğan – 30 q.
ərinmiş yağ – 20 q.
qoz ləpəsi – 30 q.
sirkə – 20 q. və ya nar şirəsi – 15 q.
keşniş göyərtisi – 20 q.
istiot, duz.

Lobya bişirilir, qızardılmış baş soğan və qoz ləpəsi ilə ətçəkən maşından keçirilir. İstiot, duz, sirkə və ya nar şirəsi əlavə edilib qarışdırılır. Fisincanın üstünə göyərti səpilir və halqavarı doğranmış baş soğanla bəzənir.




Yüklə 43,49 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin