Salatlar
Azərbaycan mətbəxində salatın xüsusi yeri vardır. Təzə pomidor, xiyar, şirin istiot, reyhan və keşnişdən hazırlanan salatda tərəvəzləri çox xırda doğrayırlar. Bu cür salat əsas xörəklərlə birlikdə yeyilir
GÖYƏRTİ KÜKÜSÜ
Ərzaqlar:
Yumurta – 2 əd.
göy soğan – 25 q.
keşniş – 15.
şüyüd – 10 q.
ispanaq – 30 q.
ərinmiş yağ – 30 q.
istiot, duz
Keşniş, şüyüd, ispanaq və göy soğan yuyulur, xırda doğranır, üzərinə istiot, duz və yumurta əlavə edilib diqqətlə çalınır. Küküyə bəzən ovulmuş ağ çörək və ya bir az un əlavə edilir. Tavada yağı qızardıb göyərti ilə çalınmış yumurtanı oraya tökür və üstünü hamarlayırlar. Yumurta bərkidikdən sonra kükünü iki və ya dörd hissəyə bölüb qızardırlar. Süfrəyə verdikdə üzərinə yağ tökür və yanına qatıq qoyurlar.
Dostları ilə paylaş: |