QOZLU KÜKÜ
Ərzaqlar:
Yumurta – 2 əd.
göy soğan – 20 q.
keşniş – 15 q.
şüyüd – 10 q.
ispanaq – 25 q.
qoz – 40 q.
ərinmiş yağ – 30 q.
istiot, duz.
Göyərti küküsü kimi hazırlanır. Lakin yumurta ilə çalınmış göyərtiyə narın xırdalanmış qoz qatılır.
KÜTÜM KÜKÜSÜ
Ərzaqlar:
Hisə verilmiş kütüm – 200 q.
göy və ya baş soğan – 35 q.
keşniş – 15 q.
şüyüd – 10 q.
yumurta – 2 əd..
ağ çörək içi – 30 q.
ərinmiş yağ – 30 q.
istiot, duz.
Hisə verilmiş kütüm balığı suda bişirilir, dərisi və sümüyü çıxarılır. Göy soğan, keşniş və şüyüd yuyulur, xırda doğranır, yumurta, xırda kütüm tikələri, ağ çörək ovuntusu, duz və istiot əlavə edilib yaxşıca çalınır. Bəzən göy soğanı qızardılmış baş soğanla əvəz edirlər. Sonrası göyərti küküsü kimi hazırlanır. Süfrəyə verilən zaman paxlava şəklində doğranır, üstünə yağ tökülür.
KÜRÜ
Kürü Azərbaycan milli mətbəxinin delikateslərindən biridir. Kürü həm konservləşdirilmiş həm də təzə halda verilir.
Dostları ilə paylaş: |