1.Azərbaycanda milli mətbəxdə balıq xörəkləri
2.Azərbaycan milli mətbəxində şirniyyatlar
3. Azərbayan milli mətbəxində mürəbbələr
4.Azərbayvan milli mətbəxində dolmalar
5.Azərbaycan milli mətbəcində Kabablar
6. Azərbaycan milli mətbəxində sirkəyə və duza qoyulmuş mehsullar
7. Azərbaycan milli mətbəxində salatlar və qəlyanaltılar
8. Azərbaycan milli mətbəxində müxtəlif bölgələrə məxsus yeməklər
9. Azərbaycan milli xörəklərinin hazırlanmasında istifadəolunan ədviyyatlar
10. Azərbaycan milli mətbəxi dünya mətbəxi ilə əlaqələri
1.Azərbaycanda milli mətbəxdə balıq xörəkləri
Respublikanın dəniz, göl və çayları müxtəlif balıq növləri ilə, əsasən də ağ və nə’rə balığı ilə zəngindir. Milli xörəklərin hazırlanmasında daha çox nərə və pullu balıqlardan istifadə edilir. Süfrəmiz müxtəlif göyərti və tərəvəzlərlə – badımcan, pomidor, şirin istiot (bibər), kələm, ispanaq, turşəng, çuğundur, turp, soğan, xiyar, yaşıl lobya və sairlə zəngindir. Milli xörəklərdə düyüdən və unan hazırlanan müxtəlif çeşidliyi kulinar məmulatı geniş tətbiq edilir. Xörəklərimizdə ədviyyələrdən zəfəran, cirə, razyana, zirə, dəfnə yarpağı, keşniş toxumu, həmçinin nanə, şüyüd, cəfəri, kərəviz, tərxun, reyhan, kəklikotu və s. gen-bol işlədilir.Azərbaycan milli kulinariyasında 30-dan çox birinci xörək növü var. Bunlara ətdən hazırlanmış xörəklər (piti, küftə – bozbaş, şorba və s.), göyərti və qatıqdan hazırlanmış, xörəklər (dovğa, ovdux, doğramac, balva və s.) aiddir. Azərbaycanlılar çörəyə: yuxa, fətir, lavaş, səngək, xamralı, təndir çörəyi və s. müxtəlif formalı, qalınlıqda və hazırlanma üsuluna görə fərqli çörəklərə – bizim masaların başlıca sərvətinə xüsusi həssaslıq və hörmətlə yanaşırlar. Əgər süfrəyə çörək gəlibsə, azərbaycanlılar ona hörmət əlaməti olaraq birinci əllərini çörəyə uzadırlar, hesab edirlər ki, çörək hər şeydən irəlidir. Çörəyə Quran qədər hörmət edir və çörəyə and içirlər. Balıq yeməklərini bütöv balıqdan, onun iri və xırda tikələrindən, eləcə də balıq farşından hazırlayırlar. Qara, qırmızı və sıxılmış balıq kürülərindən geniş istifadə olunur. Balıqla bir yerdə narşərab (nar şirəsindən bişirilmiş sous) və ya narşərab əsasında sous verilir. Xəmir xörəkləri və kulinar məmulatları bizim mətbəxdə xüsusi yer tutur. Qeyd edək ki, ətdən və xəmirdən hazırlanmış yeməklərimizin çoxu bütün türk xalqlarına xasdır. Tarixçi Fariq Sumer özünün “Oğuzlar” kitabında səlcuqların türklər olduğunu sübut etməkdən ötrü bir neçə dəfə buna daha bir sübut gətirir ki, səlcuqlar “tutmac” (əriştə və paxladan xörək), “xəngəl” (sulu xəngəl və yarpaq xəngəli), “gürzə”, “düşbərə”, “xaşıl”, “hörrə” və digər un xörəklərini yeyirdilər. Yeri gəlmişkən, bu xörəklər əsasən qış fəslində hazırlanır. Havalar istiləşdikcə süfrələrdə ət və xəmir xörəklərinin sayı azalır və əksinə, becərilən və yabanı bitkilərdən xörəklərin hazırlanma payı artır.
Balıq ləvəngisi
Əsasən kütüm (ziyad) balığından hazırlanır. Azərbaycanın Lənkəran rayonunda daha çox bişirilir. Ləvəngi adətən təndirdə bişirilir. Texnologiyanın inkişafı ilə əlaqədar son illər daha çox elektrik sobalarda da bişirilir.
Lənkəranın balıq ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl nümunələrindəndir. Ləvənginin tərkibini qoz ləpəsi, soğan, lavaşana, duz və istiot təşkil edir. Yeməyin hazırlanmasında təzə balıqdan istifadə edilməsi çox önəmlidir. Əgər balığın kürüsü varsa, ondan da çox ləzzətli ləvəngi içi hazırlamaq olar. Kürü qoz və digər ərzaqlar əlavə edilərək qarışdırılır. Bununla qozun miqdarı bir az azaldılmış olur.
İnqridiyentlər
6-8 porsiya üçün nəzərdə tutulub
1 ədəd iri kütüm
1 ədəd iri baş soğan
1 ½ stəkan qoz ləpəsi
2 xörək qaşığı palçıq turşu + üstünə və içinə sürtmək üçün (lavaşana da istifadə edə bilərsiniz: bunun üçün lavaşananı isti suda yumuşalana qədər həll edin)
zövqə görə duz
zövqə görə istiot
Hazırlanması
Balığın pulcuqlarını təmizləyin, içalatını çıxardın. Sonra isə balığı yuyun və yaxşıca qurulayın. İçini və üstünü duzlayıb istiotlayın. Ləvəngi içini hazırlayın. Soğanı ət maşınından keçirin. Tənzifə qoyun və suyunu yaxşıca sıxın. Qozu da maşından keşirin. Bir qabda soğanı, qozu, palçıq turşunu, və zövqə görə duz-istiotu qarışdırın. Sobanı 180˚C-dək qızdırın. Balığın içinə və üstünə palçıq turşu sürtün. İçini ləvəngi içiylə doldurun. Balığı mətbəx ipiylə tikin və yaxud kokteyl çubuğuyla (cocktail stick) bərkidin. Balığı soba listinə qoyub qızdırılmış sobada üstü qızarana və içi bişənədək (təxminən 45 dəqiqə ərzində) bişirin.
Dostları ilə paylaş: |