KÜRÜ KÜKÜSÜ
Yumurta – 1 əd.
kürü – 20 q
xiyar – 20 q
pomidor – 20 q.
kahı – 10 q.
yaşıl soğan – 10 q.
duz.
Yumurtanı bişirilir, hər iki başından çəllək şəklində kəsilir. Yumurtanın bir tərəfindən sarısı qaşıqla çıxarılır. Yumurtanın içi kürü ilə doldurulur. Yeməyin üzərinə kahı yarpaqları düzülür, xiyar, təzə pomidor və yaşıl soğanla bəzədilir.
SOYUTMA
Ərzaqlar:
Qoyun əti – 217 q.
baş soğan – 30 q.
pomidor – 280 q.
xama – 30 q.
duz, istiot.
Qoyun ətini 1,0-0,5 kq tikələr şəklində suda bişirir, bulyondan çıxarıb soyudurlar. Süfrəyə verdikdə soyuq qoyun ətini 2-3 mm qalınlıqda doğranır, boşqaba qoyur, yanına girdə doğranmış pomidor və çöp şəklində soğan düzür, üstünə xama tökürlər.
ŞƏKİ SALATI
Ərzaqlar:
Xiyar – 50 q.
pomidor – 50 q.
bibər – 20 q.
göy soğan – 10 q.
keşniş – 10 q.
reyhan – 10 q.
şərab sirkəsi və ya abqora – 3 q.
istiot, duz.
Xiyar, pomidor və bibər xırda kub şəklində doğranır, üzərinə narın doğranmış göyərti, şərab sirkəsi, istiot və duz tökülüb qarışdırılır.
"BAHAR" SALATI
Ərzaqlar:
Turp (ağ və qırmızı) – 100 q.
yumurta – 1/2 əd.
xiyar – 40 q.
Dostları ilə paylaş: |