"AZƏRBAYCAN" SALATI
Ərzaqlar:
Pomidor – 60 q.
xiyar – 45 q.
göy soğan – 15 q.
baş soğan – 20 q.
qırmızı turp – 40 q.
xama – 30 q.
şüyüd – 10 q.
istiot, duz
Pomidor, xiyar və qırmızı istiot nazik dairələr şəklində doğranıb boşqaba qoyulur. Ortasına doğranmış göy soğan tökülür. Baş soğan halqavarı doğranıb pomidirun üstünə düzülür, duz, istiot və xama əlavə edilir. Üzərinə xırda doğranmış şüyüd səpilir, kənarlarına yaşıl kahı yarpağı düzülür.
ÇOBAN SALATI
Ərzaqlar:
Xiyar
pomidor
bolqar istiotu
qırmızı soğan
göyərti: keşniş, şüyüd, reyhan
duz, istiot
Salat yeməkdən minimum 1 saat öncə hazırlanır. Tərəvəz və göyərti yuyulub xırda doğranır. Duz, istiot tökülüb qarışdırılır və soyuducuya qoyulur, ”özünə gəlmək” üçün. Bu vaxta tərəvəz və göyərti şirələrini buraxacaq. Bu şirə çox ləzzətli və xeyirlidir
Dostları ilə paylaş: |